Vladimir Firsov Haqqinda Melumat - Vikipedia

Vladimir Firsov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vladimir İvanoviç Firsov (26 aprel 1937[1]17 noyabr 2011, Moskva) — Rusiya və sovet şairi, tərcüməçisi.

Vladimir Firsov
Doğum tarixi 26 aprel 1937(1937-04-26)[1]
Vəfat tarixi 17 noyabr 2011(2011-11-17) (74 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti yazıçı, şair, söz yazıçısı[d], mahnı yazarı[d], tərcüməçi
Əsərlərinin dili rus dili
İstiqamət sosialist realizmi
Janrlar şeir
Üzvlüyü
Mükafatları 4-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Dostluq" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni
Lenin komsomolu mükafatı

Həyatı redaktə

Vladimir İvanoviç Firsov 1937-ci ilin aprelində Smolensk vilayətinin Zabolotye kəndində anadan olub. Ədəbiyyat İnstitutunu bitirib. Yaradıcılığa şeirlərində təbiət və sevgi motivlərindən başlayıb, zamanla şeirlərində vətəndaş mövqeyi, fəlsəfi mənalar dərinləşib. Yaradıcılığa erkən yaşlarında başlayan Vladimirin ilk şeiri 10-cu sinifdə oxuyarkən 16 yaşında "Komsomolskaya pravda" kimi nüfuzlu bir qəzetdə dərc olunub. Lirika ilə şərə qarşı vətəndaş barışmağzlığının belə bir vəhdətində mövqe tutan şair 60-cı ilin ortalarında Moskvadan xeyli kənarda Rusiyanın məşhur dini ocaqlarından sayılan Serqiev Posad şəhəri yanında Semxoz qəsəbəsinsdəki bağ evində məskunlaşıb. Burda "vətənsevər ―radonejçilər" ədəbi dərnəyini yaradıb. Bu Rusiyanın yaradıcı ziyalılarının bir-birinə qarşı sərt qarşıdurmaları dövrü idi. Bu zaman artıq iki cərəyan aydın seçilirdi: vətənpərvərlik və kosmopolitlik. İkincilər bir qayda olaraq qərb yönümlü olmaqla realizmə ―modern-avanqardçılğı‖ qarşı qoyurdular. Vladimir Firsov poeziyada ənənəvi dəyərlərinin qoruyanların önündə gedənlərdən idi.

Müharibədən sonrakı dövrdə yaşayan şairin şeirlərində uşaqlıq xatirələri, kənddən şəhərə axınla kəndlərin boşalıb dağılması ağrı-acısı, vətənpərvərlik duyğuları, fəlsəfi mənalandırma, düşüncə mühüm yer tutur. Onun şeirlərində həyata fəal münasibətindən yaranan dərin sətiraltı mənalar var.

Firsovun yaradıcılığı ənənəvi rus poeziyasının ən yaxşı xüsusiyyətlərini özündə birləşdirib, o poetik sözün əsl peşəkarlarından biridir, onun şeirləri bəsit nəsihətçilikdən uzaqdır, aydın fikirlərini poetik ustalıqla ifadə edərək canlı dilin incəliklərindən yarınmaqla bədii obrazlar aləmi yaradır. Ona görə də onun şeirləri təsirli və oxunaqlıdır. Misraları aforizmlər kimi yaddaqalandır.

Şeirlərdən əlavə şair bir neçə poema da qələmə almışdır. Onlardan "Ölməzlik Respublikası", "Əsrlərin gözüylə", "İldırımlar üstünə qalxanlar" kimi poemaları var. Bu əsərlərində şairin vətən sevgisi, onun müqəddəsliyinə bağlılığı, vətəndaş mövqeyi, şərə qarşı yorulmaz mübarizəsi duyulur. Kəskin ruhlu şeirlərində vətəni sevməyənləri qamçılayır. Hələ ötən əsrdə şairin bəsirət gözü bir qərinəlik öncədən gələn bəlaları görürdü və xəbərdarlıq edirdi.

  1. 1 2 ФИРСОВ Владимир Иванович // Русская литература XX века. Прозаики, поэты, драматурги (rus.). / под ред. Н. Н. Скатов 2005. С. 581–585. ISBN 5-94848-307-X

Saytda 102 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024