Viktoriya Sinitsina Haqqinda Melumat - Vikipedia

Viktoriya Sinitsina Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Viktoriya Sinitsina

Viktoriya Sinitsina () — Rusiya Federasiyasını təmsil edən fiqurçu. Sinitsina 2008-2014-cü illərdə Jiqanşin ilə birgə, 2014-cü ildən isə Katsalapov ilə birgə beynəlxalq turnirlərdə mübarizə aparır.

Viktoriya Sinitsina
rus. Виктория Александровна Синицина
Viktoriya Sinitsina 2022-ci ildə
Viktoriya Sinitsina 2022-ci ildə
Şəxsi məlumatlar
Vətəndaşlığı Rusiya Rusiya (2008—2022)
Beynəlxalq Olimpiya Komitəsi BOK (2022—)
Doğum tarixi (28 yaş)
Doğum yeri Moskva, Rusiya
Boyu 168 sm. (5 ft 6 in)
İdman növü Fiqurlu konkisürmə
Karyera illəri 2008—

2008-2014-cü illərdə çıxış edən Sinitsina & Jiqanşin cütlüyü 2011-2012-ci illər mövsümündə gənclər arasında ISU Qran-Pri turnirinin Avstriya və Polşa mərhələlərinin, həmçinin Kanadada baş tutan gənclər arasında ISU Qran-Pri Finalının və Belarusda baş tutan gənclər arasında Dünya Çempionatının qalibi olub. Həmçinin Sinitsina & Jiqanşin cütlüyü 2014-cü ildə Rusiya Federasiyasını Soçi şəhərində XXII Qış Olimpiya Oyunlarında təmsil edib.

Sinitsina 2014-cü ildən Katsalapov ilə birgə beynəlxalq turnirlədə mübarizə aparmağa başladı. Sinitsina & Katsalapov cütlüyü 8 mövsüm ərzində beş dəfə ISU Qran-Pri turnirlərinin qalibi oldu — 2019, 2020 və 2021-ci illərdə Rusiya mərhələsində, 2019-cu ildə Çin mərhələsində, 2021-ci ildə isə Yaponiya mərhələsində. 2019-cu ildə Kanadada baş tutan ISU Qran-Pri Finalında isə Sinitsina & Katsalapov cütlüyü gümüş medala sahib oldu.

2020-ci ildə Avstriyada, 2022-ci ildə isə Estoniyada baş tutan Avropa Çempionatlarının qalibi olan Sinitsina & Katsalapov cütlüyü, Dünya Çempionatlarında bir dəfə — 2021-ci ildə qızıl medala sahib olub. Karyeralarının ən ciddi uğuruna isə Sinitsina & Katsalapov cütlüyü 2022-ci ildə Çində baş tutan XXIV Qış Olimpiya Oyunlarında nail olub. Komanda turnirində Olimpiadanın qalibi olan Sinitsina & Katsalapov cütlüyü, buzüstərəqs turnirində gümüş medala sahib oldu.

Həyatı redaktə

Viktoriya Sinitsina 1995-ci il aprelin 29-da anadan olub. Dörd yaşından idman məşğul olur. 2004-cü ildən Katsalapov ilə birgə məşq eləməyə başladı.

Karyerası redaktə

Sinitsina & Jiqanşin cütlüyü redaktə

2007—2008-ci illər: Nüfuzlu turnirlərdə debüt redaktə

Sinitsina & Jiqanşin cütlüyü birinci nüfuzlu turnirində 2008-ci ilin 30 yanvar-2 fevralında Rostov-na-Donu şəhərində baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. Ümumi nəticədə Sinitsina & Jiqanşin cütlüyü 126.94 balla 14 idmançı sırasında 12-ci pillənin sahibi oldu.

2008—2009-cu illər: Gənclər arasında ISU Qran-Pri turnirində debüt redaktə

Sinitsina & Jiqanşin cütlüyü 2008-2009-cu illər mövsümündə beynəlxalq səviyyəli turnirlərdə debüt elədi. 2-6 sentyabrda İtaliyanın Merano şəhərində baş tutan gənclər arasında ISU Qran-Pri turnirinin İtaliya mərhələsində, Sinitsina & Jiqanşin cütlüyü məcburi rəqsdə 25.40 balla yeddinci, orijinal rəqsdə 44.74 balla beşinci, səbəst rəqsdə isə 66.05 balla altıncı pillələrin sahibi oldu.[1][2][3] Bununla da Sinitsina & Jiqanşin cütlüyü ümumi nəticədə 136.20 balla turniri altıncı pillədə başa vurdu.[4]

Daha sonra Sinitsina & Jiqanşin cütlüyü Almaniyanın Dortmund şəhərində baş tutan gənclər arasında NRW Trophy beynəlxalq turnirində çıxış elədi və ümumi nəticədə 146.94 balla turnirin gümüş medalına sahib oldu.

