Yanus Haqqinda Melumat - Vikipedia

Yanus Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

YanusRoma mifologiyasında zamanın, başlanğıcların və sonların, seçimlərin, açarların və qapıların tanrısıdır (yunanca : Ιανός (Ianós kimi tələffüz edilir — qapı sözündəndir). Roman iyerarxiyasında (diuum deus) ən yüksək rütbəli Tanrı hesab edilən Yanus digər Tanrılardan daha böyük imtiyaza sahibdir. İki üzlü təsvir edilir. Yanusun gənc üzü gələcəyi qoca və saqqallı üzü isə keçmişi simvolizə edir. O ilin və müharibə mövsümünün (onun məbədinin qapıları Romada sülh zamanı qapalı olurdu) açılışına rəhbərlik edən Portunus ilə birlikdə "qapılar Tanrısı"dır. Müharibə zamanı müharibənin nəticələrini əvvəlcədən təxmin etmək üçün Yanus məbədlərində ayinlər keçirilərdi. Kral Numa nın öz adını verdiyi Yanvar (januarius) ayı ona həsr edilib.

Yanus
Mifologiya Qədim Romada din, Qədim Roma mifologiyası
Təsir sahəsi Əkin, Darvaza, zaman, dualizm
Cinsi kişi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etimologiya və epitetlər (adlar) redaktə

Yanusun etimologiyası abstrakt mənada " keçmək" anlayışına müvafiq gələn, özü də hind-avropa mənşəli *ei- (" getmək ") felindən formalaşmış *iā sözünə əsaslanır. Bu etimologiya qədim insanların ona verdiyi mənadan irəli gəlir. Janus daha çox " keçid " anlayışına uyğundur və ümumiyyətlə o ötürücü tanrı kimi dəyərləndirilir. Ona verilən hər iki ad Tanrı *Patuleius (açan) və Tanrı *Clusius (bağlayan) romalıların ona " qapı açan " və " qapı bağlayan " kimi inanmalarından irəli gəlmişdir. Pater (ata) və hətta Januspater onun daha çox istifadə edilən ləqəbi olduğu güman edilir. Bu dini ləqəb istifadə edildikdə bir çox tanrılar nəzərdə tutulmasına baxmayaraq romalıların bu adı çəkərkən məhz Janusu nəzərdə tutduqları hesab edilir. Əgər onlar bütün tanrılara birlikdə ibadət edirdilərsə, sadəcə Pater deyə müraciət edirdilər. Janus üçün bu ləqəb təkcə hörmət əlaməti hesab edilmir, həmçinin onun rolunu xüsusi qiymətləndirilirdi. O tanrıların birincisi və hətta bəzi mənbələrdə yaradıcı hesab edilirdi.

Yanvar ayının adı bu tanrının şərəfinə adlandırılmışdır[1].

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Aylar necə adlanıb? Təqvimin sirrləri". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-28.

Saytda 153 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023