Xəzər gekkonu Haqqinda Melumat - Vikipedia

Xəzər gekkonu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tenuidactylus caspius (lat. Tenuidactylus caspius) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin gekkonlar fəsiləsinin tenuidactylus cinsinə aid heyvan növü.

Xəzər gekkonu
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Tenuidactylus caspius[1]

Qısa təsviri redaktə

Bədəninin uzunluğu 75 mm-ə, quyruğunun uzunluğu isə 100 mm-ə çatır. Bədənin 89–115 pulcuq vardır. Quyruğun qabırğalı pulcuqları seqment şəklində yerləşir. Bədəni sarı çalara malik qonurumtul – boz rəngdə olub, boynunda və bədəninin üst tərəfində 5–6 tünd rəngli, qeyri-düzgün formalı eninə zolaqlar var. Bədənin alt hissəsi ağ rəngdə olur.

Yayılması redaktə

Qafqazda, Qazaxıstanda və Mərkəzi Asiyada, şimal və şimal-şərqi İran, şimal-qərbi Əfqanıstanda yayılmışdır. Bu növ yayıldığı əraziyə asanlıqla uyğunlaşır. Türkmənistan ərazisində dağ zirvələri istisna olmaqla demək olar ki, bütün ərazilərdə rast gəlinir. Dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşən ərazilərə qədər yayılmışdır. İnsan yaşayış məntəqələrinin yaxınlığında gildən tikilən evlərin arasında, yarımçıq tikililərdə, su quyularının kənarlarında, qəbirstanlıqlarda və şoranlıq ərazilərdə asanlıqla yayıla bilir. Köhnə tikililərdə 1–2 kv ərazidə 1 gekkona rast gəlinir.

Həyat tərzi redaktə

Aktivliyi redaktə

Əsasən gecə həyatı keçirir, yazda çox nadir hallarda gündüz vaxtı fəal olurlar. Qışlama martın sonu və ya aprelin əvvələrində bitir. Oktyabrın sonuna, bəzi isti illərdə isə noyabra qədər müşahidə edilirlər. Daşların arasındakı, yarımçıq tikililərdəki boşluqları, həyət evlərinin ərazilərində çatların arasını sığınacaq kimi istifadə edirlər.

Qidalanması redaktə

Bu növ qarışqalar, puplar, çəyirtkələr və hörümçəklərlə qidalanırlar. Bəzən öz balalarında yeyir, kannibalizm müşahidə olunur. Xalq arasında Daş kərtənkələsi olaraq tanınır.

Çoxalması redaktə

Bədən uzunluğu 40 mm olanda, cinsi yetkinliyə çatırlar. Qışlamadan çıxdıqdan bir müddət sonra cütləşmə baş verir. Bu müddət ərzində aqressiv olur və erkəklər arasında döyüşlər baş verir. Bu zamanlar zəif və incə səs çıxarırlar. Mayın ortalarından avqustun əvvəllərinə qədər dişi fərd ölçüləri 10,0–12,5 х 9,0–10,2 mm olan ovalşəkilli 1–2 yumurta qoyur. İnkubasiya müddəri 68–81 gün davam edir. Yeni yumurtadan çıxan balalar bədən uzunluğu 17–23 mm, quyruq uzunluğu isə 22–28 mm təşkil edir.

Təsnifatı redaktə

Növ iki yarımnövlə təmsil olunur:

  • Cyrtopodion caspius caspius (Eichwald, 1831) — Adi Xəzər gekkonu, Xəzər dənizindəki Daş Zirə adası istisna olmaqla, növün bütün mövcud arealı boyunca geniş yayılmışdır.
  • Cyrtopodion caspius insularis (Akhmedow et Szczerbak, 1978) — Ada Xəzər gekkonu, Abşeron yarımadasından 12 km aralıda yerləşən Daş Zirə adasında yayılmışdır. Azərbaycan üçün endemik kərtənkələ yarımnövüdür.

İstinadlar redaktə

  1. The Reptile Database (ing.). / P. Uetz 2015.

Saytda 108 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024