Xəlil ağa Qədimov Haqqinda Melumat - Vikipedia

Xəlil ağa Qədimov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Xəlil ağa Qədimov

Xəlil ağa Qədimov — Azərbaycan mülkədarı, Şəmkir üsyanının əsas iştirakçılarından biri. 1937-ci ildə Stalin repressiyasına məruz qalmışdır.

Xəlil ağa Qədimov
Xəlil ağa Qədim ağa oğlu Qədimov
Doğum tarixi
Doğum yeri Şəmkir, Morul qəzası, Rusiya İmperiyası
Vəfat tarixi (46 yaşında)
Vəfat yeri SSRİ
Həyat yoldaşları Zinyət Hüseynova, Həvva Qədimova
Uşaqları İdris Qədimov, Səlim Qədimov, Mənzər Qədimova, Banu Qədimova
Atası Qədim ağa Bədirbəyli
Milliyyəti Azərbaycanlı

Həyatı redaktə

Xəlil ağa Bədirbəyli nəslindən olan Qədim ağa Bədirbəylinin oğludur. Şəmkirdə anadan olmuşdur.

Ailəsi redaktə

  • Xəlil ağanın atası Qədim ağa ilə Leyla Bədirbəylinin babası Abdı ağa qardaşdırlar.
  • Xəlil ağanın həyat yoldaşı Firudin Hüseynovun bibisi Zinyət Hüseynovadır.
  • Qardaşı sovetlərə qarşı xalq üsyanın əsas iştirakçılarından Zeynal ağa Qədimovdur. Zeynal ağa dəstə halında dəfələrlə Qarabağa gedərək müxtəlif ərazilərdə ermənilərə qarşı vuruşub, Əskəran və Şuşanın erməni-daşnak quldurlarından azad olunmasında şəxsən iştirak etmişdir.
  • Xəlil ağanın 2 oğlu 2 qızı olmuşdur. Böyük oğlu İdris Qədimov tibb-xidməti polkovnik leytenatı ünvanını qazanmışdır.

Xalq üsyanlarında iştirakı redaktə

Daşnaklara qarşı redaktə

1918-ci il iyun ayının əvvəllərində şiştəpəlilər eşidirlər ki, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak qoşunları Şamaxıdan, Ağsudan adlayaraq Göyçaydan üzübəri milləti qılıncdan keçirə-keçirə Yevlaxa doğru irəliləyir. Bu zaman kənddən 62 nəfərdən çox əlisilahlı, o cümlədən Məşədi İsmayılın iki oğlu (təəssüf ki, adları unudulub), Zoruq oğlu Salman, Mələkli Qocası, Mələkli Məhərrəm, Molla Qasım oğlu Vəli, Süleyman oğlu Kərim və Şıxı oğlu Musa, Arıxlı Mustafası Qaraməryəm yaxınlığında döyüşlərə qatılırlar. Qara Əhməd, Xəlilli nəslinin nümayəndəsi Molla Həmidin oğlu Kar İsmayıl, Sarı Əhmədli Namazı, qonşu Morul kəndindən Səməndər ağa, Süleyman ağa, oğlanları Əşrəf bəy və İsfəndiyar bəy, Qədim ağa, oğlanları Zeynal ağa və Xəlil ağa, Dostu oğlu Süleyman, Quruluxlu Əbdüləli və bu sətirlərin müəllifinin əmisi Məhəmməd ağa Əbdül oğlu, adını xatırlaya bilmədiyimiz neçə-neçə şəmkirli Qarabağa erməni daşnaklarına qarşı vuruşmağa getmişlər və orada böyük fədakarlıqlar göstərmişlər.

