Vladimir Bolşakov Haqqinda Melumat - Vikipedia

Vladimir Bolşakov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vladimir Bolşakov

Vladimir Bolşakov (21 sentyabr 1934[1]) — Sovet və rus zooloqu, heyvan ekologiyası, təkamül və populyasiya ekologiyası mütəxəssisi; REA-ın akademiki (1987).

Vladimir Bolşakov
Doğum tarixi 21 sentyabr 1934(1934-09-21)[1] (89 yaş)
Elm sahələri ekologiya, zoologiya
Elmi dərəcələri
Elmi adları
İş yerləri
  • Ural Federal Universiteti[d]
Elmi rəhbəri Stanislav Şvars
Üzvlüyü
Mükafatları 3-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni 4-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Qırmızı əmək bayrağı" ordeni
SSRİ Dövlət mükafatı Rusiya Federasiyasının elm və texnika sahəsində dövlət mükafatı Demidov mükafatı Prize of the Government of the Russian Federation in the field of education

Bioqrafiyası redaktə

Bir işçi ailəsində anadan olub. Orta məktəbi medalla, A. M. Qorki adına Ural Dövlət Universitetinin biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Zoologiya elmi dərəcəsinə malikdir. 1959-cu ildə SSRİ Elmlər Akademiyası Ural filialının aspiranturasına daxil olur. 1962-ci ildə "Kletrionomis cinsinin fərdlərinin və coğrafi dəyişkənliyinin qanunauyğunluqları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. 1969-cu ildə müdafiə etdiyi doktorluq dissertasiyasının mövzusu “Kiçik məməlilərin dağ şəraitinə uyğunlaşma yollarının ekoloji təhlili təcrübəsidir”.

1959-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Ural Filialının Biologiya İnstitutunda, 1976-cı ildən Rusiya Elmlər Akademiyası Ural Filialı Bitki və Heyvan Ekologiyası İnstitutunun direktoru işləyir. Rusiya Elmlər Akademiyası Ural Filialının sədrinin müavini (1993-1996), Rusiya Elmlər Akademiyası Ural Filialının sədrinin birinci müavini (1996-1998) olur. Rusiya Elmlər Akademiyası Ural Filialının sədri və Rusiya Elmlər Akademiyasının vitse-prezidenti (1998-1999), 1999-cu ildən Rusiya Elmlər Akademiyası Ural Filialının sədrinin birinci müavini işləyir[2]. 1996-ci ildən Ural Dövlət Universitetinin Ekologiya kafedrasının müdiri olaraq onlarla elmlər doktoru hazırladyır.

Biologiya elmləri doktoru (1969), professor (1978), 15 mart 1979-cu ildən bəri müxbir üzv, 23 dekabr 1987-ci ildən bəri "ekologiya" üzrə ixtisaslaşmış Rusiya Elmlər Akademiyasının (SSRİ Elmlər Akademiyası) akademiki.

Rusiya Elmlər Akademiyası Rəyasət Heyəti yanında YUNESKO-nun “İnsan və Biosfer” Proqramı (MAB) üzrə Rusiya Komitəsinin sədri, Rusiya Termioloji Cəmiyyətinin prezidenti, Prezident yanında Elm, Texnologiya və Təhsil Şurasının üzvü, Bioloji Birgə Şuranın sədri. Hindistan Zooloji Akademiyasının üzvüdür[3].

"Ekologiya" jurnalının baş redaktoru (1976-1988, 1994-201?), indi redaksiya heyətinin fəxri üzvü, "Science in Russia" və "Zoological journal" jurnallarının redaksiya heyətlərinin üzvüdür.

Elmi fəaliyyəti redaktə

600-dən çox elmi əməyi dərc etdirmişdir ki, bunlardan da 50-dən çox kitabdır. Habelə bir sıra populyar elmi kitablar ("Ural Heyvanları", "Məməlilər Dünyası" daxil olmaqla), məqalələr və broşurlar buraxmışdır. "Ekologiya", "Regional Ekologiya" dərsliklərinin müəlifidir. Orta Ural, Xantı-Mansiysk və Yamalo-Nenets Muxtar Dairələrinin Qırmızı Kitablarının yaradılmasında fəal iştirak etmişdir.

Mükafatları redaktə

Bir çox orden, medal və mükafatlara layiq görülmüşdür:"Qırmızı əmək bayrağı" ordeni, Demidov mükafatı, Yekaterinburqun fəxri vətəndaşı və s.

İstinadlar redaktə

  1. 1 2 Историческая энциклопедия Сибири (rus.). / под ред. В. А. Ламин Новосибирск: 2009. ISBN 5-8402-0230-4
  2. Большаков Владимир Николаевич Arxivləşdirilib 2011-07-20 at the Wayback Machine на официальном сайте Уральского отделения РАН
  3. "Архивированная копия". 2018-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-15.

Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024