Vladimir Qardin Haqqinda Melumat - Vikipedia

Vladimir Qardin Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vladimir Rostislavoviç Qardin (d. 18 yanvar 1877, Moskva, Rusiya - ö. 29 may 1965, Sankt-Peterburq, Rusiya) - RusiyaSSRİ aktyoru. SSRİ xalq artisti (1947).

Vladimir Qardin
Vladimir Rostislavoviç Qardin
Doğum adı Владимир Ростиславович Благонравов
Digər adı Vladimir Blaqonravov
Doğum tarixi
Doğum yeri Moskva, Rusiya imperiyası
Vəfat tarixi (88 yaşında)
Vəfat yeri Leninqrad, SSRİ
Dəfn yeri
  • Boqoslovskoye qəbiristanlığı[d]
Vətəndaşlığı
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 1898-?
Təhsili
  • İkinci Moskva kadet korpusu[d] (–1894)
Mükafatları "SSRİ xalq artisti" fəxri adı — 1947 "RSFSR xalq artisti" fəxri adı
"Qırmızı əmək bayrağı" ordeni "Leninqradın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Şərəf nişanı" ordeni "Leninqradın 250 illik xatirəsinə" medalı
IMDb ID0306723

Həyatı redaktə

Vladimir Rostislavoviç Qardin 18 yanvar 1877-ci ildə Moskvada anadan olmuş, 29 may 1965-ci ildə Sankt-Peterburqda vəfat etmişdir.

Fəaliyyəti redaktə

1898-ci ildən Riqa, Odessa, Taqanroq, Kişinyov və s. şəhərlərin teatrlarında işləmişdir. 1907-ci ildə Müstəqil teatrı yaradır və burada qadağan olunmuş tamaşaları cəsarətlə səhnəyə qoyur. 1908-ci ildə isə Parisdə rus teatrı açır. Kinoda 1913-cü ildən fəaliyyət göstərir. Rejissor kimi kinoda fəalyyətə başlayan Qardin 1919-cu ildə Moskvada ilk kino məktəbi olan ÜDKİ-ni açan şəxslərdən biridir. 1924-cü ildən həmin məktəbin direktoru olmuşdur. Həmçinin həmin ildən müxtəlif kinostudiyalarda rejissor və aktyor kimi işləmişdir.

Adlar və mükafatlar redaktə

  1. SSRİ Xalq Artisti (1947)
  2. RSFSR-in xalq artisti
  3. "Qırmızı əmək bayrağı" ordeni
  4. "Leninqradın müdafiəsinə görə" medalı
  5. "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
  6. "Şərəf nişanı" ordeni
  7. "Leninqradın 250 illik xatirəsinə" medalı

Filmoqrafiya redaktə

  1. 26 komissar (film, 1932)(tammetrajlı bədii film)(rol: xrizantemalı sakin)
  2. Bakının işıqları (film, 1950)(tammetrajlı bədii film)(rol: keçmiş neft sənayeçisi)

Mənbə redaktə

Xarici keçidlər redaktə


Saytda 113 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024