Xora Haqqinda Melumat - Vikipedia

Xora Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Xora xəstəliyi, mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi — bütün orqanizmin xronik xəstəliyi. Mədənin və ya onikibarmaq bağırsağın selikli qişasında xora qüsurunun əmələ gəlməsi ilə xarakterizə olunur. Xəstəlik tsiklik gedişli olub, müxtəlif müddətli kəskinləşmə (residivlə) və remissiyalarla keçir. 1829-cu ildə fransız həkimi J. Kryuvel xora xəstəliyini müstəqil nozoloji forma kimi ayırmışdı. Xora xəstəliyi Geniş yayılmış xəstəliklərdəndir. Bu xəstəliyə kişilər qadınlara nisbətən 3—10 dəfə çox tutulur. Xora xəstəliyinin etiolokiyasında ümumi sinir sistemi və hormonal tənzimedici mexanizmlərdəki pozğunluqlara, həmçinin mədənin özündə baş verən dəyişikliklərə (turşuluğun artması, selik ifrazının azalması) böyük əhəmiyyət verilir. Xora xəstəliyinə tutulanlarda mədə şirəsinin miqdarı və turşuluğu çoxalır, mədə şirəsini tənzimləyən azan sinirin tonusu artır. Xora xəstəliyi, irsi xüsusiyyətlərdən, qidalanma rejiminin pozulmasından, kəskin qidalar yedikdə, spirtli içkilər içdikdə, siqaret çəkdikdə və sinir-psixi gərginlikdən baş verə bilər.

Xora
XBT-10 K25.-K27.
XBT-9 531-534
DiseasesDB 9819
eMedicine med/1776 ped/2341
MeSH D010437
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etiologiyası və patogenezi redaktə

Etioloji amillərin sırasına təkrar olunan və sürəkli mənfi emossiyalar, sinir-hormonal nizamlanma və qidaianma rejıminin pozutması. kobud və keyfiyyətsiz qidaların qəbulu. yerli reaktivliyin zəifləməsi. selikli qişanın infeksion mənşəli xronik iltihabı və distrofıyası daxildir.

Xəstəliyin patogenezini izah etmək üçün irəli sürülmüş Aşofun mexaniki, Virxovun damar, Pavlov-Bıkovun sinir-reflektor nəzəriyyələri tarixi əhəmiyyət daşıyır. İndi hesab edirlər ki, alkoqol və nikotin xarici, ekoloji amillər, konstitusional və irsi meyllik ikincili, tamamlayıcı amillərdir. Əsas səbəb və patogenetik mexanizm isə mərkəzi sinir sisteminin və hipotalamus-hipofızar aparatın qastro- riuodenal nizamlayıcı funksiyalarının pozulması, mədə və onikibarmaq bağırsağın hərəki və sekretor funksiyalarının pozulmasına, verii reaktiviiyin və toleranthğın zəifləməsinə gətirib çıxarır. Digər tərəfdən bövrəküstü və cinsiyyət vəzilərin disfunksiyası, qastrointestinal polipeptidlərin (qastrin, sekretin, xolesistokinin və s.) disbalansı. histamin və serotinin mənşəli hipersekresiyasının güclənməsi. mədə və onikibarmaq bağırsağın selikli qişasının turşu, pepsin. bioloji fəal maddələr, helikobakter kimi mikroblara qarşı müqavimətinın azaiması, selikli qişanın zədələnməsinə – xoranın əmələ gəlməsinə, daha sonra isə xoranın xronik şəklə keçməsinə şərait yaradır.

Beləliklə, müasir baxışlara görə, xora xəstəliyinin patogenezi aqressiv amillərlə, selikli qişanın müqaviməti arasında dinamik müvazinətin pozulması ilə əlaqədardır. Eroziyadan fərqli olaraq, xora selikaltı qişanı da zədələdiyindən bəzən penetrasiya ya perforasiya ilə nəticələnə bilər.

