W-Trio Haqqinda Melumat - Vikipedia

W-Trio Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

W-TrioBakıda yaradılan, Azərbaycanın qızlardan ibarət pop qrupu. 19992006-ci illərdə fəaliyyət göstərmişdir. Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ağadadaş Ağayev, Brilliant Dadaşova kimi ulduzların mahnılarında bek-vokal oxuyublar. Xüsusilə Aygün Kazımovanın konsertlərində dəfələrlə səhnə almışdırlar. Qrup “Ay ləli yar” mahnısı ilə məşhurlaşmışdır.[1] "W-Trio"nun eks-kollektivi (Röya Ayxan, Elnarə Xəlilova, Natavan Həbibi) qrup parçalanandan sonra cəmi bir dəfə bir araya gələ bilib. O da xalq artisti Aygün Kazımovaya qarşı birləşərək "Kimdir nömrə 1" mahnısını ifa ediblər. [2]

W-Trio
Əsas məlumatlar
Üslub Pop
Fəaliyyət illəri 19992006
Ölkə Azərbaycan Azərbaycan, Bakı
Keçmiş üzvlər Röya Ayxan(19992002) (vokal)
Elnarə Xəlilova(19992003) (vokal)
Natavan Həbibi(19992006) (vokal)
Səidə Sultan (20022006) (vokal)
Xuraman Şuşalı(20032006) (vokal)

Qrupun üzvləri redaktə

Röya Ayxan redaktə

Qrupu ilk tərk etmişdir. Hal-hazırda solo fəaliyyətini davam etdirir. Azərbaycan Respublikasının Xalq Artistidir.[3][4]

Elnarə Xəlilova redaktə

Qrupu tərk etdikdən sonra "SS Production" ilə 5 illik müqavilə imzalayaraq, ardıcıl olaraq sinqllarını təqdim etmişdir. Elnarə Xəlilova 2006-cı ildə teleaparıcı Rövşən Cahangirovla ailə həyatı qurmuş və sənətdən bir müddət uzaqlaşmışdır. Hal-hazırda solo fəaliyyətini davam etdirir.[5]

Natavan Həbibi redaktə

2006-cı ildə qrupdan ayrılmışdır. Natavan Həbibinin qrupdan ayrılması ilə qrup dağılmışdır. Hal-hazırda solo fəaliyyətini davam etdirir. Dağıstan Respublikasının Əməkdar Artistidir.

Səidə Sultan redaktə

Röya Ayxan qrupu tərk etdikdən sonra, onun yerinə gəlmişdir. Hal-hazırda solo fəaliyyətini davam etdirir.

Xuraman Şuşalı redaktə

Elnarə Xəlilova qrupu tərk etdikdən sonra, onun yerinə gəlmişdir. Xuraman Şuşalının qrupdan ayrılması ilə qrup dağılmışdır. Hal-hazırda solo fəaliyyətini davam etdirir.

Mahnıları redaktə

  • Ay ləli yar
  • Kimdir nömrə 1 (duet Cin (Ceyhun Zeynalov))
  • Gəl məni aldatma yar
  • Eşq
  • Eşq (duet Aygün Kazımova)
  • Bu gecə (duet Şeron qrupu)
  • Bu nə gündür ay aman

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
  2. "Arxivlənmiş surət". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
  3. "Arxivlənmiş surət". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
  4. W-Trio
  5. "Arxivlənmiş surət". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.

Saytda 198 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024