Yaşçilan Haqqinda Melumat - Vikipedia

Yaşçilan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yaşçilan (isp. Yaxchilán — hərfi mənası «yaşıl daşlar») — Mayya sivilizasiyasının böyük şəhərlərindən biri.

Yaşçilan piramidalarından biri.

Ümumi məlumat redaktə

Şəhər Usumasinta çayının sahilində, müasir Meksikanın Çiapas ştatının ərazisində yerləşir. Yaşçilan ərazisində abidələr qorunub saxlanılmışdı. Qədim dövrlərdə şəhər yəqin ki, İzankanak adlanırdı. Bəzən şəhər Mençe (Menché) və Pyer Loriyarın şərəfinə «Loriyar şəhəri» (Ciudad Lorillard) də adlandırılır.

Tarix redaktə

Sülalə yaradıcısı Yat Balam 2 avqust 320-ci ildə taxta oturduqda, Yaşçilan hələ kiçik bir qəsəbə idi. Şəhər-dövlət Yaşçilan yavaş-yavaş böyüyüb regionda bir mərkəzə çevrilmişdi. Yaquarın Qalxanının idarəsi zamanı, Yaşçilan bölgədə özünün maksimal təsir güvvəsinə çatdı. Yaşçilan Mayya sivilizasiyasını çox mühüm şəhərlərindən biridir və klassik dövrdə şəhər Usumasinta bölgəsində dominantlıq edirdi. O həmçinin digər Mayya şəhəri olan Bonampakı da (Şukalnax çarlığı) özünə tabe etmişdi. Uzun müddət Piedras-NeqrasTikal ilə müttəfiq idi.

Müasir Yaşçilan redaktə

Yaşçilanın xarabalıqları haqqda ilk məlumatlar 1833-cü ildə Xuan Qalindo tərəfindən qeyd edilir. Şəhərin tədqiqatı XIX əsrin sonunda başlamışdı, onun ilk rəsmləri və fotoları kitablarda çap edilmişdi.

Yaşçilana yol çox çətindir - hələ bu yaxın vaxta qədər ondan 150 km radiusda heç bir şose yolu yox idi. Yaşçilana çatmaq üçün yalnız lodka və ya kiçik təyyarənin köməyi ilə mümkün idi. Meksika hökuməti 1990-cı illərdən Qvatemalanın sərhəddinə şose çəkəndən bəri Yaşçilanı turistlər ziyarət etməyə başladı. Həmçinin Yaşçilana çatmaq üçün iki marşrut mövcuddur: birincisi Palenkedən cənub sərhədyani şose ilə Çankalaya, sonra oradan Fronteru-Korossalyaya çevirməklə Usumasinta çayına qədər, ikincisi isə Palenke, Okosinqo və ya Komitandan təyyarə reysi ilə.

Ədəbiyyat redaktə

Web links redaktə


Saytda 164 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024