2009-cu ilin 28-31 yanvarında isə Sinitsina & Jiqanşin cütlüyü gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. Ümumi nəticədə Sinitsina & Jiqanşin cütlüyü 148.35 balla turniri yeddinci pillədə başa vurdu.

2009—2010-cu illər: Gənclər arasında Qran-Prilərdə çıxış redaktə

Sinitsina & Jiqanşin cütlüyü 2009-2010-cu illər mövsümündə gənclər arasında ISU Qran-Pri turnirinin ABŞ və Xorvatiya mərhələlərində mübarizə apardı. Sinitsina & Jiqanşin cütlüyü əvvəlcə 2-5 sentyabrda Birləşmiş Ştatlarda baş tutan gənclər arasında ISU ABŞ Qran-Prisində Sinitsina & Jiqanşin cütlüyü məcburi rəqsdə 30.88 balla üçüncü, orijinal rəqsdə 44.50 balla yeddinci, sərbəst rəqsdə isə 70.04 balla beşinci pillələrin sahibi oldu.[5][6][7] Bununla da ümumi nəticədə Sinitsina & Jiqanşin cütlüyü 145.42 balla turniri beşinci pillədə başa vurdu.[8]

Daha sonra Sinitsina & Jiqanşin cütlüyü Xorvatiyanın Zaqreb şəhərində baş tutan gənclər arasında ISU Xorvatiya Qran-Prisində çıxış elədi. Məcburi rəqsdə 30.42 balla dördüncü, orijinal rəqsdə 46.38 balla dördüncü, sərbəst rəqsdə isə 68.00 balla beşinci pillələrin sahibi olan Sinitsina & Jiqanşin cütlüyü, ümumi nəticədə 144.80 balla turniri beşinci pillədə başa vurdu.[9][10][11][12]

Mövsüm ərzində ISU Qran-Pri turnirinin mərhələlərinin nəticələrinə əsasən Sinitsina & Jiqanşin cütlüyü, gənclər arasında ISU Qran-Pri Finalında mübarizə apara bilmədi.

Sinitsina & Jiqanşin cütlüyü 2010-cu ilin 2-6 fevralında baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. Məcburi rəqsdə 32.26 balla yeddinci, orijinal rəqsdə 52.14 balla beşinci, sərbəst rəqsdə isə 78.12 balla beşinci pillələrin sahibi olan Sinitsina & Jiqanşin cütlüyü, ümumi nəticədə 162.52 balla turniri altıncı pillədə başa vurdu.

2010—2011-ci illər: Gənclərin ISU Qran-Pri Finalında gümüş medal redaktə

 
Sinitsina & Jiqanşin cütlüyü 2010-cu ildə gənclər arasında ISU Qran-Pri Finalında

Sinitsina & Jiqanşin cütlüyü 2010-2011-ci illər mövsümündə gənclər arasında ISU Qran-Pri turnirinin Avstriya və İngiltərə mərhələlərində mübarizə apardı. 15-20 noyabrda Avstriyanın Qrats şəhərində baş tutan gənclər arasında ISU Avstriya Qran-Prisində Sinitsina & Jiqanşin cütlüyü qısa proqramda 50.46 balla 2-ci pillənin, sərbəst proqramda isə 76.16 balla 2-ci pillənin sahibi oldu.[13][14] Bununla da Sinitsina & Jiqanşin cütlüyü ümumi nəticədə 126.62 balla gənclər arasında ISU Avstriya Qran-Prisinin gümüş medalına sahib oldu.[15]

