Vikipediya müzakirəsi:Beş əsas prinsip Haqqinda Melumat - Vikipedia

Vikipediya müzakirəsi:Beş əsas prinsip Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya müzakirəsi:Beş əsas prinsip

Ən son rəy:8 il öncə, Aabdullayev851 tərəfindən "1-ci prinsip : Vikipediya bir ensiklopediyadır" mövzusunda

1-ci prinsip : Vikipediya bir ensiklopediyadır redaktə

Əgər burda düşüncələrinizi yazmaq, fikirlər yürütmək, subyektiv mülahizələrinizi bölüşmək istəyirsinizsə - deməli, ünvanı səhv salmısınız. Bu niyyətinizdən daşının və Vikipediyanın mümkün qədər dəqiq və şəffaf informasiya bazasına çevrilməsinə öz töhfələrinizi verin. Əgər bu prinsiplə razı deyilsinizsə, səhifənin yuxarı sağ küncündəki "çıxış" linkini seçin.

Yuxarıda qeyd edilən fikir yalnız bizim vikipediyamızda qeyd olunub. İngilis, rus və türk dilli vikipediyada belə bir məsələ yazılmayıb. Mənim şəxsi fikrimə görə Vikipediyanın ən əsas qaydası olan beş əsas prinsipin ilkində insanları buradan uzaqlaşdırmaq düzgün deyil. Bu səbəbdən bu cümləni kənarlaşdırdım. --Aabdullayev851 (müzakirə) 05:50, 3 mart 2016 (UTC)Cavabla

Aabdullayev851, düz etmisiz. Qaydanı maksimal dərəcədə envikidəki analoji qaydaya uyğunlaşdırmağa çalışın, hansısa fikirlər envikidəki qaydada varsa bizdə yoxdursa əlavə edin, əksidirsə ixtisar edin. Hörmətlə --sefer azeri 06:10, 3 mart 2016 (UTC)Cavabla
sefer azeri bütün vikifəaliyyətimi saxlayıb bu qaydaları hazırlamağa yönəldirəm. Mümkün qədər tez bir zamanda bütün qaydalar hazırlanmalıdır. --Aabdullayev851 (müzakirə) 06:13, 3 mart 2016 (UTC)Cavabla
Sortilegus niyə mənim etdiyim redaktəni geri qaytardınız xahiş edirəm əsas gətirin? --Aabdullayev851 (müzakirə) 07:12, 3 mart 2016 (UTC)Cavabla
Müzakirəni gözləmək lazımdır. 1 cümlə müzakirə səhifəsində şərh yazıb həmin gündə prinsipdə ürəyin istəyən kimi nəyisə dəyişmək olmaz. --Sortilegus (müzakirə) 07:12, 4 mart 2016 (UTC)Cavabla
Mən bütün qaydaları sıfırdan yazıb sonra müzakirəyə açaraq səsverməni təmin etmək istəyirdim. Görürəm vaxt və əmək itkisidir. --Aabdullayev851 (müzakirə) 07:15, 4 mart 2016 (UTC)Cavabla
Sortilegus, Aabdullayev851 təklif elədiyi dəyişikləri qeyd edib, nəsə təklifiniz varsa qeyd edin. Məncə istifadəçinin təklif və qeydləri məqabuldur. Etirazınız yoxdursa, istifadəçinin təkliflərini qaydaya əlavə edin. Kimsə maraqlansaydı bu vaxta kimi fikir bildirərdi. Artıq müzakirənin açılmasından iki gün vaxt keçib, boşuna vaxt uzatmağın bir mənası yoxdur. --sefer azeri 07:55, 4 mart 2016 (UTC)Cavabla
2 gün nə vaxtdır ki? Prinsiplərə (səsverməsiz yazılan) nəsə əlavə və düzəlişin edilməsi üçün ən azı 2 həftə müzakirə getsə yaxşıdır.--Sortilegus (müzakirə) 08:35, 4 mart 2016 (UTC)Cavabla
Buyurun müzakirə edin o zaman, əgər heç kim fikir bildirmirsə bu müzakirə yox boş-boşuna vaxt keçirməkdir. Halbuki həmin iki həftə ərzində daha iki qayda üzərində işləməyə sərf etmək olardı. --sefer azeri 09:32, 4 mart 2016 (UTC)Cavabla
İşlə də. 2 yox, 15 qayda üzərində işlə, onları da müzakirəyə çıxar. Bəyəm gözləyirsən ki, bir prinsipin müzakirəsi bitsin, sonra başlayasan o biri prinsipdə düzəliş etməyə?--Sortilegus (müzakirə) 09:58, 5 mart 2016 (UTC)Cavabla
Sortilegus bir həftə keçib amma mövzuya heç kim öz fikrini yazmayıb. Görəsən bu idarəçilər nə işlə məşğuldur? --Aabdullayev851 (müzakirə) 21:29, 11 mart 2016 (UTC)Cavabla

2-ci prinsip : Vikipediyada bitərəf nöqteyi nəzərdən yazılış formasıdır redaktə

Neytral mövqe sözü məncə Bitərəf nöqteyi nəzər olaraq dəyişdirilməlidir. Siz nə təklif edirsiniz?--Aabdullayev851 (müzakirə) 08:06, 3 mart 2016 (UTC)Cavabla

3-cü prinsip : Vikipediya hər kəsin istifadə, redaktə edə biləcəyi və yayımlaya biləcəyi sərbəst məzmundur redaktə

Vikipediya:Müəlliflik hüquqları məqaləsinə digər dillər yerləşdirilməmişdi. Həll etdim. --Aabdullayev851 (müzakirə) 09:03, 3 mart 2016 (UTC)Cavabla

Editor sözünü Azərbaycan dilinə necə tərcümə edək? Redaktor?? --Aabdullayev851 (müzakirə) 09:06, 3 mart 2016 (UTC)Cavabla
Bəli, redaktor--sefer azeri 09:28, 4 mart 2016 (UTC)Cavabla

4-cü prinsip : Redaktorlar bir-birinə hörmətlə və nəzakətlə yanaşmalıdır redaktə

Ən ağrılı yerimiz. --Aabdullayev851 (müzakirə) 09:22, 3 mart 2016 (UTC)Cavabla

5-ci prinsip : Vikipediyanın dəyişməz qanunları yoxdur redaktə

Bəli, Vikipediyadakı bütün qaydaları dəyişmək olar. Ancaq bunu müzakirə ilə etmək lazımdır. --Aabdullayev851 (müzakirə) 09:52, 3 mart 2016 (UTC)Cavabla

"Beş əsas prinsip" layihə səhifəsinə qayıt.

Saytda 74 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024