Xədicə Qazıyeva Haqqinda Melumat - Vikipedia

Xədicə Qazıyeva Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Xədicə Qazıyeva

Xədicə Bahəddin qızı Qazıyeva (15 fevral 1909, Kazan7 iyun 1991) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1964).

Xədicə Qazıyeva
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (82 yaşında)
Uşağı
Fəaliyyəti teatr aktrisası
Teatr Naxçıvan Dövlət Musiqili Dram Teatrı
Mükafatları
"Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1964
"Əməkdə fərqlənməyə görə" medalı — 1959

Həyatı redaktə

Xədicə Bahəddin qızı Qazıyeva 1909-cu il fevralın 15-də Kazan şəhərində dünyaya göz açıb. Orta təhsilini bu şəhərdə almışdır. 1926-cı ildə Xədicə xanımı Naxçıvana işləməyə göndərirlər. Aktrisanın ilk rolu "Qaçaq Kərəm" pyesində Sirab obrazı olub. Sonra Cəfər Cabbarlının "Sevil" pyesində Edilya obrazını, Hüseyn Cavidin "Şeyx Sənan" faciəsində Xumarı oynadı.

O, 200-dən çox obrazla qarşılaşmışdır.

Xədicə Qazıyeva 1991-ci il iyunun 7-də vəfat edib.

Xədicə Qazıyevanın qızı, Azərbaycan SSR xalq artisti Sofiya Hüseynova (1926–2015), nəvələri — xalq artistləri Rafael Dadaşov (1946–2020) və Rövşən Hüseynov da (1954) həyat yollarını sənətə bağlayıblar.

Mükafatları redaktə

İstinadlar redaktə


Saytda 46 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024