Daha sonra Sinitsina & Jiqanşin cütlüyü gənclər arasında ISU Qran-Pri turnirinin İngiltərədə baş tutan mərhələsində çıxış elədi. Şeffild şəhərində baş tutan turnirin qısa proqramında 54.52 balla 2-ci pillənin sahibi olan Sinitsina & Jiqanşin cütlüyü, sərbəst proqramda 80.34 balla 2-ci pillənin sahibi oldu.[16][17] Bununla da Sinitsina & Jiqanşin cütlüyü ümumi nəticədə 134.86 balla gənclər arasında ISU İngiltərə Qran-Prisinin gümüş medalına sahib oldu.[18]

Mövsüm ərzində ISU Qran-Pri turnirlərində gümüş medallara sahib olan Sinitsina & Jiqanşin cütlüyü, gənclərin ISU Qran-Pri Finalına vəsiqə qazandı. Gənclərin ISU Qran-Pri Finalı Çində baş tutdu. Turnirin qısa proqramında 55.58 balla 1-ci pillənin sahibi olan Sinitsina & Jiqanşin cütlüyü, sərbəst proqramda 80.04 balla 2-ci pillənin sahibi oldu.[19][20] Bununla da Sinitsina & Jiqanşin cütlüyü ümumi nəticədə 135.62 balla gənclər arasında ISU Qran-Pri Finalının gümüş medalına sahib oldu.[21]

Sinitsina & Jiqanşin cütlüyü 2010-2011-ci illər mövsümü ərzində üç turnirdə mübarizə apardı və onların üçündə də gümüş medala sahib oldu.

2011—2012-ci illər: Gənclərin Dünya Çempionatında qələbə redaktə

 
Sinitsina & Jiqanşin cütlüyü 2011-ci ildə gənclər arasında ISU Qran-Pri Finalında

Sinitsina & Jiqanşin cütlüyü 2011-2012-ci illər mövsümündə gənclər arasında ISU Qran-Pri turnirinin Polşa və Avstriya mərhələlərində mübarizə apardı. 15-18 sentyabrda Polşada baş tutan gənclər arasında ISU Polşa Qran-Prisində Sinitsina & Jiqanşin cütlüyü qısa proqramda 56.84 balla birinci pillənin, sərbəst proqramda isə 84.48 balla birinci pillənin sahibi oldu.[22][23] Bununla da Sinitsina & Jiqanşin cütlüyü ümumi nəticədə 141.32 balla gənclər arasında ISU Polşa Qran-Prisinin qalibi oldu.[24]

Daha sonra Sinitsina & Jiqanşin cütlüyü gənclər arasında ISU Qran-Pri turnirinin Avstriyada baş tutan mərhələsində çıxış elədi. Turnirin qısa proqramında 62.74 balla birinci pillənin sahibi olan Sinitsina & Jiqanşin cütlüyü, sərbəst proqramda 92.36 balla birinci pillənin sahibi oldu.[25][26] Bununla da Sinitsina & Jiqanşin cütlüyü ümumi nəticədə 155.10 balla gənclər arasında ISU Avstriya Qran-Prisinin qızıl medalına sahib oldu.[27]

Mövsüm ərzində ISU Qran-Pri turnirlərində qızıl medallara sahib olan Sinitsina & Jiqanşin cütlüyü, gənclərin ISU Qran-Pri Finalına vəsiqə qazandı. Gənclərin ISU Qran-Pri Finalı Kanadada baş tutdu. Turnirin qısa proqramında 60.48 balla birinci pillənin sahibi olan Sinitsina & Jiqanşin cütlüyü, sərbəst proqramda 88.06 balla birinci pillənin sahibi oldu.[28][29] Bununla da Sinitsina & Jiqanşin cütlüyü ümumi nəticədə 148.54 balla gənclər arasında ISU Qran-Pri Finalının qalibi oldu.[30]

Sinitsina & Jiqanşin cütlüyü 2012-ci ilin 5-8 fevralında gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. Turnirin qısa proqramından sonra Sinitsina & Jiqanşin cütlüyü 66.28 balla birinci pillədə qərarlaşmışdı. Sərbəst proqramda isə 94.96 balla birinci pillənin sahibi olan Sinitsina & Jiqanşin cütlüyü, ümumi nəticədə 161.24 balla gənclər Rusiya Çempionatının qızıl medalına sahib oldu. Turnirin nəticələrinə əsasən Sinitsina & Jiqanşin cütlüyü martda baş tutacaq Dünya Çempionatına vəsiqə qazandı.

