Volqa-Xəzər Neft sənayesi və Ticarət Cəmiyyəti Haqqinda Melumat - Vikipedia

Volqa-Xəzər Neft sənayesi və Ticarət Cəmiyyəti Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Volqa-Xəzər Neft sənayesi və Ticarət Cəmiyyəti

Volqa-Xəzər Neft sənayesi və Ticarət Cəmiyyəti — Rusiya imperiyasında 1898-ci ildən fəaliyyət göstərən səhmdar cəmiyyət.

Cəmiyyətin
tacir Q. S. Dembot adına səhmi (1898).

Cəmiyyətin əsasnaməsi 4 iyul 1897-ci ildə qəbul edilir və 23 sentyabr 1897-ci ildə isə dərc edilir.

Cəmiyyət Dembotov qardaşlarının Qara şəhərdə və bakı ətrafında olan neft sənayesi müəssisələnin inkişaf və təmin edilməsi məqsədi ilə təşkil edilmişdir. Cəmiyyətin ümumi kapitalı 1 500 000 rubl təşkil edirdi. 6 000 səhmə bölünmüşdü, hər səhm 250 rubl dəyərində idi.

Cəmiyyəti təşkil edənlər arasında neft sənayeçisi, Çarısında[1] ticarət-sənaye müəssisələri və daşınmaz əmlakları olan Qriqori Dembot və tacir İosif Dembot vardı.

Cəmiyyət 10 mart 1898-ci ildən fəaliyyətə başlamışdır. Cəmiyyətin qərargah mənzili Sankt-Peterburqda yerləşirdi: ilk əvvəllər Qalernaya küçəsi, ev № 20, sonradan Böyük Konyuşnaya küçəsi, ev № 7.

Cəmiyyətin rəhbərliyində Dembotov qardaşlarından başqa ticari işlərdə anlayışı olmayan şəxslərdə olmuşdur. Belə ki, 1898–1905-ci illərdə cəmiyyətin rəhbəri ictimai xadim, baron David Qinsburq, 1903–1905-ci illərdə isə direktorlardan biri həbsxana həkimi və ədəbiyyatçı David Qersrenşteytn olmuşdur.

Sankt-Peterburq dövlət palatası cəmiyyətə və işçilərinə müxtəlif vergilərə və ödənişlərə görə dəfələrlə iddia qaldırmışdır[2].

1905-ci ildə şirkətin kreditorlarının tələbi ilə onun işləri üçün bir rəhbərlik qurulmuşdur[3]. 1906-cı ildən 1908-ci ilə qədər cəmiyyətin rəhbərliyinin qərargahı Bolşaya Konyuşnaya küç. ev 7 ünvanı göstərilirdi.

Sankt-Peterburqda (Petrograd) Ticarət Məhkəməsində cəmiyyətin ödəmə qabiliyyətsizliyinin tanınması ilə bağlı iş 1909–1916-cı illərdə[4] aparılmışdır.

İstinadlar redaktə

  1. "Дембот Григорий Семенович // Нижне-Волжская биобиблиографическая энциклопедия". Царицынское генеалогическое общество. 2016-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-21.
  2. Центральный государственный исторический архив Санкт-Петербурга. Фонд 479. Опись 19, дело 4885. Опись 22, дела 323, 1075, 1078, 2143, 4009. Опись 26, дело 379.
  3. "ЦГИА СПб. Фонд 852. Опись 1. Дело 5514. По ходатайству кредиторов Волжско-Каспийского нефтепромышленного и торгового общества об учреждении по делам этого общества администрации". Архивы Санкт-Петербурга. İstifadə tarixi: 2016-07-28.[ölü keçid]
  4. "ЦГИА СПб. Фонд 243. Опись 1. Дело 782. Дело о признании несостоятельности Волжско-Каспийского нефтепромышленного и торгового общества, по делам которого учреждена администрация". Архивы Санкт-Петербурга. İstifadə tarixi: 2016-07-28.[ölü keçid]

Mənbə redaktə


Saytda 89 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024