Xanəgah Haqqinda Melumat - Vikipedia

Xanəgah Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Xanəgah və ya xangah bir təriqətin bütün təkyələrinin bağlı olduğu və şeyxin yaşadığı təriqətdə ən ali məqamdakı təkyəyə deyilir.[1]

Təkyələr əsasən təhsil və tərbiyə məkanları olub ara-sıra məscid vəzifəsini də yerinə yetirirdi. Şeyxin ailəsi ilə birgə qaldığı hissə ümumiyyətlə, təkyəyə bitişik olurdu. Zaman keçdikcə təkyələr memarlıq baxımından da böyük inkişaf yolu keçmişdir. Mükəmməl quruluşlu xanəgahda səmaxana, xəlvətxana, hücrələr-drviş otaqları, kiler-mətbəx, qəhvəxana ocağı, hamam, məscid, axur,şeyx türbələri olur.[2]

Həmişə təkyədə qalan dərvişlər eyni zamanda təkyə xidmətlərini də həyata keçirirdilər. Təkyənin xərcləri vəqflər yolu ilə əldə olunur, dərvişlər də qazandıqlarının bir qismini bağlı olduqları təkyəyə bağışlayırdılar. Zikr məclislərində bəstəli olaraq ilahilər oxunduğu üçün şeir və musiqi dünyası təkyələrlə yaxından əlaqəli idi. Başqa sözlə təkyələr dini və ictimai funksiyası ilə yanaşı ədəbiyyat və incəsənətin inkişaf və mühafizəsində də mühüm rol oynamışdır.

İstinadlar redaktə

  1. S.Uludağ-Tasavvuf terminleri sözlüğü, İstanbul, 1991
  2. O.Türer-Ana hatlarıyla tasavvuf tarihi, İstanbul, 1995

Saytda 124 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024