2012-ci ilin gənclər arasında Dünya Çempionatı 26 fevral-4 martında Belarusda baş tutdu. Sinitsina & Jiqanşin cütlüyü turnirdə qısa proqramda 64.78 balla birinci pillənin, sərbəst proqramda isə 90.04 balla birinci pillənin sahibi oldu.[31][32] Bununla da ümumi nəticədə Sinitsina & Jiqanşin cütlüyü 154.82 balla gənclər arasında Dünya Çempionatının qalibi oldu.[33]

Sinitsina & Jiqanşin cütlüyü 2011-2012-ci illər mövsümü ərzində beş turnirdə mübarizə apardı və onların beşində də qızıl medala sahib oldu.

2012—2013-cü illər: Rusiya Çempionatında debüt redaktə

Sinitsina & Jiqanşin cütlüyü 2012-2013-cü illər mövsümündə ISU Qran-Pri turnirinin Çin və Rusiya mərhələlərində mübarizə apardı. 2-4 noyabrda Çinin Şanxay şəhərində baş tutan ISU Çin Qran-Prisində Sinitsina & Jiqanşin cütlüyü qısa proqramda 56.10 balla altıncı pillənin, sərbəst proqramda isə 82.38 balla beşinci pillənin sahibi oldu. Bununla da Sinitsina & Jiqanşin cütlüyü ümumi nəticədə 138.48 balla ISU Çin Qran-Prisini altıncı pillədə başa vurdu.

Daha sonra Sinitsina & Jiqanşin cütlüyü ISU Qran-Pri turnirinin 8-11 noyabrda Rusiyada baş tutan mərhələsində çıxış elədi. Turnirin qısa proqramında 60.85 balla üçüncü pillənin sahibi olan Sinitsina & Jiqanşin cütlüyü, sərbəst proqramda 84.25 balla dördüncü pillənin sahibi oldu. Bununla da Sinitsina & Jiqanşin cütlüyü ümumi nəticədə 145.10 balla ISU Rusiya Qran-Prisinin bürünc medalına sahib oldu.

Mövsüm ərzində ISU Qran-Pri turnirinin mərhələlərinin nəticələrinə əsasən Sinitsina & Jiqanşin cütlüyü, ISU Qran-Pri Finalında mübarizə apara bilmədi.

Sinitsina & Jiqanşin cütlüyü 2012-ci ilin sonlarında Soçi şəhərində baş tutan Rusiya Çempionatında mübarizə apardı. Turnirin qısa proqramından sonra Sinitsina & Jiqanşin cütlüyü 60.04 balla dördüncü pillədə qərarlaşmışdı. Sərbəst proqramda isə 94.94 balla dördüncü pillənin sahibi olan Sinitsina & Jiqanşin cütlüyü, ümumi nəticədə 154.98 balla Rusiya Çempionatının beşinci pillədə başa vurdu.

Sinitsina & Jiqanşin cütlüyü 2013-cü ilin yanvarında Latviyanın Riqa şəhərində baş tutan Volvo Open Cup beynəlxalq turnirində mübarizə apardı. Qısa proqramda 65.68 balla birinci, sərbəst proqramda isə 98.78 balla birinci pillələrin sahibi olan Sinitsina & Jiqanşin cütlüyü, ümumi nəticədə 164.46 balla turnirin qalibi oldu.

Sinitsina & Jiqanşin cütlüyü 2012-2013-ci illər mövsümü ərzində dörd turnirdə mübarizə apardı və onların birində qızıl medala sahib oldu.

2013—2014-cü illər: redaktə

Sinitsina & Katsalapov cütlüyü redaktə

2014—2015-ci illər: Katsalapov ilə debüt mövsümü redaktə

Sinitsina & Katsalapov cütlüyü 2014-2015-ci illər mövsümündə ISU Qran-Pri turnirinin Rusiya və Yaponiya mərhələlərində mübarizə apardı. 14-16 noyabrda Rusiyadə baş tutan ISU Rusiya Qran-Prisində Sinitsina & Katsalapov cütlüyü qısa proqramda 58.96 balla dördüncü pillənin, sərbəst proqramda isə 92.60 balla dördüncü pillənin sahibi oldu.[34][35] Bununla da Sinitsina & Katsalapov cütlüyü ümumi nəticədə 151.56 balla ISU Rusiya Qran-Prisinin dördüncü pillədə başa vurdu.[36]

