Xocalı kurqanları Haqqinda Melumat - Vikipedia

Xocalı kurqanları Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Xocalı kurqanları

Xocalı kurqanlarıXocalı rayonu ərazisində yerləşən Tunc dövrünə aid arxeoloji abidə.

Xocalı kurqanları
III Adadnirarinin adı yazılmış muncuq, Azərbaycan Tarix Muzeyi
III Adadnirarinin adı yazılmış muncuq, Azərbaycan Tarix Muzeyi
Ölkə  Azərbaycan
Şəhər Xocalı
KateqoriyaArxeoloji abidə
ƏhəmiyyətiDünya əhəmiyyətli

Ümumi məlumat redaktə

Abidə Xocalı yaxınlığındakı Tunc dövrü aid qəbiristanlıqdan ibarətdir. Xocalı-Gədəbəy mədəniyyətinin ən yaxşı öyrənilmiş abidələrindən biridir. Burada çox da böyük olmayan kurqanlar və kromlexlər aşkar olunmuşdur. Bu kurqanlarda tək və kollektiv dəfnlər həyata keçirildiyi müəyyən edilmişdir. Bəzi qəbrlərdə aparılan araşdırmalar əsəsan burda yaşayan insanların kremasiya adətinə malik olduqlarını qeyd etmək olar. Abidələrdən Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan keramika, silah və bəzək əşyaları aşkar edilmişdir. Xocalı kurqanlarından tapılan təsərrüfat küplərinin birinin qulpunda buğda təsviri vardır.

Xocalıda tədqiq edilən 11 №- li kurqan, xüsusilə əhəmiyyətli nəticələr vermişdir.Bu kurqandan Assuriya padşahı Adadnirarinin adı yazılmış muncuq tapılmışdır. İ.İ. Мeşaninov bu muncuğu e.ə. VIII əsrə aid etmişdir. Lakin, sonrakı tədqiqatlarda alimlər bu muncuğu I Adadnirarinin yaşadığı dövrə, yəni təqribən e.ə. IX əsrin sonu və VIII əsrin əvvəlinə aid edirlər.[1]

İstinadlar redaktə

  1. Baxşəliyev, Vəli. Azərbaycan arxeologiyası, I cild. Bakı: Azərbaycan Мilli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti. 2006.

Saytda 213 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024