Xəmsə əlyazması (1418) Haqqinda Melumat - Vikipedia

Xəmsə əlyazması (1418) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Xəmsə əlyazması (1418)

Xəmsə əlyazmasıNizami Gəncəvi Xəmsəsinin 1418-ci ilə aid əlyazma nüsxəsidir. Əlyazması Bakıdakı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır.[1] Əvvəl əlyazması AMEA Əlyazmalar İnstitutunda saxlanılırdı.[2]

Xəmsə əlyazması
Tarix 1418
Dil(lər) farsca
Müəllif(lər) Nizami Gəncəvi
Material kağız
Format 17 × 25 sm
Vəziyyət yaxşı
Əlifba ərəb əlifbası
İçindəkilər İsgəndərnamə
Əvvəl saxlanılıb Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi

Təsviri redaktə

Əlyazmasında yalnız "İsgəndərnamə"poemasının "Şərəfnamə" adlı birinci hissəsi saxlanmışdır. Mətn, krem rəngli cilalanmış kağız üzərində, İki üztun və dioqanal sahələrdə yaxşı nəstəliq xətti ilə yazılmışdır. Mətn qırmızı və mavi xəttlərdən ibsarət çərçivəyə alınmış, sütunlar bir-birindən qırmızı xəttlə ayrılmışdır.[3]

Başlıqlar kinovarla yazılmışdır. Mətnin başlanğıcında yerləşdirilmiş ünvan qzıl, kinovar və mavi boya ilə yazılmışdır. Əlyazmasının 84а səhifəsidə miniatür vardır. Naməlum rəssam tərəfindən çəkilmiş"İsgəndərin atəşgahları dağıtdırması" adlı miniatür ehtimal ki, Şiraz miniatür məktəbinə aiddir. Bu miniatür, keçmiş SSRİ ölkələrinin kolleksiyalarında saxlanan əlyazmalar arasında Nizami poemalarına çəkilmiş ən qədim illüstrasiyadır.[1]

Əlyazması hicri 821-ci (miladi 1418) ilə aiddir. Əlyazmasının üz qabığı açıq qəhvəyi rəngli dəridən hazırlanmış və romvari formaya malik üç medalyonla bəzədilmişdir. М—535 şifrəsi altında mühafizə edilən əlyazmada 17 × 25 sm ölçüyə malik 92 səhifə vardır. [3]

M. Adilov əlyazmasının xəttini "xətti-təhriri" adlandırır. O qeyd edir ki, "Daha qədim əlyazmalarda və həvəskar xəttatlar tərəfindən köçürülmüş əlyazmalarda istifadə edilən bu xətt AMEA Əlyazmalar İnstitutunda M-148 (əlyazmasının əvvəlki saxlanc şifrəsi) şifrəsi altında saxlanan 1418-ci ilə aid "İskəndərnamə" və İstanbuldakı Aya Sofya kitabxanasında saxlanan Tusinin "Tərcümei-Süvəril-kəvakib" əsəri təhriri xətti ilə köçürülmüş ən məşhur əlyazma kitablarındandır."[4]

Miniatür redaktə

 
İsgəndərin atəşgahları dağıtdırması

Əlyazmasının 84а səhifəsidə miniatür vardır. Kompozisiyada Azərbaycan memarlığı üslubunda sxematik bir atəşgah təsviri fonunda iki insan fiquru verilmişdir. Bunlardan biri əlini qaldırmış əsgər, digəri isə əlində bir parça qızıl tutaraq diz çökmüş yerli sakindir. Atəşgah fiquru qarşısında daha dörd əsgər görünür. Miniatürün fonunda güclə sezilən mənzərə izləri vardır. Onun kompozisiyası əzəmətli, rəng çalarları parlaq və bir-birinə uyardır.[5]

Sənətşünas B.Denike həmin miniatürdən bəhs edərək göstərir ki, “O, böyük tarixi və bədii əhəmiyyətə malikdir və bütün əlyazma möhkəm tədqiq və müqayisəli təhlil tələb edir. Yalnız o zaman bu miniatürrün mənsub olduğu məktəbi dəqiq təyin etmək mümkündür.”[6] Sonra tədqiqatçı miniatürə qiymət verərək göstərir ki, «haqqında danışılan nümunə SSRİ-də Nizami poemalarını illüstrə edən miniatürlərdən tarixcə ən qədimidir, bütün dünyada isə üçüncü yeri tutur.”[6]

İstinadlar redaktə

  1. 1 2 Додхудоева, Л. Н. Поэмы Низами в средневековой миниатюрной живописи / Ответственный редактор О. Ф. Акимушкин. Москва: Наука. 1985. səh. 67.
  2. Низами. Хамсе. Миниатюры / Составитель, автор предисловия и аннотаций Керим Керимов. Баку: Язычы. 1983. səh. 116.
  3. 1 2 Каграманов, 1979
  4. Adilov, Məmməd. Azərbaycan paleoqrafiyası (PDF). Bakı: AMEA Əlyazmalar İnstitutu/Elm. 2009. səh. 224. 2016-08-01 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-09-07.
  5. Zamanov, 1981. səh. 63
  6. 1 2 “Nizami” almanaxı (IV kitab). Bakı. 1947. 113.

Ədəbiyyat redaktə

  • Каграманов, Дж. В. "Хамсэ". Низами Гянджеви: Краткий справочник (Элм). 1979: 92. (#accessdate_missing_url)
  • Zamanov, Nadir. Nizami poeziyası və təsviri sənət (Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutu). Bakı: Elm. 1981. səh. 190.

Saytda 119 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024