Daha sonra Sinitsina & Katsalapov cütlüyü 28-30 noyabrda ISU Qran-Pri turnirinin Yaponiyada baş tutan mərhələsində çıxış elədi. Turnirin qısa proqramında 55.94 balla 5-ci pillənin sahibi olan Sinitsina & Katsalapov cütlüyü, sərbəst proqramda 68.38 balla 8-ci pillənin sahibi oldu.[37][38] Bununla da Sinitsina & Katsalapov cütlüyü ümumi nəticədə 124.32 balla ISU Yaponiya Qran-Prisini yeddinci pillədə başa vurdu.[39]

Mövsüm ərzində ISU Qran-Pri turnirinin mərhələlərinin nəticələrinə əsasən Sinitsina & Katsalapov cütlüyü, ISU Qran-Pri Finalında mübarizə apara bilmədi.

Sinitsina & Katsalapov cütlüyü 2014-cü ilin sonlarında Rusiya Çempionatında mübarizə apardı. Soçi şəhərində baş tutan turnirin qısa proqramından sonra Sinitsina & Katsalapov cütlüyü 60.80 balla dördüncü pillədə qərarlaşmışdı. Sərbəst proqramda isə 99.78 balla dördüncü pillənin sahibi olan Sinitsina & Katsalapov cütlüyü, ümumi nəticədə 160.58 balla Rusiya Çempionatını dördüncü pillədə başa vurdu.

2015—2016-cı illər: Dünya və Avropa Çempionatlarında debüt redaktə

Sinitsina & Katsalapov cütlüyü 2016-cı ildə Dünya Çempionatında

Sinitsina & Katsalapov cütlüyü 2015-2016-cı illər mövsümündə ISU Qran-Pri turnirinin ABŞ və Rusiya mərhələlərində mübarizə apardı. Birləşmiş Ştatların Milouci şəhərində baş tutan ISU ABŞ Qran-Prisində Sinitsina & Katsalapov cütlüyü qısa proqramda 62.76 balla 2-ci pillənin, sərbəst proqramda isə 99.46 balla 2-ci pillənin sahibi oldu.[40][41] Bununla da Sinitsina & Katsalapov cütlüyü ümumi nəticədə 162.22 balla ISU ABŞ Qran-Prisinin gümüş medalına sahib oldu.[42]

Daha sonra Sinitsina & Katsalapov cütlüyü 20-22 noyabrda ISU Qran-Pri turnirinin Rusiyada baş tutan mərhələsində çıxış elədi. Qısa proqramda 64.64 balla üçüncü pillənin sahibi olan Sinitsina & Katsalapov cütlüyü, sərbəst proqramda 105.78 balla üçüncü pillənin sahibi oldu.[43][44] Bununla da Sinitsina & Katsalapov cütlüyü ümumi nəticədə 170.42 balla ISU Rusiya Qran-Prisinin bürünc medalına sahib oldu.[45]

Mövsüm ərzində ISU Qran-Pri turnirlərindən gümüş və bürünc medallara sahib olan Sinitsina & Katsalapov cütlüyü, ISU Qran-Pri Finalında mübarizə apara bilmədi.

Sinitsina & Katsalapov cütlüyü 2015-ci ilin sonlarında Rusiya Çempionatında mübarizə apardı. Turnirin qısa proqramından sonra Sinitsina & Katsalapov cütlüyü 74.96 balla birinci pillədə qərarlaşmışdı. Sərbəst proqramda isə 101.88 balla üçüncü pillənin sahibi olan Sinitsina & Katsalapov cütlüyü, ümumi nəticədə 176.84 balla Rusiya Çempionatının gümüş medalına sahib oldu. Turnirin nəticələrinə əsasən Sinitsina & Katsalapov cütlüyü yanvarda baş tutacaq Avropa Çempionatına və martda baş tutan Dünya Çempionatına vəsiqə qazandı.

