Vikipediyada gender bərabərsizliyi Haqqinda Melumat - Vikipedia

Vikipediyada gender bərabərsizliyi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediyada gender bərabərsizliyi

Vikipediyada gender bərabərsizliyiVikipediya redaktorlarının əsasən kişilər olması, Vikipediyadakı bioqrafiyaların daha az bir qisminin qadınlara aid olması və qadınları maraqlandıran mövzuların daha az əhatə olunmasına verilmiş ümumi ad.[1][2]

Vikicəmiyyətin böyük hissəsini kişi istifadəçilər təşkil edir.

2018-ci ildə aparılmış Vikipediyanın 12 dil versiyasını və Vikimedia Fondunun bəzi digər layihələrini əhatə edən sorğu zamanı sorğuda iştirak edən 3734 nəfərdən 90%-nin kişi, 8,8%-nin qadın olduğu, 1%-nin isə cinsi azlıqlara aid olduğu ortaya çıxmışdır.[3] 2019-cu ildə Wikimedia Fondunun o zamankı baş direktoru Katherine Maher bildirmişdir ki, onun komandası qadınların ümumi redaktorların 15–20%-ni təşkil etdiyini ehtimal edir.[4]

Vikipediyada qadınlarla bağlı məqalələrinin yaradılması, genişləndirilməsi, neytral və təfərrüatlı olması ehtimalı daha azdır. 2021-ci ildə aparılan bir araşdırma göstərmişdir ki, 2017-ci ilin aprelində dərc edilmiş bioqrafiyaların yalnız 17%-i qadınlara aid olduğu halda, silinməyə namizəd göstərilmiş bioqrafiyaların 41%-i qadınlara aid olmuşdur. Gender bərabərsizliyi Vikipediyaya ən çox irad tutulmuş mövzular arasındadır.

2015-ci ildə Vikipediyanın qurucusu Cimmi Vels ensiklopediyanın redoktorlarının ən azı 25%-nin qadınlardan ibarət olması ilə bağlı qoyduqları məqsədə çata bilmədiklərini açıqlamışdır.[1] Vikipediyada qadın redaktorları həvəsləndirmək və qadınlarla bağlı mövzuların əhatə dairəsini artırmaq üçün "Edit-a-thon" və "Women in Red" kimi layihələr hazırlanmışdır.[5][6]

Araşdırılması redaktə

2008-ci ildə dünya miqyasında aparılnmış ilk araşdırma zamanı bütün redaktorların 13%-nin qadınlar olduğu ortaya çıxmışdır. 2011-ci ildə aparılmış araşdırmada bu rəqəmin qlobal miqyasda 9%-ə qədər endiyi müşahidə edilmişdir.[1] 2009-cu ildə Vikimediya Fondunun sorğusu göstərmişdir ki, ortalama fəaliyyəti olan bir kişi redaktorun bu rəqəmdən iki dəfə çox redaktəsi olduuğu halda, 500-dən çox redaktə edən redaktorların yanlız 6%-i qadınlardır.[7]

İstinadlar redaktə

  1. 1 2 3 Torres, Nicole. "Why Do So Few Women Edit Wikipedia?". Harvard Business Review. 2016-06-02. ISSN 0017-8012. 2020-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-26.
  2. Kleeman, Jenny. "The Wikipedia wars: does it matter if our biggest source of knowledge is written by men?". www.newstatesman.com (ingilis). 26 May 2016. 2019-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-26.
  3. "Community Insights/2018 Report/Contributors - Meta". meta.wikimedia.org (ingilis). 2022-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-28.
  4. Balch, Oliver. "Making the edit: why we need more women in Wikipedia". The Guardian (ingilis). 2019-11-28. ISSN 0261-3077. 2020-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-26.
  5. Curtis, Cara. "This physicist has written over 500 biographies of women scientists on Wikipedia". thenextweb.com. The Next Web. 2019. 4 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 June 2019.
  6. Wade, Jessica. "This is why I've written 500 biographies of female scientists on Wikipedia". The Independent. 11 February 2019. 20 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2020.
  7. Lam, Shyong (Tony) K.; Uduwage, Anuradha; Dong, Zhenhua; Sen, Shilad; Musicant, David R.; Terveen, Loren; Riedl, John. "WP:Clubhouse? An Exploration of Wikipedia's Gender Imbalance" (PDF). 18 April 2015 tarixində arxivləşdirilib (PDF).

Xarici keçidlər redaktə


Saytda 79 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024