Xınıslı Haqqinda Melumat - Vikipedia

Xınıslı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

XınıslıAzərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Xınıslı kəndi Karrar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Karrar qəsəbəsi mərkəz olmaqla, Karrar qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.[1]

Xınıslı
40°19′37″ şm. e. 48°17′09″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 7 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Xınıslı xəritədə
Xınıslı
Xınıslı

Toponimikası redaktə

Yaşayış məntəqəsi XVI əsrdə qızılbaşların tərkibində adı çəkilən xınıslı (xunuslu) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Mənbələrdə Xınıslı XIX əsrin ortalarında Girdimançay ətrafında yaşamış 19 tüstüdən ibarət köç kimi qeyd olunur. Şamaxı rayonunda Böyük Xınıslı və Dərə Xınıslı kəndləri qeydə alınmışdır. Ərazidə eyniadlı çay da var.[2]

Əhalisi redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 734 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı redaktə

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

İstinadlar redaktə

  1. "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  2. Xınıslı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 157 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024