Avropa Çempionatı 2016-cı ilin 25-31 yanvarında Bratislava şəhərində baş tutdu. Turnirin qısa proqramında Sinitsina & Katsalapov cütlüyü 68.33 balla üçüncü pillədə qərarlaşdı.[46] Sərbəst proqramda isə 104.32 balla üçüncü pillənin sahibi olan Sinitsina & Katsalapov cütlüyü, ümumi nəticədə 172.65 balla Avropa Çempionatını dördüncü pillədə başa vurdu.[47][48]

2016-cı ilin Dünya Çempionatı 28 mart-4 apreldə Birləşmiş Ştatların Boston şəhərində baş tutdu. Sinitsina & Katsalapov cütlüyü turnirdə qısa proqramda 67.68 balla doqquzuncu pillənin, sərbəst proqramda isə 101.29 balla onuncu pillənin sahibi oldu.[49][50] Bununla da ümumi nəticədə Sinitsina & Katsalapov cütlüyü 168.97 balla Dünya Çempionatını doqquzuncu pillədə başa vurdu.[51]

Sinitsina & Katsalapov cütlüyü 2015-2016-cı illər mövsümü ərzində beş turnirdə mübarizə apardı və onların 1-də gümüş, 2-də isə bürünc medala sahib oldu.

2016—2017-ci illər: redaktə

Sinitsina & Katsalapov cütlüyü 2016-2017-ci illər mövsümündə ISU Qran-Pri turnirinin Çin və Yaponiya mərhələlərində mübarizə apardı. 18-20 noyabrda Çində baş tutan ISU Çin Qran-Prisində Sinitsina & Katsalapov cütlüyü qısa proqramda 70.24 balla dördüncü pillənin, sərbəst proqramda isə 102.70 balla dördüncü pillənin sahibi oldu.[52][53] Bununla da Sinitsina & Katsalapov cütlüyü ümumi nəticədə 172.94 balla ISU Çin Qran-Prisinin dördüncü pillədə başa vurdu.[54]

Daha sonra Sinitsina & Katsalapov cütlüyü 25-28 noyabrda ISU Qran-Pri turnirinin Yaponiyada baş tutan mərhələsində çıxış elədi. Sapporo şəhərində baş tutan turnirin qısa proqramında 68.85 balla dördüncü pillənin sahibi olan Sinitsina & Katsalapov cütlüyü, sərbəst proqramda 101.77 balla beşinci pillənin sahibi oldu.[55][56] Bununla da Sinitsina & Katsalapov cütlüyü ümumi nəticədə 170.62 balla ISU Yaponiya Qran-Prisini beşinci pillədə başa vurdu.[57]

Mövsüm ərzində ISU Qran-Pri turnirinin mərhələlərinin nəticələrinə əsasən Sinitsina & Katsalapov cütlüyü, ISU Qran-Pri Finalında mübarizə apara bilmədi.

Sinitsina & Katsalapov cütlüyü 2016-cı ilin sonlarında Rusiya Çempionatında mübarizə apardı. Turnirin qısa proqramından sonra Sinitsina & Katsalapov cütlüyü 74.78 balla üçüncü pillədə qərarlaşmışdı. Sərbəst proqramda isə 105.68 balla dördüncü pillənin sahibi olan Sinitsina & Katsalapov cütlüyü, ümumi nəticədə 180.46 balla Rusiya Çempionatının bürünc medalına sahib oldu. Turnirin nəticələrinə əsasən Sinitsina & Katsalapov cütlüyü yanvarda baş tutacaq Avropa Çempionatına və martda baş tutan Dünya Çempionatına vəsiqə qazandı.

2017—2018-ci illər: redaktə

2018—2019-cu illər: redaktə

2019—2020-ci illər: redaktə

2020—2021-ci illər: redaktə

2021—2022-ci illər: redaktə

Uğurları redaktə

Karyerası ərzində 14 mövsümdə mübarizə aparan Vertyu və Moir cütlüyü, 41 qızıl, 19 gümüş və 5 bürünc medala sahib olublar.

Yarış
Mövsümlər
07-08
08-09
09-10
10-11
11-12
12-13
13-14
14-15
15-16
16-17
17-18
18-19
19-20
20-21
21-22
Sinitsina & Jiqanşin
Sinitsina & Katsalapov
Beynəlxalq yarışlar
 