Şəmkir üsyanı redaktə

1920-ci ilin yayında Şəmkirin Müskürlü kəndində də sovet rejimi əleyhinə üsyan baş verdi. Qırmızı ordu hissələrinə müqavimət göstərmək üçün burada da yerli əhalidən silahlı dəstə təşkil olunmuşdu. Digər bölgələrdə olduğu kimi, 11-ci ordu komandanlığı buradakı üsyanın da yatırılmasına böyük qüvvələr göndərdi. Bədirbəyli nəslindən olan mülkədarlar da üsyana qoşulmuşdular. Onlardan Xəlil ağa Qədimov üsyanın əsas iştirakçılarından idi. Şəmkirdə sovet qüvvələrinə qarşı qadınlar və uşaqlar da vuruşurdular.

Sürgün və Böyük Təmizləmə redaktə

1924-cü ildə Zeynal ağanın böyük qardaşı Xəlil ağa orda-burda gizlənən ailəni yenidən hədəfə gətirir. Şəmkir qiyamının əsas dəstə başçılarından olan Xəlil ağa günün günorta çağı küçədə, qonşuların yanında dünyaya meydan oxuyan bolşeviklərin başçısı Vladimir İliç Leninin ünvanına ağır sözlər işlədir. Çuğul da bunu yeni quruluşun böyüklərinə çatdırır. Yarım saat çəkməmiş “cinayətkarı” həbs edib Gəncə türməsinə salırlar.

Narahat olan qohum-əqrəba əl-ayağa düşür. Söhbət gedib Qədim ağanın həyat yoldaşı Güllünün Gəncədə yaşayan dayısı oğlu, diviziya komandiri Cəlil Əliyevə çatır. Cəlil Əliyev işə baxan, əslən Gorandan olan Şəmkir rayon prokuroru ilə köhnənin dostu idi. İşdə marağı olanlara istədikləri qədər qızıl pul verilir. Alınan yeni şahid ifadələrindən məlum olur ki, Xəlil ağa küçədə, camaatın içində Lenini yox, öz qohumu Leylini söyübmüş. Prokuror və müstəntiqlər yeni quruluşun nümayəndələrinə çuğulun yanlış xəbər gətirməsinə “təəssüflənib”, onu ayıq-sayıqlığına görə tərifləyib Xəlil ağa Bədirbəylini həbsxanadan buraxırlar.

Lenin və Leyli əhvalatından üç il sonra Xəlil ağanı yenidən repressiya maşınının ağzına itələyirlər... Xəlil ağanın küçədə yeni quruluşun adamları tərəfindən öyrədilmiş qapı bir qonşusu ilə heç nədən sözü çəp gəlir. Qonşu haqq-nahaq üzünə dirənib deyir ki, sən hər yerdə deyirsən kolxoza yazılmayın, yeni quruluşa qarşı əks-təbliğat aparırsan... Bu saat gedib NKVD-yə çatdıracağam. O, evindən çıxanda, küçədə yeni quruluşun adamları tərəfindən öyrədilmiş qapı-qonşusu ilə heç nədən sözləri çəpləşir. Qonşu haqq-nahaq dirəşir ki, sənin Gədəbəy qaçaqları ilə əlaqən var, arvadın Zinyət xanım Gədəbəy qaçaqlarının başçısı Məcid ağanın yaxın qohumu Məşədi Məhəmmədin qızıdır. Qayınatan mülkədardır, özünün də qaçaqlarla əlaqən var... Sən hər yerdə deyirsən kolxoza yazılmayın, camaat arasında yeni quruluşa qarşı əks-təbliğat aparırsan... Qonşusu deyir ki, bunu gedib NKVD-yə çatdıracam. Əsəblərini cilovlaya bilməyən Xəlil ağa hamının gözü qarşısında ona böhtan atan, yalandan üzünə durmaq istəyən qonşusunu bıçaqlayıb öldürür.

Bu zaman Gəncəbasar bolşeviklərinin lideri Həmid Sultanov qolçomaqlara qarşı mübarizədə yaxın qohumlarla yanaşı, yaxın qonşuları da biri-birinə qarşı qoymağı ən vacib amillərdən biri kimi hər çıxışında tövsiyə edirdi.

