Xəncər Haqqinda Melumat - Vikipedia

Xəncər Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Xəncərəlbəyaxa və ya yaxın məsafədə döyüşdə istifadə edilən soyuq silah. Bir və ya ikiağızlı qısa tiyədən (şiş uclu) və dəstəkdən ibarət olur. İkiağızlı xəncər tiyələrinin uzunu boyu mərkəzdən keçən kiçik novu olur. Ən qədim nümunələri heyvan buynuzu, çaxmaqdaşıdan sonralar isə mis, tunc, dəmirpoladdan düzəldilmişdir. Əyri tiyəli xəncərlərdən daha çox yunanlariranlılar istifadə etmişdilər. Qədim Ön Asiyaskif tipli xəncərlər geniş yayılmışdı. Qafqaz Albaniyasında dəstəklə tiyə arasında xüsusi ayrın olan xəncər mövcud idi. Orta əsrlərdə polad tiyəli və üzəri nəfis bəzənmiş xəncərlərdən geniş istifadə edilmişdir. İkinci Dünya müharibəsində tüfənglərin ucuna, şişuclu xüsusi xəncər növü olan süngü keçirilirdi. Qında gəzdirilir. Bəzi Şərq, xüsusən Qafqaz xalqlarında ənənəvi geyim komplekslərini tamamlayan yaraq sayılırdı.[1]

XX əsrə aid xəncər Azərbaycan poçt markasında

İstinadlar redaktə

  1. Хәнҹәр // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 78.

Saytda 179 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023