Olimpiya Oyunları
16-cı
1-ci
Dünya Çempionatı
7-ci
9-cu
2-ci
C
1-ci
Avropa Çempionatı
4-cü
4-cü
10-cu
4-cü
1-ci
1-ci
Qran-Pri: Final
2-ci
6-cı
C
Qran-Pri: ABŞ
2-ci
3-cü
Qran-Pri: Çin
6-cı
4-cü
1-ci
Qran-Pri: Fransa
2-ci
Qran-Pri: Kanada
2-ci
Qran-Pri: Rusiya
3-cü
4-cü
3-cü
1-ci
1-ci
1-ci
Qran-Pri: Yaponiya
8-ci
7-ci
5-ci
4-cü
1-ci
“Denis Ten”
WD
“Ice Star”
2-ci
3-cü
Beynəlxalq yarışlar (Gənclər arasında)
Gənclərin Dünya Çempionatı
Gənclərin Qran-Prisi: Final
Gənclərin Qran-Prisi: Andorra
Gənclərin Qran-Prisi: Çin
Gənclərin Qran-Prisi: Fransa
Gənclərin Qran-Prisi: Kanada
Gənclərin Qran-Prisi: Bratislava
Gənclərin Qran-Prisi: Xorvatiya
Rusiya daxili yarışlar
Rusiya Çempionatı
5-ci
3-cü
4-cü
2-ci
3-cü
WD
1-ci
1-ci
WD
WD
Gənclərin Rusiya Çempionatı
12-ci
7-ci
6-cı
WD
1-ci
Komanda yarışları
Olimpiya Oyunları
1-ci
Dünya Çempionatı
3-cü
1-ci
WD — Mübarizə aparmadı / C — Təxirə salındı

