Xarici Kəşfiyyat Xidməti (Azərbaycan) Haqqinda Melumat - Vikipedia

Xarici Kəşfiyyat Xidməti (Azərbaycan) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Xarici Kəşfiyyat Xidməti (Azərbaycan)

Azərbaycan Respublikasının xüsusi xidmət orqanı

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti və ya qısaca XKXAzərbaycan Respublikasının Prezidentinin 14 dekabr 2015-ci il tarixli, 706 fərmanına əsasən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmış xüsusi dövlət orqanıdır.[1]

Xarici Kəşfiyyat Xidməti
  • Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 14 dekabr 2015
Əvvəlki qurum Milli Təhlükəsizlik Nazirliyi
Tabelik Azərbaycan Respublikasının Prezidenti
Baş qərargah Bakı Bakı
Rəhbərlik
Rəis Orxan Sultanov

Rəsmi saytı xkx.gov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında redaktə

Xarici Kəşfiyyat Xidmətinin vəzifəsi əsasən xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində əməliyyat tədbirləri həyata keçirməkdir. Əsas məqsəd dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqdır.

Tarixi redaktə

 
"Yarasa" Qələbə paradında (2020) iştirak edərkən.

İkinci Qarabağ müharibəsində Xarici Kəşfiyyat Xidmətinin "Yarasa" Xüsusi Bölmələri döyüşlərdə fəal iştirak edib. Müharibə zamanı dəstə Qubadlı rayonuna ilk daxil olub.[2] Bölmənin əsas fəaliyyəti düşmənin arxa cəbhəsində həyata keçirilib. Dəstə Azərbaycan və dünya cəmiyyətinə ilk dəfə 2020 Bakı Qələbə Paradında təqdim olunub.

İstinadlar redaktə

  1. "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2019-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-17.
  2. "Azərbaycan ilk dəfə olaraq Xarici Kəşfiyyat Xidmətinin YARASA xüsusi bölməsini göstərdi". pia.az. pia.az. İstifadə tarixi: 16 dekabr 2020.

Həmçinin bax redaktə


Saytda 166 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024