Xəlil ağa hamının gözü qarşısında ona böhtan atan qonşunu bıçaqlayıb öldürür. NKVD və Siyasi İdarə əməkdaşları Xəlil ağanı həbs edirlər. Bu zaman qohumların Xəlil ağanı güllələnmədən, yaxşı halda sürgündən qurtarmaq üçün Gəncəbasarda döymədikləri qapı qalmır. Bir ilə yaxın istintaq aparan NKVD müstəntiqləri qızıl pul müqabilində Xəlil ağa Bədirbəylini Fövqəladə üçlüyün qərarı ilə 5 il siyasi hüquqlarından məhrum edilməklə 10 il müddətinə Rusiyaya sürgün edirlər.

Xəlil sürgünə göndəriləndən bir ay sonra atası Qədim ağanı həbs edirlər. Onu bu həbsdən yenə dostu - kənd şurası sədrliyindən Şəmkir Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilən Piri oğlu Əli qurtarır. Banditləri, qolçomaqları, yeni quruluşun şübhəli bilinən qatı düşmənlərini yığıb milis idarəsinə gətirəndə Piri oğlu Əli Qədim ağanı onların arasında görür, tez üzünü əsgərlərə tutub onun kolxozçu olduğunu bildirir. Uca səslə: “Bu köpək oğlunu cütlə yer əkməyə göndərmişəm” deyib, üzünü Qədim ağaya tutur: - “A kişi, öküzlər itəcək, dur get işinə!” - deyib, sinəsindən itələyə-itələyə çölə çıxarır.

1928-ci ildə həbs olunan Xəlil ağa 1933-cü ildə azadlığa buraxılır və Sibirdən birbaşa Şəmkirə gəlir. Qürbətin ağır sürgünlük həyatının ağrı-acısı Xəlil ağanı olduğundan yaşlı göstərən saçında-saqqalında özünü büruzə verirdi. Xəlil ağa yanına görüşə gələnlər arasında qardaşı Hadı bəyi görmür. Soruşanda deyirlər ki, qardaşını bu yaxınlarda həbs ediblər, amma bolşeviklərin qorxusundan camaatdan gizlədirlər ki, guya Xəlil ağanın qardaşı Hadı bəyin ailəsi ilə heç bir əlaqəsi, münasibəti yoxdur. Xəlil ağa səhərisi gedir Gəncə türməsində Hadı bəyi görməyə. Burada görüşü təşkil edən NKVD zabitlərindən biri - əslən Şuşadan olan müstəntiq Kərim bəy Kərimbəyov atasının dostunun oğlunu tanıyır. “Ermənilər Şuşaya hücum edəndə, erməni-müsəlman davasında atan dəstəsi ilə Şuşaya köməyə gəlmişdi... Yadımdadır, atan bizə tez-tez qonaq gələrdi. Mən səni o vaxt atanla bir yerdə bizə gələndə görmüşəm, sizi görən kimi tanıdım...”

  • Stalinin "Böyük Təmizləmə" adlanan 1936-cı ildən 1938-ci ilə qədər davam edən siyasi repressiyalar kompaniyası gedişində 10.09.1937-də Xəlil ağa Şəmkirdə tutulmuş, 07.10.1937-də Bakıda həbs edilmişdir.
  • 26.10.1937-ci ildən 18.04.1943-cü ilədək Uxtijemlaq, Komidə həbsxanada saxlanılmışdır. 18 aprel 1943-də orada vəfat etmişdir.
  • Xəlil ağa Azərbaycan SSR Ali Məhkəməsi tərəfindən 6 mart 1990-cı ildə ölümündən sonra bəraət almışdır. Sovet hökuməti bu cinayəti və haqsızlıqları gizlədə bilmədi. Güllələnəndən 43 il sonra Azərbaycan SSR Ali Məhkəməsi Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 1990-cı il 6 mart tarixli qərarı ilə Xəlil ağa Qədim ağa oğlun haqqında 1937-ci il 7 oktyabr tarixli qərar ləğv edilmiş, əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilmişdir.

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 158 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024