Virciniya Kristian Haqqinda Melumat - Vikipedia

Virciniya Kristian Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Virciniya Kristian

Virciniya Kristian (ing. Virginia Christian; d. 15 avqust 1895 - ö. 16 avqust 1912, Riçmond, Virciniya) — XX əsrdə Virciniya əyalətində edam olunan ilk qadın cinayətkar. O, həmçinin ABŞ-da edam edilən azyaşlı cinayətkar idi. Eyni zamanda elektrik stulunda edam olunan yeganə yeniyetmə idi və bu günə kimi Virciniya ştatı tərəfindən elektrik stulunda edam edilən son qadın cinayətkardır. O, 23 sentyabr 2010-cu il cümə axşamı son yüzillidə yekdilliklə edam edilən son qadın cinayətkar olarkən, Tereza Luis isə edam olunan ilk qadın cinayətkar olmuşdur.[2]

Virciniya Kristian
Doğum tarixi 15 avqust 1895(1895-08-15)[1]
Vəfat tarixi 16 avqust 1912(1912-08-16)[1] (17 yaşında)
Vəfat yeri
Fəaliyyəti ev qulluqçusu[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cinayət haqqında redaktə

Qaradərili qulluqçu olan Kristian 18 mart 1912-ci ildə müdiri ağdərili, 72 yaşlı xanım İda Virciniya Belotun Hemptondakı evində öldürülməsində ittiham edildi.[3][4] Deyilənlərə əsasən, o, həbs edildikdən qısa müddət sonra Belotu vurduğunu etiraf edib. Belot Kristian ilə mütəmadi kobud rəftar edirdi və 1912-ci il mart ayının ortalarında Belot Kristianı bir medalyon və ətək oğurlamaqda günahlandırdığı üçün ikisi arasında mübahisə yarandı.

Belot Kristianı tüpürcəkqabı ilə vurdu. Kristian süpürgə tutacaqlarından birini götürdü və Belotun alnına vurdu. Belotun qışqırıqlarını boğmaq üçün Kristian Belotun ağzına dəsmal basdı və qadın boğularaq öldü. Kristian evdən gedəndə Belotun çantasından bir az pul və üzük oğurladı.

İstintaq redaktə

Bir qəzet məlumat verdi ki, polis Belotun cəsədini “qanla dolu bir hovuzda üzüqoylu yatmış, başı dəhşətli dərəcədə yaralanmış, ağzı və boğazına bir dəsmal basılmış” şəkildə tapdı.

Polis tezliklə Kristianı həbs etdi və dindirmə zamanı o, Belotu vurduğunu etiraf etdi, amma Belotun ölməsi onu şoka saldı. Kristian Belotu öldürmək niyyətində olmadığını iddia etdi. Elizabet Şəhər Dairə Məhkəməsində Kristianı qətlə görə ittiham edildi və məhkəmənin hakimi onu əyalətin elektrik stulunda ölüm hökmünə məhkum etdi. 1912-ci ilin avqustunda 17 yaşından bir gün, cinayətdən beş ay sonra Virciniya hakimiyyəti Kristianı Riçmond ştatındakı dövlət həbsxanasında edam etdi. [5]

Qubernator Uilyam Hoces Mann Virciniyanın anası Şarlotta Kristianın ölüm hökmünün dəyişdirilməsi ilə bağlı ona yazdığı xahiş məktubuna baxmayaraq, ölüm hökmünün dəyişdirilməsindən imtina etdi.[4] Qubernator bu xahişi rədd etdikdən sonra Kristian Riçmonddakı dövlət həbsxanasında elektrik stulunda edam edildi. O, 17 yaşında idi. Sənəddə bildirildi ki, onun cəsədi dövlət tibb məktəbinə təhvil verildi, çünki valideynlərinin Riçmonddan cəsədi daşımaq üçün pulları yox idi.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1 2 Virginia Christian // SNAC (ing.). 2010.
  2. Hartenstein, Meena. "First woman to be executed by Virginia in nearly 100 years". New York Daily News. 2010-09-20. 2010-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-17.
  3. Lundin, Leigh. "Virginia, Virginia". Capital Punishment. Criminal Brief. 2010-09-26. 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-17.
  4. 1 2 "Virginia Christian" (ingilis). Death Row Divas. Melbourne: DRD. 2009-09-14. 15 iyul 2011 tarixində arxivləşdirilib.
  5. Baker, David. "Black Female Executions in Historical Context" (PDF). Criminal Justice Review. Riverside, Ca: SAGE Publications / Georgia State University. 33 (1). Mar 2008: 64–88. doi:10.1177/0734016808316782. ISSN 0734-0168. 2011-06-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-09-25.

Saytda 79 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024