Yaşar Rəhimov
Yaşar Rəhimov (12 yanvar 1947, Fəxralı, Qasım İsmayılov rayonu – 28 dekabr 1991, Todan, Goranboy rayonu) — Goranboy rayonunun könüllülər batalyonunun döyüşçüsü, Birinci Qarabağ müharibəsi şəhidi.
Yaşar Rəhimov | |
---|---|
Yaşar Ağalar oğlu Rəhimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 yanvar 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 28 dekabr 1991 (44 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Həyatı redaktə
Yaşar Ağalar oğlu Rəhimov 12 yanvar 1947-ci ildə Qasım İsmayılov rayonunun Fəxralı kəndində anadan olmuşdur. Orta təhsil aldıqdan sonra Kirovabad şəhərində texniki peşə məktəbini bitirmiş, Kirovabad şəhər Enerji təchizat şöbəsində işləmişdir. 1 dekabr 1991-ci il tarixində Goranboy rayonunun könüllülər batalyonuna yazılmış, rayon ətrafında gedən döyüşlərdə iştirak etmişdir. 28 dekabr 1991-ci il tarixində Todan kəndi uğrunda gedən döyüşlərdə aldığı ağır güllə yarasından şəhid olmuşdur. Yaşadığı Dəliməmmədli şəhərində dəfn edilmişdir. Üç övladı var.[1]
Yaşar Rəhimov gənclik illərində futbol idman növünə böyük həvəs göstərmiş, doğulub boya-başa çatdığı Faxralı kəndinin, Dəliməmmədli qəsəbəsinin və Qasım İsmayılov rayonunun yığma futbol komandalarında qapıçı kimi çıxış edmiş, Kirovabadın "Dinamo" klubunun əvəzedici kollektivinə dəvət almışdır.
İrsi redaktə
Goranboy rayonu Fəxralı kənd uşaq bağçasına şəhid Yaşar Rəhimovun adı verilmişdir.[2]
Dəliməmmədli şəhərinin küçələrindən biri şəhid Yaşar Rəhimovun adını daşıyır.[1]
Həmçinin bax redaktə
Mənbə redaktə
- Vüsal Xoylu, "Unutmayaq ki, unudulmayaq" Faxralı elinin izi ilə, Bakı, (2011), 323 səh.
- Respublikanın təhsil müəssisələrinə şəhid adlarının verilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı №124, 17/09/1996 il.