Vilayət Ağayev Haqqinda Melumat - Vikipedia

Vilayət Ağayev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vilayət Ağayev

Azərbaycan güləşçisi

Vilayət Ağayev (5 dekabr 1971) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.[1]

Vilayət Ağayev
Şəxsi məlumatlar
Tam adı Vilayət Ağayev
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (52 yaş)
Boyu 168 sm. (5 ft 6 in)
İdman növü Güləş
Karyera illəri 1985—2000
Məşqçisi Əli Əliyev

Karyerası redaktə

Vilayət Ağayev 1994-cü ildə Finlandiyada baş tutan Dünya Çempionatını altıncı pillədə başa vurdu.[2] 1995-ci ildə Vilayət Ağayev Fransada Avropa Çempionatında 18-ci, İtaliyada Hərbçilərin Dünya Oyunlarında isə 6-cı pillələrdə qərarlaşdı.[2]

1996-cı ildə martında Budapeşt şəhərində (Macarıstan) Avropa Çempionatını yeddinci pillədə başa vuran Vilayət Ağayev həmin ilin iyulunda Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. İyulun 20-də mübarizə aparan Vilayət Ağayev isə 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə Çin təmsilçisi Şenq Zetian ilə üz-üzə gəldi.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Vilayət Ağayev rəqibinə 4:5 hesabı ilə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam elədi.[3] Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Polşa nümayəndəsi Stanislav Pavlovxsi oldu.[3] Həmin görüşdə rəqibinə 4:3 hesabı ilə qalib gələn Vilayət Ağayev, növbəti mərhələyə adladı.[3] Bu mərhələdə onun rəqibi 1993-cü il Dünya Çempionatının qalibi olan Ermənistan nümayəndəsi Ağası Manuhyan oldu.[3] Bu görüşdə Vilayət Ağayev rəqibi üzərində inamlı qələbə qazandı (7:2) və təsəlliverici qrupun üçüncü mərhələsinə adladı.[3] Bu görüşdə onun rəqibi Kuba nümayəndəsi Luis Sarmiento oldu.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Vilayət Ağayev rəqibinə 0:1 hesabı ilə məğlub oldu və Atlanta Olimpiadasıı 10-cu pillədə başa vurdu.[3]

Olimpiadadan sonra da Vilayət Ağayev beynəlxalq turnirlərdə uğursuz çıxış elədi.[2] 1997-ci ildə Finlandiyada Avropa Çempionatını 10-cu, Polşada Dünya Çempionatını isə 4-cü pillədə başa vuran Vilayət Ağayev 1998-ci ildə Belarusda Avropa Çempionatını 7-ci pillədə başa vurdu.[2]

1999-cu ildə Xorvatiyada Hərbçilərin Dünya Oyunlarını 6-cı, Yunanıstanda Dünya Çempionatını isə 12-ci pillədə başa vuran Vilayət Ağayev 2000-ci ildə idmanla vidalaşdı.[2]

Nəticələri redaktə

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
1994
Dünya Çempionatı Finlandiya  Finlandiya
6.
2
1995
Avropa Çempionatı Fransa  Fransa
18.
3
Hərbçilərin Dünya Oyunları İtaliya  İtaliya
6.
4
1996
Avropa Çempionatı Macarıstan  Macarıstan
7.
5
Olimpiya Oyunları ABŞ  ABŞ
14.
6
1997
Avropa Çempionatı Finlandiya  Finlandiya
10.
7
Dünya Çempionatı Polşa  Polşa
4.
8
1998
Avropa Çempionatı Belarus  Belarus
7.
9
1999
Hərbçilərin Dünya Oyunları Xorvatiya  Xorvatiya
6.
10
Dünya Çempionatı Yunanıstan  Yunanıstan
12.
11
2000
Dünya Olimpiya Təsnifat Turniri Özbəkistan  Özbəkistan
16.

İstinadlar redaktə

  1. Olympedia.org. "Vilayət AĞAYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 3 4 5 International Wrestling Database. "VILAYAT AGHAYEV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
  3. 1 2 3 4 5 6 7 8 Olympedia.org. "1996 Summer Olympics / Wrestling / Bantamweight (57 Kilograms) / Greco-Roman / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.

Saytda 98 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024