Klinik mənzərə redaktə

Xora qüsurunun mədədə və ya onikibarmaq bağırsaqda yerləşməsindən asılı olaraq mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi. ayırd edilir. Xora çox vaxt mədənin kiçik əyriliyində, girəcək hissəsində və mədə bucağı nahiyəsində, onikibarmaq bağırsaqda isə bağırsağın soğanaq hissəsində, bəzən soğanaqdan aşağıdakı hissələrdə yerləşir, bir neçə mm-dən 5—6 sm böyüklükdə dairəvi formada olur. Mədənin xora xəstəliyində qabırğaaltı nahiyədə ağrılar (ağrı, adətən yemək yeyəndə və ya yeməkdən 10—15 dəq sonra) başlayır. Çox yedikdə, habelə qıcıqlandırıçı yeməklər ağrının kəskinləşməsinə səbəb olur. Onikibarmaq bağırsağın xora xəstəliyində isə ağrı yemək yedikdən 1—2 saat sonra başlayır, yemək qəbulu ağrını azaldır. Çox vaxt ağrılar gecə başlayır. Xəstəliyin əsas əlamətlərindən biri mədə qıcqırmasıdır. Xəstəliyin kəskinləşməsi zamanı gəyirmə, ürəkbulanma, qusma halları da olur. Xəstələr bəzən ağız suyunun artmasından, qəbizlikdən də şikayətlənirlər. Xəstəlik çox vaxt yazpayız fəsillərində kəskinləşir. Xəstəliyin gedişində bəzi ağırlaşmalara təsadüf edilə bilər: qanaxma, xoranın qonşu orqanlara penetrasiyası (keçməsi), xoranın sərbəst qarın boşluğuna perforasiyası (deşilməsi), mədə çıxacının daralması (stenoz), xoranın xərçəngkə çevrilməsi və s. Mədə və ya onikibarmağ bağırsağın xorasının perforasiyasında qarında şiddətli ağrı olur, xəstəni soyuq tər basır, rəngi avazıyır, qan təzyiqi aşağı düşür. Xora xəstəliyi, zamanı qanaxma olduqda nəçisin rəngi qaralır, qanqusma halları baş verə bilər. Bu zaman xəstə ümumi zəiflikdən, ətraflarının soyumasından şikayətlənir, nəbzi sürətlənir, qan təzyiqi aşağı düşür. Düzgün diaqnoz qoymaq üçün rentgen müayinəsindən və qastroskopiyadan istifadə edilir.

Diaqnostika redaktə

Xəstəliyin diaqnostikası müvafıq klinik əlamətlərə, rentgenoloji müayinədə “taxça” simptomunun, fibroqastroduo- enoskopiyada hipersekresiyanın, xoranın aşkar edilməsinə, mədə nnühtəviyyatının əkilməsi zamanı bioptatda helikobakteriyanın tapılmasına əsaslanır.

Fəsadlar redaktə

Xəstəliyin gedişində müxtəlif ağırlaşmalar meydana çıxır. Xoranın dərinləşməsi periqastrit, perivisseritlə fəsadlaşa bilər (qızdırma, leykositoz, EZS-nin yüksəlməsi, ağrı əlamətinin güclənməsi). Təsadüflərin 15%-də xora zamanı qanaxmalar, qanlı qusma, kəskin hemorragik anemiya, melena, kollaps rast gəlinir. Ciddi fəsadlardan biri də xoranın penetrasiyası və perforasiyasıdır (peritonit). Mədənin çıxacağı və onikibarmaq bağırsaq soğanağı çapıqlaşdığı hallarda mədə keçməməzliyi, stenoz ön plana çıxır. Bu zaman qusma və lax yumurta iyinə malik köhnə mühtəviyyatın xaric olması, hipoxloremik sindrom, dehidratasiya, tetaniya meydana çıxır. Təsadüflərin 7%-də xəstəlik bədxassəli şişə çevrilə bilər (maliqnizasiya). Xora xəstəliyinin proqnozu ciddidir.

Müalicəsi redaktə

Mədə və 12 barmaq bağırsaq xorasının müalicəsi xoranın yerləşmə yerindən, ölçüsündən, mərhələsindən və fəsadlarının olub-olmamasından asılıdır. Ağırlaşmaları və fəsadları olmayan xora zamanı pəhriz saxlamaq, mədə turşuluğunu artıran qidaları (ədviyyatlı və ekstraktiv qidalar, konservlər, tomat, spirtli içkilər və s.) qida rasionundan çıxarmaq lazımdır. Süd və süd məhsulları yemək, mədə turşuluğunu neytrallaşdıran (vikalin, almagel), mədə sekresiyasını azaldan (atropin, belloid), spazmı aradan qaldıran (noşpa, papaverin), sinir sistemini sakitləşdirən (brom preparatları), xoranın sağalmasını sürətləndirən, xoranın üzərində qoruyucu təbəqə əmələ gətirən ( bismut prepararları ) preparatlardan istifadə etmək lazımdır. Həmçinin müasir yanaşmada xora xəstəliyi zamanı yoluxması təqsiqləndiyi hallarda Helikobakter Piloriyə qarşı antibiotiklərlə müalicə ( eradikasiya ) mütləq sayılır. Xəstəliyin kəskin dövrü keçəndən sonra da müəyyən müddət pəhriz saxlamaq lazımdır və xəstəyə sanatoriya-kurort müalicəsi (Yessentuki, Borjomi, İstisu) tövsiyə oluna bilər. Xora xəstəliyinin qanaxma (qankəsici preparatlarla müalicəsi effektiv olmadığı hallarda) və deşilmə fəsadları zamanı təcili cərrahi müdaxilə tələb olunur. Xora xəstəliyinin çapıq deformasiyası nəticəsində stenoz (daralma) yaratdığı hallarda isə xəstə planlı şəkildə əməliyyat oluna bilər.

Profilaktikası redaktə

  • Rasional pəhriz rejimi;
  • Papiros çəkməmək;
  • Qastriti vaxtında müalicə etmək və s.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

  1. Mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin müalicəsi[ölü keçid]

Saytda 131 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024