Xattusa Haqqinda Melumat - Vikipedia

Xattusa Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Xattusa

Het dövlətinin paytaxtı

Xattusa[1] — Boğazqala yaxınlığındakı qədim şəhər. Het dövlətinin son tunc dövründəki paytaxtı. Çorum ilinin 82 km cənub-qərbindəki müasir Boğazqala bölgəsində yerləşir. "Het şəhəri" mənasına gəlir.

Qədim şəhər
Xattusa
Xattusa xarabalığı
Xattusa xarabalığı
40°01′05″ şm. e. 34°37′03″ ş. u.
Ölkə  Türkiyə
Dağılma tarixi e.ə. 1200
Müasir yeri Türkiyə
Xattusa xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xattusa, antik şəhər redaktə

Şəhər tarix səhnəsində, Het imperatorluğunun e.ə. 17 və 13-cü əsrlər arasındakı paytaxtı olaraq yer almışdır. Xattusa, 1986-ci ildə UNESCO Dünya irsləri siyahısına daxil edilmişdir. Xattusa Çorumun Sunqurlu əyalətinin cənub-şərqində, Boğazqala əyalətinin 4 km şərqində yerləşir.

Xattusada aşkarlanan şəhər layları redaktə

Het dövlətinin paytaxtı olan Xattusa sənət və memarlıq sahəsində inkişafa öz töhfələrini vermişdir. Xattusa sözü "hattuş" sözündən, yəni, hatti xalqının verdiyi orijinal addan gəlir. Xattusa çox geniş bir ərazini əhatə edir. Aparılan qazıntı işlərində 5 mədəniyyət qatı ortaya çıxmışdır. Bu qatlarda Hatti, Aşşur, Het, Frigiya, Qalatiya, Roma və Bizans dövrlərinə aid qalıqlar tapılmışdır. Qalıqlar Aşağı şəhər, Yuxarı şəhər, Böyük qala (Hökmdar qalası), Yazılıqayadan ibarətdir.

Aşağı şəhər redaktə

Xattusanın şimalda qalan hissəsinə "Aşağı şəhər", cənubda qalan hissəsinə isə "Yuxarı şəhər" deyilir. Xattusa qalıqlarını ilk olaraq fransız arxeoloq Şarl Teksiye aşkarlamışdır. 1893-1894-ci illərdə qazıntı işləri başladılmışdır və bu qazıntı işlərindən sonra 1906-cı ildə alman Hüqo Vinkler ilə İstanbul Arxeologiya Muzeyinin əməkdaşı Teodor Makkridi mixi yazılı böyük bir Het arxivi aşkarladılar. İnsanlar Xattusada e.ə. 3-cü minillikdən etibarən yaşamağa başlamışdılar. Bu dövrdəki məskənlər ümumiyyətlə Böyük qala ətrafında meydana gəlmişdir. E.ə. 19-cu və 18-ci əsrlərdə Aşağı şəhərdə Aşşur ticarət koloniyası məskənləri mövcud olmuşdur və şəhərin adına ilk dəfə bu dövrə aid yazılı sənədlərdə rast gəlinmişdir. Aşkarlanan yazılı mənbələrdə Xattusanın e.ə. 18-ci əsrdə Kuşşara kralı Anitta tərəfindən məhv edildiyi ortaya çıxmışdır. Bu tarixdən sonra e.ə. 1700-cü illərdə Xattusada yenidən məskən salınmağa başlanılmış və e.ə. 1600-cü ilərdə şəhər Het dövlətinin paytaxtı olmuşdur.

Yuxarı şəhər redaktə

Xattusanın "Yuxarı şəhər" adlanan bölgəsi 1 kvadrat km sahəni əhatə edir. Yuxarı şəhər ümumiyyətlə məbədlər və müqəddəs yerlərdən ibarətdir. Yuxarı şəhər cənubdan bir divarla əhatə olunmuşdur. Bu divar üzərində 5 qapı vardır. Şəhərin ən yüksək nöqtəsində "Sfinksli qapı" yerləşir. Cənub divarının şərq və qərb ucunda qarşılıqlı "Hökmdar qapısı" və "Aslanlı qapı" yerləşir.

Böyük qala redaktə

Hökmdar sarayı, yaşayış və imperiyanın idarə mərkəzi də daxil olmaqla 150–250 m hündürlüyündə qayalıq bir təpə üzərində inşa edilmişdir.

Yazılıqaya redaktə

Xattusa antik şəhərinin 2 km şimal-şərqində yerləşən, qayalar arasındakı, qalereya adı verilən iki girintidən ibarət, e.ə. 13-cü əsrdə inşa edilmiş Het açıq hava məbədi.

Xattusadakı məbədlərdə aşkarlanan antik əsərlər redaktə

Xattusa qazıntılarında məbədlərdən aşkarlanan vəsaitlər 5 qrupa ayrılır;

  • Dulusçuluq məmulatları,
  • Alətlər,
  • Silahlar,
  • Kult əşyalar,
  • Yazılı sənədlər.

Şəkillər redaktə

İstinadlar redaktə

  1. "NAXÇIVAN TARİXİ ƏN QƏDİMDƏN XVIII ƏSRİN 40- CI İLLƏRİNƏDƏK". 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-09.

Xarici keçidlər redaktə


Saytda 92 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024