Yamamay Busto Arsizio QVK Haqqinda Melumat - Vikipedia

Yamamay Busto Arsizio QVK Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yamamay Busto Arsizio QVK


Yamamay Busto ArsizioFutura Volley Busto Arsizio olaraq da bilinir. Komanda hal-hazırda ev oyunlarını PalaYamamamay idman salonunda oynayır. İtaliya qadın voleybol çempionatında 1-ci dəstədə — SeriyaA1də mübarizə aparırır. Komandaya alt paltarları istehsalçısı olan şirkət sponsorluq edir.

İtaliyaYamamay
Loqonun şəkli
Ölkə
Şəhər Busto Arsizio
Ləqəb(lər) La Yama
Le Farfalle
Rəng(lər) qırmızı-
Yaranma tarixi 1998
Meydança PalaYamamay
Tutumu 5000
Prezidenti İtaliya Michele Forte
Baş məşqçisi İtaliya Karlo Parisi
Liqa Serie A1
2012-13 3
Ev
Səfər
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Yamamay 1998-ci ildə Unione Sportiva Cistellum Volley idman komandasının təşəbbüsü ilə yaradılmışdır.[1] Fəaliyyətə başladığı illərdə o qədər də güclü çıxış etməyən komanda uzun illər "Seriya A2"-də mübarizə aparmışdı. Belə ki, klub 2003-cü ilə qədər bu liqada ilk onluğa belə girə bilməmişdi.

Yalnız 2007–08 mövsümündə 2-ci liqanı qalib başa vura bilən yamamaylılar əsas liqaya vəsiqə qazana bilmişdi. Həmin mövsüm İtaliya kubokunun da yarımfinalına qədər irəliləyə bilən komanda yalnız burada Robursport Pesaroya 3–0 hesabı ilə yenilmişdi.[2]

2009–10 mövsümü isə Busto Arsiziolular üçün ələmətdar olmuşdu. Belə ki, bu mövsümdə sözü gedən klub tarixinin ən böyük uğuruna imza atmışdı. CEV Kubokunda finala qədər irəliləyən klub bu mərhələdə də Srvena Zvezdanı məğlub etmişdi. 2 il sonra da eyni uğuru təkrarlayan italyanlar bu səfər həlledici görüşdə Qalatasaraya qalib gəlmişdi.[3] Bu komandalar 2012–13 mövsümündə yenidən fəqli həyəcanda, fərqli arenada — bu səfər Qalatasarayın meydançasımda üz-üzə gəldilər. CEV Qadınlar Çempionlar Liqasının dördlər finalının üçüncülük matçını əhatə edən bu qarşılaşmada da Yamamay qalib gələ bilmişdi.[4]

Heyəti redaktə

2013–14 mövsümü üçün[5]

Nömrə Oyunçunun adı Mövqeyi Boyu(metr) Doğum tarixi
1 İtaliya  Serena Ortolani Diaqonal 1.87 07/01/1987
3 İtaliya  Ilaria Garzaro Blokçu 1.90 29/09/1986
4 İtaliya  Marika Bianchini Blokçu 1.78 22/04/1993
5 Böyük Britaniya  Ciara Michel Blokçu 1.96 02/07/1985
6 İtaliya  Giulia Leonardi Libero 1.65 01/12/1987
7 İtaliya  Francesca Marcon   Hücumçu 1.80 09/07/1983
9 İtaliya  Ilaria Spirito Hücumçu 1.73 20/02/1994
10 Niderland  Lonneke Sloetjes Hücumçu 1.92 15/11/1990
11 Niderland  Anne Buijs Hücumçu 1.91 02/12/1991
13 İtaliya  Valentina Arrighetti Blokçu 1.89 26/01/1985
14 Polşa  Joanna Volosz Toppaylayıcı 1.81 07/04/1990
15 İtaliya  Alessandra Petrucci Toppaylayıcı 1.85 11/02/1983

İstinadlar redaktə

Həmçinin bax redaktə


Saytda 165 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024