Nəticələri redaktə

İstinadlar redaktə

  1. International Skating Union (ISU). "ISU Junior Grand Prix 2008 // Italy // Ice Dance // Compulsory Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  2. International Skating Union (ISU). "ISU Junior Grand Prix 2008 // Italy // Ice Dance // Original Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  3. International Skating Union (ISU). "ISU Junior Grand Prix 2008 // Italy // Ice Dance // Free Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  4. International Skating Union (ISU). "ISU Junior Grand Prix 2008 // Italy // Ice Dance // Results". www.isuresults.com (ing.)). 22.08.2022. 2017-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  5. International Skating Union (ISU). "ISU Junior Grand Prix 2009 // USA // Ice Dance // Compulsory Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2018-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  6. International Skating Union (ISU). "ISU Junior Grand Prix 2009 // USA // Ice Dance // Original Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2018-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  7. International Skating Union (ISU). "ISU Junior Grand Prix 2009 // USA // Ice Dance // Free Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2020-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  8. International Skating Union (ISU). "ISU Junior Grand Prix 2009 // USA // Ice Dance // Results". www.isuresults.com (ing.)). 22.08.2022. 2019-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  9. International Skating Union (ISU). "ISU Junior Grand Prix 2009 // Croatia // Ice Dance // Compulsory Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2019-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  10. International Skating Union (ISU). "ISU Junior Grand Prix 2009 // Croatia // Ice Dance // Original Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2019-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  11. International Skating Union (ISU). "ISU Junior Grand Prix 2009 // Croatia // Ice Dance // Free Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2019-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  12. International Skating Union (ISU). "ISU Junior Grand Prix 2009 // Croatia // Ice Dance // Results". www.isuresults.com (ing.)). 22.08.2022. 2019-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  13. International Skating Union (ISU). "ISU Junior Grand Prix 2010 // Austria // Short Dance // Original Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  14. International Skating Union (ISU). "ISU Junior Grand Prix 2010 // Austria // Free Dance // Free Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  15. International Skating Union (ISU). "ISU Junior Grand Prix 2010 // Austria // Results // Results". www.isuresults.com (ing.)). 22.08.2022. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  16. International Skating Union (ISU). "ISU Junior Grand Prix 2010 // England // Short Dance // Original Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  17. International Skating Union (ISU). "ISU Junior Grand Prix 2010 // England // Free Dance // Free Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  18. International Skating Union (ISU). "ISU Junior Grand Prix 2010 // England // Results // Results". www.isuresults.com (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  19. International Skating Union (ISU). "ISU Junior Grand Prix Final 2010 // China // Short Dance // Original Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  20. International Skating Union (ISU). "ISU Junior Grand Prix Final 2010 // China // Free Dance // Free Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  21. International Skating Union (ISU). "ISU Junior Grand Prix Final 2010 // China // Results // Results". www.isuresults.com (ing.)). 22.08.2022. 2019-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  22. International Skating Union (ISU). "ISU Junior Grand Prix 2011 // Poland // Short Dance // Original Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  23. International Skating Union (ISU). "ISU Junior Grand Prix 2011 // Poland // Free Dance // Free Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  24. International Skating Union (ISU). "ISU Junior Grand Prix 2011 // Poland // Results // Results". www.isuresults.com (ing.)). 22.08.2022. 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  25. International Skating Union (ISU). "ISU Junior Grand Prix 2011 // Austria // Short Dance // Original Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  26. International Skating Union (ISU). "ISU Junior Grand Prix 2011 // Austria // Free Dance // Free Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  27. International Skating Union (ISU). "ISU Junior Grand Prix 2011 // Austria // Results // Results". www.isuresults.com (ing.)). 22.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  28. International Skating Union (ISU). "ISU Junior Grand Prix Final 2011 // Canada // Short Dance // Original Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2012-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  29. International Skating Union (ISU). "ISU Junior Grand Prix Final 2011 // Canada // Free Dance // Free Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2012-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  30. International Skating Union (ISU). "ISU Junior Grand Prix Final 2011 // Canada // Results // Results". www.isuresults.com (ing.)). 22.08.2022. 2012-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  31. International Skating Union (ISU). "ISU World Junior Championships 2012 // Belarus // Short Dance // Original Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2019-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  32. International Skating Union (ISU). "ISU World Junior Championships 2012 // Belarus // Free Dance // Free Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2019-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  33. International Skating Union (ISU). "ISU World Junior Championships 2012 // Belarus // Results // Results". www.isuresults.com (ing.)). 22.08.2022. 2019-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  34. International Skating Union (ISU). "ISU Grand Prix 2014 // Russia // Short Dance // Original Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2018-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  35. International Skating Union (ISU). "ISU Grand Prix 2014 // Russia // Free Dance // Free Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2018-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  36. International Skating Union (ISU). "ISU Grand Prix 2014 // Russia // Results // Free Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  37. International Skating Union (ISU). "ISU Grand Prix 2014 // Japan // Short Dance // Original Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2019-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  38. International Skating Union (ISU). "ISU Grand Prix 2014 // Japan // Free Dance // Free Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2019-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  39. International Skating Union (ISU). "ISU Grand Prix 2014 // Japan // Results // Free Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2022-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  40. International Skating Union (ISU). "ISU Grand Prix 2015 // USA // Ice Dance // Short Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2018-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  41. International Skating Union (ISU). "ISU Grand Prix 2015 // USA // Ice Dance // Free Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2018-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  42. International Skating Union (ISU). "ISU Grand Prix 2015 // USA // Ice Dance // Results". www.isuresults.com (ing.)). 22.08.2022. 2018-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  43. International Skating Union (ISU). "ISU Grand Prix 2015 // Russia // Ice Dance // Short Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2018-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  44. International Skating Union (ISU). "ISU Grand Prix 2015 // Russia // Ice Dance // Free Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2018-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  45. International Skating Union (ISU). "ISU Grand Prix 2015 // Russia // Ice Dance // Results". www.isuresults.com (ing.)). 22.08.2022. 2022-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  46. International Skating Union (ISU). "2016 European Championships // Ice Dance // Short Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2016-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  47. International Skating Union (ISU). "2016 European Championships // Ice Dance // Free Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2016-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  48. International Skating Union (ISU). "2016 European Championships // Ice Dance // Results". www.isuresults.com (ing.)). 22.08.2022. 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  49. International Skating Union (ISU). "2016 World Championships // Ice Dance // Short Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2019-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  50. International Skating Union (ISU). "2016 World Championships // Ice Dance // Free Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2019-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  51. International Skating Union (ISU). "2016 World Championships // Ice Dance // Results". www.isuresults.com (ing.)). 22.08.2022. 2019-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  52. International Skating Union (ISU). "ISU Grand Prix 2016 // China // Ice Dance // Short Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  53. International Skating Union (ISU). "ISU Grand Prix 2016 // China // Ice Dance // Free Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  54. International Skating Union (ISU). "ISU Grand Prix 2016 // China // Ice Dance // Results". www.isuresults.com (ing.)). 22.08.2022. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  55. International Skating Union (ISU). "ISU Grand Prix 2016 // Japan // Ice Dance // Short Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2019-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  56. International Skating Union (ISU). "ISU Grand Prix 2016 // Japan // Ice Dance // Free Dance". www.isuresults.com (ing.)). 22.08.2022. 2019-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  57. International Skating Union (ISU). "ISU Grand Prix 2016 // Japan // Ice Dance // Results". www.isuresults.com (ing.)). 22.08.2022. 2021-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.

Saytda 30 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024