Yadigar Sadıqlı Haqqinda Melumat - Vikipedia

Yadigar Sadıqlı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yadigar Sadıqlı

Yadigar Sadıqlı (29 sentyabr 1968, Lənkəran) — Müsavat Partiyasının sabiq başqan müavini, başqanlığa sabiq namizədi, azərbaycanlı ictimai-siyasi xadim.

Yadigar Sadıqlı
bayraq
Müsavat Partiyası başqanının müavini
2014 – 2018
BaşqanArif Hacılı
Şəxsi məlumatlar
Doğum tarixi 29 sentyabr 1968(1968-09-29) (55 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi, tarixçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Yadigar Sadıqlı 1968-ci il sentyabrın 29-da Lənkəran şəhərində anadan olub. 1994-cü ildə M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetini tarix ixtisası üzrə bitirən Yadigar Sadıqlı, 2000–2010-cu illərdə Lənkəran Dövlət Universitetində çalışıb.

Fəaliyyəti redaktə

2000-ci ildən Müsavat Partiyasının üzvü olan Yadigar Sadıqlı, 2004–2011-ci illərdə "Müsavat"ın Lənkəran şəhər təşkilatının sədri olub. 2011–2014-cü illərdə "Müsavat"da başqan müşaviri, 2014–2018-ci illərdə isə başqan müavini vəzifələrini tutub. 2014–2019-cu illərdə həmçinin Divan üzvü olub. Partiyanın 13 oktyabr 2019-cu ildə keçirilən IX qurultayında başqanlığa namizədliyini irəli sürüb, amma seçkilərdə Arif Hacılı qalib gəlib.

7 dekabr 2023-cü il tarixində bir qrup siyasətçi və siyasi fəal ilə birlikdə "Üçüncü Respublika Platforması" Hərəkatının təsis olunduğunu elan edən videoçarx yayımlamışdır.[1]

13 dekabr 2023-cü il tarixində Müsavat Partiyası üzvlüyündən istefa vermişdir.[2]

Yüzdən artıq elmi və publisitik məqalələrin müəllifi olan Y. Sadıqlının 2019-cu ilin dekabrında "Tarixdən səhifələr (məqalələr toplusu)", 2022-ci ildə isə "Yaxın Şərq tarixi (məqalələr toplusu)" adli ikinci kitabı nəşr olunub.

Həbs edilməsi redaktə

2013-cü il iyunun 27-də Lənkəran şəhərində həbs edildi. O, rəsmi məlumatlara əsasən iyunun 25-də Lənkəran şəhərində çayxanaların birində mobil telefonla həmin şəhər sakini Rəşid Kərimovu vuraraq xuliqanlıq törətməkdə ittiham edildi. Həbs edilməsindən dərhal sonra yerli və beynəlxalq insan haqları qurumları tərəfindən siyasi məhbus hesab olundu. Lənkəran şəhər Məhkəməsinin 13 yanvar 2014-cü il tarixli Qərarına əsasən 6 il müddətinə azadlıqdan məhrum edildi. Şirvan şəhər Apellyasiya Məhkəməsinin 22 iyul 2014-cü il tarixli Qərarına əsasən isə həbs cəzası 4 ilə, Ali məhkəmənin 13 yanvar 2015-cui il tarixli qərarı ilə 3 il 6 aya endirildi. 2 il 8 ay və 20 günlük həbsdən sonra 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azad edildi.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. modern.az. "Azərbaycanda yeni siyasi təşkilat - III Respublika Platformasını kimlər yaradıb…". modern.az (az.). İstifadə tarixi: 2023-12-08.
  2. modern.az. "Yadigar Sadıqlı Müsavatdan istefa verdi". modern.az (az.). 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.

Xarici keçidlər redaktə


Saytda 156 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024