Viktoriya və Albert muzeyi Haqqinda Melumat - Vikipedia

Viktoriya və Albert muzeyi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Viktoriya və Albert Muzeyi

(Viktoriya və Albert muzeyi səhifəsindən istiqamətləndirilmişdir)

Viktoriya və Albert muzeyi (ing. Victoria and Albert Museum) — Londonda yerləşən tətbiqi-sənət nümunələri baxımından dünyanın ən zəngin muzeyi sayılır. Muzey 1852-ci ildə yaranıb. Burada 4 milyondan çox müxtəlif eksponat 145 zalda ziyarətçilərə təqdim olunur. Bütün dünya ölkələrinin tarixi mədəniyyətini əks etdirən keramik əşyalar, müxtəlif kostyumlar, zinət əşyaları, çap məhsulları, mebellər və s. eksponatlar öz gözəlliyi ilə muzeyi ziyarət edənlərin sayını daha da artırır.

Viktoriya və Albert muzeyi
Loqonun şəkli
Xəritə
Əsası qoyulub 1852
Açılış tarixi 1852
Mövzu İncəsənət
Ölkə
Yerləşir İngiltərə İngiltərə,
Cromwell Road,
London SW7 2RL
Kolleksiyası 4 000 000
Ziyarətçi sayı
  • 857.742 nəf. (2021)[3]
Telefon +44 (0)20 7942 2000
İş rejimi 10:00-17:45, cümə 09:00–23:00
Bilet Giriş azaddır
51°29′48″ şm. e. 0°10′17″ q. u.
http://www.vam.ac.uk/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qalereyaları redaktə

 
Viktoriya və Albert muzeyi

Muzeydə bir neçə qalereya mövcuddur. Avropa qalereyasında İtaliya intibah dövrünün gözəl nümunəsi sayılan kolleksiya saxlanılır. Şərqi Asiya və İslam ölkələri mədəniyyəti nümunələri isə Şərq zalında nümayiş olunur. Qeyd edək ki, Şərq zalı muzeyin əhəmiyyətli zallarından biridir, burada 160 min eksponat var. 4 min eksponatdan ibarət olan Britaniya qalereyasında İngiltərə və Avropa intibah dövrünün mədəniyyət nümunələri saxlanılır.

Dünyada ən böyük keramika və çini qablar kolleksiyası hesab olunan kolleksiya da bu muzeydədir. Kolleksiyanın nümunələrinin sayı 75 mindən çoxdur.

Muzeyin moda və zinət əşyaları zalında 14 mindən artıq kostyum və geyim aksesuarları saxlanılır. Buraya orta əsrlərə aid paltarlar, həm də müasir dövrün Koko Şanel, İv Sen Loran, Pyer Karden kimi görkəmli modelyerlərinə məxsus olan kostyumlar daxildir. Zinət əşyaları şöbəsində ziyarətçilərin daha çox marağına səbəb olan qədim Misir, Yunanıstan və Romaya aid edilən 6 mindən çox qiymətli eksponat nümayiş olunur.

Ziyarətçilərin maraq göstərdikləri zallardan biri də mebel zalıdır. Burada məşhur italyan skripka ustası Antonio Stradivarinin düzəltdiyi nadir skripka, çoxillik tarixə malik olan şüşə və metaldan düzəlmiş əşyalar, zəngin rəsm əsərləri kolleksiyası, 5 mindən çox fotoşəkil və dünyada ən böyük incəsənət kitabxanası nümayiş olunur.

Muzeyin qərb hissəsində müxtəlif silah növləri, qızıl, gümüş əşyaları, qiymətli metallar və fil dişindən hazırlanmış məmulatlar, həmçinin orta əsrlərə aid edilən xeyli gümüş qab-qacaq saxlanılır.

Azərbaycanın sənət əsərləri Viktoriya və Albert muzeyində redaktə

Viktoriya və Albert muzeyində Azərbaycan ustalarının ən orijinal əsərləri sərgilənir. Bunlar bədii parça, tikmə, xalça, zərgərlik, saxsı və digər sənət əsərlərindən ibarətdir. Tarixi baxımından Viktoriya və Albert muzeyində toplanmış sənət əsərlərimiz içərisində ən qədimi 1319-cu il tarixli bürünc camdır.

Muzeydə saxlanılan xalq sənət nümunələrimiz içərisində ən görkəmli yeri Azərbaycan xalçaları tutur. Bunları öz bədii və texnoloji xüsusiyyətlərinə görə iki qrupa bölmək olar: birinci qrupa XVI əsr Təbriz xalçaları, ikinci qrupa XVI–XIX əsrdə toxunmuş Quba-Şirvan, Gəncə-Qazax və Qarabağ xalçaları daxildir. Muzeydə nümayiş etdirilən Təbriz xalçaları içərisində 1539-cu ildə Təbrizdə Şah Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunmuş və elm aləmində "Şeyx Səfi" adı ilə məşhur olan xalını xüsusilə qeyd etmək lazımdır. Viktoriya və Albert muzeyində saxlanılan XVII–XIX əsr Azərbaycan xalçaları vaxtı ilə Qubada, Bakıda, Şamaxıda, QazaxdaQarabağda toxunub.[4]

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 113 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023