Viktor Pavlov Haqqinda Melumat - Vikipedia

Viktor Pavlov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Viktor Pavloviç Pavlov (rus. Виктор Павлович Павлов) — SovetRusiya aktyoru, Rusiyanın xalq artisti (1994).

Viktor Pavlov
rus. Виктор Павлов
Doğum tarixi
Doğum yeri Moskva, SSRİ
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Vətəndaşlığı Rusiya Rusiya
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 19602006
Təhsili
  • M. S. Şepkin adına Ali Teatr Məktəbi[d] (19591963)
İstiqamət teatr və kino
Mükafatları "RSFSR əməkdar artisti" fəxri adı
"Əmək veteranı" medalı
IMDb ID0667805

Həyatı redaktə

Viktor Pavlov 6 oktyabr 1940-cı ildə Moskvada anadan olmuşdur. 1956-cı ildə səkkizillik məktəbi bitirdikdən sonra zavodda çilingər işləmişdir. Eyni vaxtda işçi gənclər məktəbində oxumuş və Müəllimlər evi yanında dram dərnəyində rollar oynamışdır. MXAT-ın aktyorurejissoru olan Vadim Boqomolov Viktoru Bauman adına Moskva Texniki Universitetinin yerinə teatral sahəyə daxil olmağa razı salır. 1959-cu ildə Viktor Pavlov Şşepkin adına yüksək teatr məktəbində Nikolay Annenkovun kursunun tələbəsi olmuşdur. Pavlov oranı 1963-cü ildə bitirmişdir. O, kursda Mixail KononovOleq Dalla birlikdə oxumuşdu.

O, 1961-ci ildən başlayaraq epizodik rollarda kinoya çəkilirdi. Onun iştirakı ilə çəkilən ilk film Lev Kulicanovun "Ağaclar böyüyəndə" filmi olur. Bundan sonra Pavlov ən çox çəkilən aktyorlardan biri oldu. Onun filmoqrafiyasında 120-dən çox film var.

29 dekabr 1994-cü ildə Rusiyanın xalq artisti adına layiq görülmüşdür[1].

Viktor Pavloviç Pavlov 24 avqust 2006-cı ildə Moskva şəhərində vəfat etmişdir.

Filmoqrafiya redaktə

  1. "I" əməliyyatı və Şurikin başqa macəraları (film, 1965)
  2. 12 stul (film, 1971)
  3. Görüş yerini dəyişmək olmaz (film, 1979)

İstinadlar redaktə

  1. "Указ Президента РФ от 29 декабря 1994 г. № 2227". 2013-05-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-10.

Xarici keçidlər redaktə


Saytda 316 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024