Xocavənd Haqqinda Melumat - Vikipedia

Xocavənd Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Xocavənd

Azərbaycanda şəhər

XocavəndAzərbaycan Respublikasının Xocavənd rayonunun Xocavənd şəhər inzibati ərazi dairəsində şəhər[2] , Xocavənd rayonunun mərkəzidir[3].

Şəhər
Xocavənd
39°47′43″ şm. e. 47°06′47″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 390 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 5.800 nəf. (2011)[1]
Xəritəni göstər/gizlə
Xocavənd xəritədə
Xocavənd
Xocavənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xocavənd 1823-cü il Qarabağ kameral dəftərlərində

Toponimikası redaktə

Qədim adı Xocavənd olub.

XIX əsrin 80-ci illərinə qədər Xonaşen adlanmışdır. Ba YIII əsrə aid Bizans mənbəsində "Hun ölkəsi" kimidir. Bizans tarixiçisi Feodan yazır ki, 624-cü ildə imperator İranla Xəzərlərlə ittifaqa girmək üçün onlarla Albaniyada hun ölkəsində görüşdü. Hun etnonimindən və qədim dillərində "şin" sözündən ibarətdir. Bu ərazi maldar ellər üçün qışlaq və əkin (məzrə) yerləri idi. "Xunaşi" adı isə erkən orta əsrlərdə Qarabağda məskunlaşmış hunların adından və qədim türk dillərində "şin" "yaşayış yeri", "məskən" sözündəndir. XIX əsrdə Gəncə qəzasının tədqiqatçısı N. A. Abelov yazır ki, maldar elin məntəqələri (yurd, oba, binə, qışlaq) oturaq məskəndən yaranan Şenlik adlanır (Elzavetopolskiy uezd, s. K). L. Z. Budaqov yazır ki, sözü türkcə "naselennıy" mənasındadır. Bu söz erməni dilinə keçərək "şen" formasını kəsb etmişdir. 624-cü ildə Bizans çarı İrakli Albaniyada (Qarabağda) "Hun ölkəsi" adlı yerdə Xəzərlərin (sonra kəbirlilərin) başçısı ilə görüşmüşdür. Gürcüstanda Xunev, Xuniya, Xunezazur adlarında "xun" etnonimi ilə eynidir. Ptolemey (II əsr) də bu tayfanın adını Xun kimi çəkmişdir.[4]

1925-ci ilə qədər adı Xonaşen olmuşdur.[5]

1925-ci ildə erməni əsilli sovet partiya xadimi Aleksandr Myasnikovun təxəllüsü ilə Martuni, 1991-ci ildən isə tarixi adı bərpa edilərək Xocavənd kimi rəsmiləşdirilmişdir.

Xocavənd "xocalı nəsli" deməkdir (-vənd farsca bir sözdür və -zadə, -pur şəkilçiləri kimi nəsil, tayfa, və soy adlarında istifadə edilir).[6]

Tarixi redaktə

2 oktyabr 1992-ci ildən[3] 10 noyabr 2020-ci ilə kimi[7][8][9][10] Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocavənd şəhəri Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir[7][8][9][10]. Sentyabr ayı anti-terror əməliyyatlarından sonra 26 sentyabr 2023-cü ildən şəhərə Azərbaycan silahlı qüvvələri nəzarət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Tarixi abidələri redaktə

Xocavənd şəhərində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
1116 Nərgiztəpə yaşayış yeri[11] İlk və Orta Tunc dövrü Xocavənd şəhərindən şərqdə Arxeoloji Ölkə

Coğrafiyası və iqlimi redaktə

Əhalisi redaktə

İl Daimi əhali Kişilər Qadınlar
1999[12] XXXX XXXX XXXX
2009[13] ↗XXXX ↗XXXX ↗XXXX
Xocavənd şəhəri əhalisinin milli tərkibi
Etnik qrup Sayı, 1970 sa.[14] Nisbəti, 1970 sa.[14] Sayı, 1979 sa.[15] Nisbəti, 1979 sa.[15]
toplam 4 654 100 % 5 497 100 %
erməni 3 120 67 % 3 588 65.3 %
azərbaycanlı 1 482 31.8 % 1 862 33.9 %
rus 44 0.9 % 41 0.7 %
ukraynalı 3 0.1 % 1 0.0 %
digər 5 0.2 % 5 0.1 %

İqtisadiyyatı redaktə

Mədəniyyəti redaktə

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil redaktə

Kənddə təhsil müəssisəsi mövcud deyil.

Din redaktə

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə redaktə

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar redaktə

  1. http://stat-nkr.am/files/publications/joxovrdagrakan_vichak_2011.pdf.
  2. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 59" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-13.
  3. 3,0 3,1 "Rayon haqqında". AZƏRBAYCAN RESPUBLİKASI XOCAVƏND RAYON İCRA HAKİMİYYƏTİ. 2023-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-23.
  4. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. QARABAĞIN ETNİK MƏSKUNLAŞMA TARİXİ VƏ TOPONİMLƏRİ (az.). Bakı: "Region Press" MMC. 2022. 291. ISBN 978-9952-561-12-8.
  5. 1903-cü il Qafqaz xəritəsi
  6. Xocavənd // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-155-3.
  7. 7,0 7,1 "Информационный бюллетень Министерства обороны Российской Федерации по развертыванию российского воинского контингента миротворческих сил в зоне нагорно-карабахского конфликта (на 12 ноября 2020 г.)". Министерство обороны Российской Федерации (Минобороны России). 12.11.2020.[ölü keçid]
  8. 8,0 8,1 "Ввод 2 мсб 15 омсбр (миротворческой) в зону нагорно-карабахского конфликта". Министерство обороны Российской Федерации (Минобороны России). 2023-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-23.
  9. 9,0 9,1 "Район проведения миротворческой операции". Министерство обороны Российской Федерации (Минобороны России). 2023-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-23.
  10. 10,0 10,1 "Обстановка на территории Нагорного Карабаха на 11 ноября 2020 г." Министерство обороны Российской Федерации (Минобороны России). 11 ноября 2020 г. 2023-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-23.
  11. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 38" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-15.
  12. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. XXXX.
  13. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. XXXX.
  14. 14,0 14,1 Ethno-Caucasus, Этнодемография Кавказа: Мартунинский район (1970 г.) Arxivləşdirilib 2020-10-18 at the Wayback Machine
  15. 15,0 15,1 Ethno-Caucasus, Этнодемография Кавказа: Мартунинский район (1979 г.) Arxivləşdirilib 2020-10-17 at the Wayback Machine

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 63 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023