Vikipediya müzakirəsi:Yaxşı məqalə şərtləri Haqqinda Melumat - Vikipedia

Vikipediya müzakirəsi:Yaxşı məqalə şərtləri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya müzakirəsi:Yaxşı məqalə şərtləri

Ən son rəy:12 il öncə, Vago tərəfindən "6 ay?" mövzusunda

Hamını bu müzakirəyə dəvət edirəm. Başqa fikirləri də eşidək ki, ortaya gözəl nəticə çıxsın. --N KOzi 14:08, 3 fevral 2011 (UTC)Cavabla

Əgər etiraz yoxdursa, mən bu qaydaları kənd meydanına çıxarararq, qəbu olunması məsələsini qaldıracağam. --N KOzi 09:31, 5 fevral 2011 (UTC)Cavabla

artıq namizədim var ) --JameS RamireZ 14:48, 16 fevral 2011 (UTC)Cavabla

Bilirəm İnşallah qayda qəbul edilən kimi ilk namizəd Call of Duty 4: Modern Warfare olacaq. --N KOzi 14:56, 16 fevral 2011 (UTC)Cavabla

6 ay? redaktə

Qeyd 2: Yaxşı məqalə statusuna malik məqalə yalnız 6 (altı) ay keçəndən sonra seçilmiş məqalə statusuna namizidəliyə çıxarıla bilər. Razı deyiləm. --►Cek Li Taranmesaj 07:34, 23 aprel 2011 (UTC)Cavabla

Təklifiniz nə qədərdir? ----N KOziMüzakirə 07:38, 23 aprel 2011 (UTC)Cavabla

Dərhal--►Cek Li Taranmesaj 07:45, 23 aprel 2011 (UTC)Cavabla

Dərhal olmaz axı. Bu məqalə statusa layiqdisə elə Seçilmişə təqdim olunsun də. ----N KOziMüzakirə 07:51, 23 aprel 2011 (UTC)Cavabla
Elə isə, təkmilləşən kimi dərhal:)--►Cek Li Taranmesaj 07:59, 23 aprel 2011 (UTC)Cavabla
Burda bir limit olmalıdı istəyirsiniz 1 ay yazaq. Amma limit olmalıdı. Təkmilləşmə subyektiv məsələdi. Siz də bilirsiniz ki, bizim Seçimiş statusuna malik olan, lakin buna layiq olmayan məqalələrimiz var. Bu da mənim subyektiv mpvqeyimdi. Hər halfa fikirləşməyinə dəyər. Amma fikrim budur ki, yaxşı məqalə statusuna malik məqalə kifayət qədər ciddi işlənilmədən bu səhifəyə daxil edilsə, oradan çıxarılmalıdır. ----N KOziMüzakirə 08:04, 23 aprel 2011 (UTC)Cavabla

Və 1 sualım da var. Yaxşı məqalə statusuna malik olmayan məqalə Seçilmiş məqalə namizədi ola biləcəkmi? --►Cek Li Taranmesaj 07:47, 23 aprel 2011 (UTC)Cavabla

Əlbəttə ki. Burda dəyişiklik yoxdu. ----N KOziMüzakirə 07:51, 23 aprel 2011 (UTC)Cavabla

Biz məqaləni laboratoriyaya göndəririk ki, onu təkmilləşdirib namizədliyini səsverməyə çıxaraq. Əgər həmin məqalə səs toplaya bilməsə, yaxşı məqalə hesab olunacaq? Mən seçilmiş məqalə nədir, ona da baxdım, nəsə dəqiqləşmələr lazımdır. Çox şey ikibaşlıdır→VagoMüzakirə 08:14, 23 aprel 2011 (UTC)Cavabla

Elə ona görə də qaydalar üçün də laboratoriya yaratmaq lazımdır...--►Cek Li Taranmesaj 08:21, 23 aprel 2011 (UTC)Cavabla

