Xədim Süleyman Paşa Haqqinda Melumat - Vikipedia

Xədim Süleyman Paşa Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Xədim Süleyman Paşa

Xədim Süleyman Paşa (d. 1470 - ö. sentyabr 1547) — I Süleyman dönəmində may 1541 - 28 noyabr 1544 tarixlərində ümumilikdə 3 il 7 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Saray nədimlərindən olduğu üçün Xədim Süleyman Paşa olaraq tanınır.

Xədim Süleyman Paşa
سليمان باشا الخادم
May 1541 – 28 noyabr 1544
ƏvvəlkiÇələbi Lütfi Paşa
SonrakıRüstəm Paşa
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi
Fəaliyyəti siyasətçi
Dini islam
Rütbəsi Admiral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Rəvayətə görə, 1470-ci illərdə dünyaya gəlmiş, əslən macardır. Sarayda hərəmxanaya alınaraq xidmət göstərmiş və Yavuz Sultan Səlimin son illərində xəzinədar olmuşdur. 1523-cü ildə kaptan-ı dərya Lütfi Paşanın Qaraman bəylərbəyiliyinə gətirilməsi ilə kaptan-ı dərya[1], 1524-cü ilin dekabrında isə Dəməşq bəylərbəyiliyinə gətirildi.[2] Sədrəzəm İbrahim Paşa Misirdəki üsyanı yatırmış və buradakı nizam-intizamı təmin etdikdən sonra Dəftərdar İsgəndər Çələbinin tövsiyəsi ilə Süleyman Paşanı 1525-ci ilin may ayında Misir bəylərbəyi təyin etdi.[3] Xədim Süleyman Paşa əsl idarəçilik karyerasını məhz Misirdə qurmuşdur. Bu vəzifəsi əsnasında (1526) bəylərbəyilik divanında yanğın baş vermiş, bu səbəbdən yanan bütün sənədləri bərpa etmək üçün islahatlar aparmışdır. Süleyman Paşa Misirin yerli Məmlük bəylərini özünə tabe edərək mərkəzi hakimiyyəti gücləndirdi. İbrahim Paşanın tərtib etdiyi yeni Misir qanunnaməsini icra etməyə başladı. Bu icraatlar səbəbilə maliyyə vəziyyəti yaxşılaşan Misir xəzinəsi İstanbula ilk dəfə 1526-cı ildə göndərildi.

Süleyman Paşa gündən-günə artan portuqal təhlükəsini önləmək üçün Qırmızı dəniz və ətrafına öncə Səlman Rəisi göndərdi. Bu məqsədlə güclü bir donanma yaratmağa başladı. Belə ki, 1530-1531 tarixlərində paytaxtdan Misirə tonlarla material yollandı. 80 parçalıq bir donanma inşasına başlasa da, 1535-ci ilin fevralında bu fəaliyyət dayandırıldı və Süleyman Paşa Misir xəzinəsi ilə birlikdə İraqeyn səfərinə qatıldı. Xədim Süleyman Paşanın 10 il davam edən ilk Misir hakimliyi dönəmində bölgədə sülh və bolluq hakim olmuş, ancaq bu sülhü təmin etmək üçün Hadim Süleyman Paşa olduqca qəddar yollara əl atmışdı. Misirin güclü ailələrini və qəbilə rəislərini qətlə yetirərək mərkəzi hakimiyyəti gücləndirmişdi.[4] Səfər əsnasında Misir bəylərbəyiliyinə Hüsrəv Paşa gətirildi və Süleyman Paşa 1535-ci ilin iyulunda Anadolu bəylərbəyi, 1536 tarixində isə qübbə vəziri seçildi. Ancaq portuqalların səfər hazırlığı gördüyü xəbəri gəldi və Süleyman Paşa yenidən Misirə getdi (oktyabr 1536).

Xədim Süleyman Paşanın ikinci Misir hakimliyinə gətirilməsi ilə Osmanlıların portuqallara qarşı hazırladıqları Hindistan səfərinə hazırlıq prosesi başladı. Qucarat hakimi Bahadır şah Babur hakimi Hümayunla girişdiyi mübarizədə müttəfiq olduğu portuqalların artan təzyiqi səbəbilə 1536-cı ildə hərəmixəzinəsi ilə birlikdə vəziri Asəf xanı Məkkəyə yollamış, İstanbula elçi göndərərək kömək istəmişdir. Ancaq bundan xəbər tutan portuqallar 13 fevral 1537 tarixində Bahadır şahı aradan qaldırdı. Süleyman Paşa Bahadır şahın xəzinəsini İstanbula göndərdi. Misir bəylərbəyiliyinə Davud Paşa gətirildi və Süleyman Paşa Bahrül-külzüm kaptanı ləqəbi ilə Hindistan səfəri sərdarı təyin olundu.

Yeni bəylərbəyinin Qahirəyə çatması ilə Xədim Süleyman Paşa Süveyşə getdi. Hazırlıqların tamamlanmasının ardından 80 parçalıq donanma 7.000 yeniçəri və ağır döyüş sürsatı ilə birlikdə Süveyşdən ayrıldı (28 iyun 1538). Öncə Ciddəyə, ardından Ədən limanına çatan Süleyman Paşa portuqallarla ittifaq quran Ədən hakimi Şeyx Əmir ibn Davudu gəmiyə çağırıb, vəziri və 3 nəfər adamı ilə birlikdə gizlicə qətlə yetirdi. Osmanlı əsgərləri şəhəri ələ keçirdi və Bəhram bəy Ədən sancaqbəyi təyin olundu. Süleyman Paşa burada 500 nəfərlik bir dəstə və 3 hərbi gəmi saxlayaraq portuqalların cəmləşdiyi Diu şəhərinə yönəldi. Aralıq dənizinin coğrafi şərtlərinə uyğunlaşan Osmanlı dənizçiləri Hind Okeanının musson iqliminə uyğunlaşa bilmədilər. 19 günlük çətin bir səyahətin ardından avqust ayının sonlarında Hindistan sahillərinə çatdılar və 1538-ci ilin sentyabrında Diu şəhərinin önlərinə gəldi.

