Vladimir Mixalevski Haqqinda Melumat - Vikipedia

Vladimir Mixalevski Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vladimir Mixalevski

Vladimir Mixalevski (rus. Владимир Михалевский; doğ. 29 noyabr 1959, Bakı, Azərbaycan SSR, SSRİ) — müdafiəçi mövqeyində çıxış etmiş sovet futbolçusu. SSRİ idman ustası, Rusiyanın əməkdar məşqçisi.

Vladimir Mixalevski
rus. Владимир Михалевский
Ümumi məlumatlar
Doğum tarixi 29 noyabr 1959(1959-11-29) (64 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Boyu 177
Mövqeyi müdafiəçi
Klub haqqında məlumat
Klub klubsuz
Karyerası
Klub karyerası[* 1]
1977 SSRİ OİK 4 (0)
1977—1985 SSRİ Neftçi 185 (4)
1986 SSRİ Gənclik 26 (1)
Milli yığma[* 2]
1979 SSRİ SSRİ (21 yaşlılar) 5 (1)
Təltif və medalları

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Karyerası redaktə

Klub karyerası redaktə

Vladimir Mixalevski peşəkar karyerasına 1977-ci ildə Odessanın "OİK" komandasına başlayıb. Bu komandanın heyətində SSRİ ikinci liqasında 4 oyun keçirib.

1977-ci ildə "Neftçi" komandasına keçib. Bakı təmsilçisinin heyətində ilk görüşünü, 10 aprel 1977-ci ildə SSRİ Kubokunun 1/16 final mərhələsi çərçivəsində Minskin "Dinamo" komandasına qarşı keçirib. O, görüşün 63-cü dəqiqəsində Maşalla Əhmədovun əvəzinə meydançaya daxil olub.[1] "Neftçi"nin heyətində ilk qolunu 2 may 1980-ci ildə Daşkəndin "Paxtakor" komandasının qapısından keçirib.[2] Mixalevski 1977-1985-ci illərdə formasını geyindiyi "Neftçi" komandasının heyətində ümumilikdə çempionat və Kubok oyunlarında 208 oyun keçirib, 4 qol vurub.

1986-cı ildə SSRİ ikinci liqasında mübarizə aparan Bakının "Gənclik" komandasına keçib. Bu komandanın heyətində 26 oyun keçirib və 1 qol vurub.

Milli karyerası redaktə

1979-cu ildə SSRİ yığma komandasının heyətində Yaponiyada keçirilmiş 21 yaşlı futbolçular arasında dünya çempionatının gümüş mükafatçısı olmuşdur. O, turnirin final mərhələsində 5 oyun keçirib və 1 qol vurub.[3]

Futboldan sonra redaktə

Mixalevski futbolçu karyerasını bitirdikdən sonra bir müddət əvvəlcə Bakıda, daha sonra isə Moskvada bizneslə məşğul olub.[4]

2000-ci illərdə "Dinamo" ümumrusiya bədən tərbiyəsi-idman cəmiyyətinin Moskva şəhər təşkilatı sədrinin birinci müavini işləyib. 2008-ci ildə topla hokkey üzrə Rusiya yığmasının baş meneceri kimi çalışıb. 2011-ci ildə Vladiqafqazın "Alaniya" futbol komandasının vitse-prezidenti təyin olunub.[5]

Mixalevski topla hokkey üzrə Beynəlxalq Federasiyanın vitse-prezidenti olub, həmçinin Rusiya topla hokkey federasiyasının icraiyyə komitəsinə daxil olub.[5]

Təhsili redaktə

Mixalevski 1980-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1989-cu ildə isə N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu bitirib.[5]

Mükafatları redaktə

1979-cu ildə 21 yaşlı futbolçular arasında dünya çempionatının gümüş mükafatçısı olduqdan sonra SSRİ idman ustası adını qazanıb.[5]

Rusiyanın əməkdar məşqçisidir.[5]

19 noyabr 2007-ci ildə Rusiyanın II dərəcəli "Vətən qarşısında xidmətlərə görə" ordeni medalı ilə təltif edilib.[6]

"Dinamo"da işlədiyi dövrdə "Fəxri dinamoçu" nişanına və "Dinamo hərəkatına verdiyi xüsusi töhfələrə və yüksək idman nailiyyətlərinə görə" fəxri qızıl medalına layiq görülüb.

İstinadlar redaktə

  1. "«Динамо» Минск 5 : 0 «Нефтчи» Баку // Footballfacts.ru". 2019-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-31.
  2. "«Нефтчи» Баку 2 : 2 «Пахтакор» Ташкент // Footballfacts.ru". 2019-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-31.
  3. "Молодежная сборная СССР на чемпионатах мира // Kopanyi-myach.info". 2018-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-31.
  4. "Финт ушами, или не футбольные игры Машаллы Ахмедова // Day.az". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-31.
  5. 1 2 3 4 5 "Михалевский Владимир Иванович". Sport-strana.ru. 2019-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2020. (#apostrophe_markup)
  6. "Указ Президента Российской Федерации о награждении государственными наградами Российской Федерации // Pravo.gov.ru". 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-31.

Xarici keçidlər redaktə


Saytda 154 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024