Xəndəkotu Haqqinda Melumat - Vikipedia

Xəndəkotu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Xəndəkotu (lat. Symphytum) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi.

Xəndəkotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Çoxillik hündür otdur. Tamkənarlı yarpaqları növbəli düzülür. Qırmızı-bənövşəyi, göy, çəhrayı, sarı, ağ və s. çiçəkləri qıvrım çiçək qrupunda yerləşir. Ləçəkləri boruvarıdır. Meyvəsi toxumçadır. Avropa, Çənubi Asiya və Şimali Afrikada 25-dək, Azərbaycanda 3 növü məlumdur. Rütubətli yerlərdə bitir. Dərman xəndəkotunun (lat. Symphytum officinalis) kök və kökümsovunda alkaloidaşı maddəsi var. Tibdə və baytarlıqda iltihaba qarşı və qankəsən dərman kimi istifadə edilir. Azərbaycanda bitən cod xəndəkotu (lat. Symphytum asperum) donuzadadovşanları üçün yemdir. Hər 2 növ yaxşı balverən, həmçinin boyaq bitkisidir. Yoğunkök xəndəkotu yeyilir. Qafqaz xəndəkotu, iriçiçək xəndəkotu və s. dekorativ bitki kimi becərilir.

Növləri redaktə

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 97 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023