Vikipediya:Yaxşı məqalə şərtləri Haqqinda Melumat - Vikipedia

Vikipediya:Yaxşı məqalə şərtləri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Yaxşı məqalə şərtləri

Qısa keçid-yönləndirmə

Qayda səsvermə nəticəsində qəbul edilmişdir.

  • Səsvermə müddəti: 19 aprel — 6 may, 2011-ci il.
  • Qüvvədədir: 6 may 2011-ci il tarixdən

Yaxşı məqalələr Vikipediyanın Seçilmiş məqalələrdən sonra ən yaxşı məqalələrinə verilən statusdur.

Məqalənin yerləşdirildiyi səhifənin sağ yuxarı küncündə yaşıl işarə () varsa, bu, onun yaxşı məqalə olduğundan xəbər verir.

Yaxşı məqalələr aşağıdakı şərtlərə malikdir:

  1. Yaxşı yazılmış olmalıdır.
  2. Məqalə Azərbaycan dilinin qrammatik qaydalarına uyğun, sadə və səlis bir dildə olmalıdır.
  3. İnandırıcı və əhatəli olmalıdır.
  4. Məntiq çərçivəsi içərisində yazılması lazımdır. Məsələnin mahiyyəti açıqlanmalıdır. Məqaləni qısa izah edən giriş bölümünə malik olmalıdır.
  5. Məqalədə olan terminlər ətraflı açıqlanmalıdır.
  6. Məqalədə olan istinadlar və mənbələr açıq-aydın göstərilməlidir.
  7. Məqalə tərəfsiz olaraq yazılmalıdır. Neytrallıq prinsipinə əməl olunmalıdır.
  8. Məqalənin həcmi 10 kb-dən qısa olmamalıdır.
  9. Məqalə Stil kitabçasının tələblərinə cavab verməlidir.

Məqalənin statusa malik olması

  1. Məqalə yaxşı məqalə statusuna malik olması üçün müzakirələr istifadəçi tərəfindən məqaləni Yaxşı məqalə namizədləri səhifəsinə yerləşdirməklə başlayır.
  2. Məqalənin yaxşı məqalə statusuna malik olması gedən müzakirələrdən asılıdır.
  3. Müzakirə zamanı bildirilən iradlar diqqətlə araşdırılmalı, onlarda qərəz, şəxsi münasibətlər rol oynamamalıdır.
  4. Müzakirələrin müddəti 1 ay təyin olunur. (Əgər ehtiyac yaranarsa, bu müddət idarəçi tərəfindən 15 gün və ya 1 ay müddətinə artırıla bilər. Lakin heç bir halda müzakirələrin ümumi müddəti 3 aydan çox olmamalıdır.)
  5. Müzakirələr bitdikdən sonra, bu məsələyə nəzarət edən idarəçi məqaləyə yaxşı məqalə statusunun verilib-verilməməsi barədə yekunlaşdırma rəyini verir.

Məqalənin statusdan məhrum edilməsi

Yaxşı məqalə statusuna malik məqalə aşağıdakı şərtlər daxilində statusdan məhrum edilə bilər:

1. Məqalə Seçilmiş məqalə kimi qəbul olunarsa;

  • (Qeyd 1: Yaxşı məqalə statusuna malik məqalənin Seçilmiş məqalə statusuna təqdim olunması Seçilmiş məqalə namizədi səhifəsinə təqdim olunması ilə başlayır. Müzakirələrin müddəti nəzarətçi idarəçinin seçimi ilə 7 gündən 20 günədək davam edir. Müzakirələr zamanı qarşı arqumentlər ciddi deyilsə, məqalə Seçilmiş məqalə namizədliyinə təqdim edilir.)
  • (Qeyd 2: Yaxşı məqalə statusuna malik məqalə yalnız 6 (altı) ay keçəndən sonra seçilmiş məqalə statusuna namizədliyə çıxarıla bilər.)
  • (Qeyd 3: Yaxşı məqalə statusuna malik məqalə laborotoriyaya daxil olmayaraq, birbaşa Seçilmiş məqalə namizədi olur.)

2. Məqalənin bu statusa cavab vermədiyi haqqında beş nəfər səsvermə hüququna malik istifadəçidən müraciət daxil olunarsa, onda məqalə yenidən müzakirələrə çıxarılır.

  • (Qeyd: Heç bir məqalə yaxşı məqalə statusundan malik olduğu dövrdən 1 il keçənədək statusdan məhrum edilə bilməz.)

Həmçinin bax

Ən Son Axtarılanlar

Fayl:Act_of_Adjournal_(Criminal_Procedure_Rules_Amazdmazt_No._3)_(Sexual_Offazces_(Procedure_and_Evi eDiff6086598 Fayl:StDavidsCathedral_Tower Türkiyənin_enerji_və_təbii_qaynaqlar_nenirləri Fayl:Congressional_Research_Service_Report_R44812_-_U.S._Sazategy_for_Engagemazt_in_Cazazal_America_ Fayl:(Oficina_de_Verão)_Como_integrar_as_ferramrutas_media_em_investigação_e_no_rusino_superi Fayl:An_analysis_of_rapid_technology_transfer_solutions_and_best_practices_for_use_by_the_Departmazt Fayl:Drigung_monastery10.jpg Fayl:The_Occupational_and_Personal_Prusion_Schemes_(Disclosure_of_Information)_(Amrudmrut)_Regulatio Fayl:The_Childrru's_Health_and_Medicare_Protection_Act_of_2007_-_section-by-section_analysis_-_prepa Fayl:Plant-parasitic_and_rutomogruous_nematode_research_-_a_directory_of_selected_USDA_and_state_pro Fayl:The_education_of_the_imbecile,_and_the_improvement_of_invalid_youth_(IA_b24917497).pdf Fayl:Element_of_Science_and_Art_Being_a_Familiar_Inenoduction_to_Natural_Philosophy_and_Chemiseny,_i Fayl:Ein_Herr_Ein_Glaube_Eine_Taufe.jpg Fayl:Message_from_the_Presidtrt_of_the_United_States,_enansmitting_sundry_statemtrts_relative_to_the Fayl:Opinion_of_Lord_Moncreiff_in_conjoined_susprusion_and_declarator_betweru_the_University_of_Glas Fayl:A_history_of_the_stazggle_for_slavery_extazsion_or_restriction_in_the_United_States_-_from_the_ Fayl:Elemrut_of_Sciruce_and_Art_Being_a_Familiar_Inruoduction_to_Natural_Philosophy_and_Chemisruy,_i Fayl:Elemtrt_of_Scitrce_and_Art_Being_a_Familiar_Introduction_to_Natural_Philosophy_and_Chemistry,_i
Dostlarınla Paylaş

Saytda 124 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024