Qaydalar üçün, yoxsa yaxşı məqalə üçün?→VagoMüzakirə 08:27, 23 aprel 2011 (UTC)Cavabla
Məqalələr üçün var. Qaydalar üçün də yaratmaq lazımdır. --►Cek Li Taranmesaj 08:34, 23 aprel 2011 (UTC)Cavabla
Deyəsən biz adı düz seçməmişik: "Seçilmiş məqalə" və "yaxşı məqalə"?! Əslində yaxşı məqalə də seşilmiş məqalədir, sadəcə adlandırmada bir az dəqiqləşdirmə aparmaq lazımdır. Elə olanda "Seçilmiş məqalə üçün laboratoriya" anlayışının həm seçilmiş məqalə, həm də yaxşı məqaləyə aid olunduğu başa düşülər...→VagoMüzakirə 08:39, 23 aprel 2011 (UTC)Cavabla
Yox, bu düzgün mövqe olmadı. Təxminən fikirləşin. Məqalə əvvəlcə Yaxşı məqalə üçün laboratoriyaya, sonra namizədliyə gedir. Əgər məqalə Seçilmişə də təqdim olunsa, onda əvvəlcə qiymətləndirməyə, sonra isə namizədliyə gedir. Bir məqalə üçün dörd filtrləşmə həddindən artıq çoxdur. Üstəlik laboratoriya ideyası ümumiyyətlə heç harda yoxdu. ----N KOziMüzakirə 09:26, 23 aprel 2011 (UTC)Cavabla
Söhbət laboratoriyanın adından gedir (Vikipediya:Seçilmiş məqalə laboratoriyası) əslində "yaxşı məqalə" və "seçilmiş məqalə"nin ikisi də seçilən məqalədir. Məsələn, biz seçilmiş məqalənin adını "əla məqalə" kimi (digər vikilərdə seçilmiş məqalə olduğu üçün bunu saxlamalıyıq) yaxud laboratoriyanın adını "Məqalə laboratoriyası" kimi dəyişsək, məna özündə saxlanılmış olur. Məncə sonuncu variant daha məqbuldur: Laboratoriyanın adı olsun: Vikipediya:Məqalə laboratoriyası Bu halda laboratoriyanın həm yaxşı məqalə, həm də seçilmiş məqalə üçün olduğu anlaşılır. →VagoMüzakirə 09:47, 23 aprel 2011 (UTC)Cavabla
Siz yaxşı məqalə namziədlərinin də laboratoriyaya getməsini təklıif edirsiniz? ----N KOziMüzakirə 09:54, 23 aprel 2011 (UTC)Cavabla
Mən təklif edirəm ki laboratoriya bir dənə olsun. Laboratoriyadan çıxan məqaləni Seçilmiş məqalə, yaxud yaxşı məqalə olmasını dəyərləndirmək lazımdır, ondan sonra səsverməyə çıxarmaq. Əgər yaxşı məqalə kimi səsverməyə çıxarılsa, nəticənin qiymətləndirlməsi məlumdur. Əgər Seçilmiş məqalə kimi səsverməyə çıxarılarsa, bunun üçün ən azı yaxşı məqalə olması istifadəçilər tərəfindən dəstəklənməlidir. Dolayısı ilə seçilmiş məqalə yaxşı məqalə hesab olunandan sonra seçilmiş məqaləyə namizəd göstərilə bilsin.→VagoMüzakirə 10:01, 23 aprel 2011 (UTC)Cavabla
Bu bir az da mürəkkbləşmə yaradır. Mən ümumiyyətlə laboratoriyanın nəyə xidmət etdiyini anlamıram. ----N KOziMüzakirə 10:05, 23 aprel 2011 (UTC)Cavabla
Laboratoriya əsasən məqaləni zənginləşdirmək, eləcə də "camaat içərisinə çıxarıla bilən"  :) şəkildə əyir-əskikləri düzəltməyə xidmət edir.→VagoMüzakirə 10:21, 23 aprel 2011 (UTC)Cavabla

Laboratoriyanın adı isə belə olsun:

Vikipediya:Laboratoriya
Vikipediya:Laboratoriya/Məqalə
Vikipediya:Laboratoriya/Qayda
və s. --►Cek Li Taranmesaj 10:13, 23 aprel 2011 (UTC)Cavabla

Bəlkə daha sadə Məqalə/qiymətləndirmə. Laboratoriyasız-filan. ----N KOziMüzakirə 10:17, 23 aprel 2011 (UTC)Cavabla

"Yaxşı məqalə şərtləri" layihə səhifəsinə qayıt.

Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023