Bu əsnada portuqallar tərəfindən qorunan Dui şəhəri 15.000 nəfərlik Qucarat ordusu tərəfindən mühasirədə idi. Xədim Süleyman Paşa Qucaratlılara dəstək olmaq üçün bir miqdar əsgəri quruya çıxardı. Bu əsnada çıxan fırtına səbəbilə donanma müvəqqəti olaraq Cəfərabada sığındı. 28 sentyabrda Cəfərabaddan ayrılan donanma Diu şəhəri yaxınlığında dayandı. Donanma gələndə artıq Qoqola və Kat qalaları təslim edilmişdi. Süleyman Paşa Diu qalasını həm qurudan, həm də dənizdən mühasirəyə aldı. 4 oktyabrda başlayan top atəşləri qalada böyük dəliklər açdı. Ardından portuqallar qalanın daxili divarlarına çəkildilər. Ancaq OsmanlıQucarat dəstələrinin ard-arda edilən hücumları nəticəsiz qaldı. Ədən hakimi Şeyx Əmirin aqibətindən qorxan Qucarat hakimi III Mahmud Osmanlılara müqavimət göstərdi. Buna səbəb isə aşağıdakılardır:

Xədim Süleyman Paşa gözlədiyi dəstəyi ala bilmədi və geri çəkildi. 6 noyabr 1538 tarixində Osmanlı birlikləri bir miqdar hərbi dəstə buraxaraq gəmilərə minib Diudan ayrıldı. Süleyman Paşanın bu qərarı almağında əsas səbəb isə böyük bir portuqal donanmasının yaxınlaşması xəbəri oldu. Süleyman Paşa Diudan ayrıldıqdan sonra 27 noyabr 1538 tarixində Şihr limanına çatdı. Həzrəmövt hakiminin Osmanlı hakimiyyətinə tabe olması ilə Süleyman Paşa öncə Ədənə, ardından BabülməndəbəZəbidə getdi. Zəbid hakimi Əhməd bəyi 24 fevral 1539 tarixində baş tutan bir divan məclisində öldürdərək bölgəni Osmanlılara tabe etdi. ZəbidƏdən bölgəsini birləşdirərək Yəmən bəylərbəyiliyi quruldu. İlk Yəmən bəylərbəyi isə Mustafa Paşa təyin olundu. Ardından 13 martda Ciddəyə gedən Süleyman Paşa donanmanı Süveyşə yollayaraq özü Məkkəyə yollandı. Həcc ziyarətini başa vuran Süleyman Paşa Misirə geri döndü.

Misirə döndükdən qısa müddət sonra Süleyman Paşa 1539-cu ilin noyabrında İstanbula çağrıldı. İkinci vəzir kimi xidmət göstərərkən Lütfi Paşanın vəzifədən alınması ilə 1541-ci ilin mayında sədrəzəm təyin olundu.[5] Bu əsnada Avstriya-Macarıstanın Budaya hücum etməsilə sərhəd yenidən qızışmış, qərbə yönələn Sultan Süleyman 22 may 1541 tarixində Sədrəzəm Süleyman Paşanı şərq sərhədinin mühafizəsi üçün bir miqdar əsgərlə Tokata yolladı. Səfər sonunadək burada qalan Süleyman Paşa səfərin ardından yenidən İstanbula döndü. Ferdinandın illik vergi qarşılığında Budini alması təklifini qətiyyətlə rədd edən Süleyman Paşa 1543-cü ildə çıxılan macar səfərinə də qatıldı.

Səfərin ardından Ədirnədə keçirilən divan məclisində Misir xəzinəsiBahadır şahın xəzinəsi haqqında padşahın hüzurunda Hüsrəv Paşa ilə etdiyi münaqişə şiddətli davaya çevrilmiş, nəticədə Sultan Süleyman 28 noyabr 1544 tarixində hər ikisini vəzifədən almışdır. Süleyman Paşa təqaüdə çıxarılaraq Təkirdağa sürgün edildi. Vəzifələrindən alınmalarına baxmayaraq araşdırma davam etmiş, hər iki paşa bir-birlərini günahlandırdığı sənədləri divana təqdim etmişdir. 2 il davam edən araşdırma əsnasında 1547-ci ilin sentyabr ayında Süleyman Paşa vəfat etdi.

Xüsusilə, Hind səfəri əsnasında əldə etdiyi qənimətlə xeyli sərvət qazanan Süleyman Paşanın hər yerə 1000 nəfər gümüş kəmərli köləsi ilə getdiyi və o dönəmdə xidmətçi dəstəsini sayına görə digər vəzirlərdən fərqləndiyi də qeyd olunur.

Mənbə redaktə

  1. Bostan Çelebi, vr. 60b
  2. İbn Tolun, s. 258
  3. Bostan Çelebi, vr. 72a
  4. Topkapı Sarayı Arşivi H. 951-952 Tarihli ve E-12321 Numaralı Mühimme Defteri, s. 62
  5. Lokmân b. Hüseyin, vr. 64a

Saytda 103 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023