Yaşıl möcüzə (film, 1979) Haqqinda Melumat - Vikipedia

Yaşıl möcüzə (film, 1979) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yaşıl möcüzə (film, 1979)

Yaşıl möcüzə
Janr sənədli film
Rejissor Xamiz Muradov
Ssenari müəllifləri Cəlal Əliyev
Vaqif Hümmətoğlu
Operator Sərdar Vəliyev
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1979
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1979
Texniki məlumatlar 2 hissə
560 metr
35 mm
Rəng rəngli

Məzmun redaktə

Xlorellanın nə olduğunu yəqin ki, çoxları bilmir. Halbuki bu yaşıl yosunlar kənd təsərrüfatı istehsalının intensivləşdirilməsində mühüm rol oynaya bilər. Xlorellada çoxlu zülallar və digər qidalı maddələr vardır. Bunlardan iri buynuzlu mal-qaranın, quşların və balıqların yemlərinə əlavə kimi istifadə olunur.

Elmi-kütləvi film yosunların xüsusiyyətini, onların xalq təsərrüfatı üçün əhəmiyyətini öyrənmək məqsədilə yaradılmışdır.

Filmin çəkilişləri xlorelladan geniş istifadə olunan yerlərdə — Şəki bölgəsində, ÖzbəkistandaMoskvada aparılmışdır.

Film haqqında redaktə

Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.

Filmin heyəti redaktə

Film üzərində işləyənlər redaktə

Rejissor: Xamiz Muradov
Ssenari müəllifi: Cəlal Əliyev, Vaqif Hümmətoğlu
Operator: Sərdar Vəliyev
Səs operatoru: Şamil Kərimov

redaktə

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi

Mənbə redaktə

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258; 377.

Saytda 189 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024