Xanlıq (Qubadlı) Haqqinda Melumat - Vikipedia

Xanlıq (Qubadlı) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Xanlıq (Qubadlı)

Qubadlı rayonunda kənd

XanlıqAzərbaycan Respublikasının Qubadlı rayonunun Xanlıq kənd inzibati ərazi dairəsində kənd.[1]

Xanlıq
39°16′03″ şm. e. 46°43′43″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Qubadlı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Xanlıq xəritədə
Xanlıq
Xanlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Cəbrayıl qəzası 1 Yanvar 1903-ci illər xəritəsi. Xanlıq

Tarixi redaktə

Xanlıq kəndi əvvəllər kəndin ərazisində yerləşən Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşirın oğlu Mehrəli bəy Sarıcalı-Cavanşirin malikanəsinin adı olmuşdur. Sonralar mülkün ətrafında salınan kənddə mülkün adı ilə adlandırılmışdır. Oykonim "xana məxsus mülk (malikanə)" mənasındadır.[2] 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kəndin adı ermənilər tərəfindən dəyişdirilərək İşkanadzor adı verilib. Kənddə Azərbaycandan köç etmiş ermənilər məskunlaşıb, 2003-cü ildə burada 211 nəfər əhali yaşayırdı. “Azərkosmos” Xanlıq kəndində ermənilər tərəfindən yeni salınmış qəsəbənin “Azersky” peyki vasitəsilə 2019-cu ildə əldə olunmuş təsvirini yayımlayıb.[3]

2020-ci ilin 25 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Toponimikası redaktə

Xanlıq kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Xanlıq əvvəllər kəndin ərazisində yerləşən Qarabağ xanı Pənahəli xanın oğlu Mehrəli bəyin malikanəsinin adı olmuşdur. Sonralar mülkün ətrafında salınan kənd də mülkün adı ilə adlanmışdır. Oykonim "xana məxsus mülk" mənasındadır.[4]

Mədəniyyəti redaktə

Xanlıq kəndi Azərbaycanın məşhur xalçaçılıq məntəqələrindən biridir. Burada istehsal edilən xalçalar hər zaman məşhur olmuş və öz yüksək keyfiyyəti ilə seçilmişdir. Burada toxunan Xanlıq xalçası dünya bazarlarına və yarmarkalarına çıxarılan xalçaların ən yaxşıları hesab edilirdi.

Təhsil redaktə

 
Mehriban Əliyeva Ramanadakı Xanlıq məktəbində

Coğrafiyası və iqlimi redaktə

Azərbaycanın cənubunda, Qubadlı rayonundan 18 km cənub – şərqdə yerləşən Xanlıq kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşir.

Şəkillər redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. I cild, səh. 238.  (az.)
  3. ""Azərkosmos" Qubadlının Xanlıq kəndində erməni işğalçılarının yeni saldığı qəsəbənin təsvirini yayımlayıb". 2021-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-17.
  4. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Xarici keçidlər redaktə



Saytda 66 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024