Yanı Yapon Muhbiri Haqqinda Melumat - Vikipedia

Yanı Yapon Muhbiri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yanı Yapon Muhbiri

Yaponiyada nəşr olunmuş jurnal


Yanı Yapon Muhbiri (azərb. Yeni yapon müxbiri‎) – 1931–1938-ci illərdə Yaponiya tatarları tərəfindən Tokioda nəşr olunmuş tatardilli jurnal. "Matbaa-i İslamiye" nəşriyyatı tərəfindən nəşr olunmuş bu jurnal Yaponiyada yaşayan tatar icmasının fəaliyyətlərinə və həyatına həsr olunmuşdu.

Yanı Yapon Muhbiri
Növ islam jurnalı
Nəşriyyat Matbaa-i İslamiye
İlk buraxılışı 25 may 1931
Ölkə Yaponiya Yaponiya
Qərargah
Dil tatarca

Tarixi redaktə

"Yani Yapon Muhbiri" 1930-cu ildə Tokioda tatarlar tərəfindən qurulmuş "Matbaa-i İslamiye" nəşriyyatının əsas nəşri olmuşdur.[1] Jurnalın ilk sayı 25 may 1931-ci ildə "Yapon Muhbiri" adı ilə çıxmışdır.[1] İlk sayda jurnala təbrik yazısı göndərənlərdən biri Yaponiyadakı tatar icmasının dəstəkçisi olan, ultramillətçi Toyoma Mitsuru olmuşdur.[2] 4–5 saydan sonra 1932-ci ildə "Yanı Yapon Muhbiri" adı ilə nəşr olunmağa başlamışdır.[1]

Jurnal 1938-ci ilə qədər nəşr olunmuş, 33 ölkəyə göndərilmiş, bir çox abunəsi olmuşdur.[3][4] 1938-ci ildə jurnalın nəşrindən məsul olan Muhammed Abdulhay Kurbanaliyevin Yaponiyadan xaric edilməsindən sonra jurnal fəaliyyətini dayandırmışdır.[1] Nəşr olunduğu illər ərzində 50-ə yaxın sayı nəşr olunmuşdur.[5]

Mövzusu redaktə

Tatar dilində nəşr olunmuş jurnalda[6] Yaponiya və Yaponiyadan asılı ərazilərdə yaşayan İdil-Ural türkləri və digər müsəlmanlarla bağlı cari xəbərlər və məlumatlar nəşr olunurdu.[1] Jurnalın məqsədi müsəlmanlara Yaponiyanı tanıtmaq, yaponlarla müsəlmanlar arasında mədəni və iqtisadi münasibətləri təbliğ etmək olmuşdur.[1] Bu səbəbdən jurnalda Yaponiya lehinə olan yazılara üstünlük verilmişdir.[1] Jurnalda tatarlar üçün aktual və vacib olan mövzular haqqında məqalələr dərc olunmuşdu.[7] Məsələn, jurnalın 15-ci sayında dərc olunmuş "Ərəb hərflərini buraxıb latın hərflərinə keçmə" məqaləsində tatarların Türkiyədəki əlifba islahatı haqqında fikirləri müzakirə olunmuşdur.[7]

Kurbanaliyevin Yaponiyadakı siyasi rəqibi olan Ayaz İshakinin tərəfdarları jurnalı tənqid edərək tatar millətinin inkişafına qarşı fikirlər yaydığını bəyan etmiş və jurnalın bağlanmasını tələb etmişdirlər.[1]

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 7 8 Atakan, 2019. səh. 483
  2. Dündar, 2015. səh. 218
  3. Dündar, 2003. səh. 109
  4. Atakan, 2019. səh. 489
  5. Atakan, 2019. səh. 495
  6. Fathil, 2017. səh. 307
  7. 1 2 Atakan, 2019. səh. 488

Ədəbiyyat redaktə

  • Atakan, Hanife Alkan. "Yanı Yapon Muhbiri Dergisi'nin 15. Sayısına Göre Japonya'da Yaşayan Tatar Türklerinin Türkiye'deki Harf Devrimi Konusundaki Görüşleri". Karadeniz Araştırmaları (türkcə). 16 (83). 15 sentyabr 2019: 475–495. İstifadə tarixi: 1 may 2024.
  • Dündar, Ali Merthan. "Uzak Doğu'da İdil-Ural Türklerinin Yayın Faaliyetleri Tokyo Mahalle-i İslamiye Matbaası". Türkoloji Dergisi (türkcə). 16 (2). 1 may 2003: 103–116. doi:10.1501/Trkol_000000004. İstifadə tarixi: 1 may 2024.
  • Fathil, Fauziah. "Japonya ve Güney Kore'de İslam ve Müslüman Azınlıklar" (PDF). Yeni Türkiye (türkcə). 23 (96). 2017: 302–316. İstifadə tarixi: 1 may 2024.
  • Dündar, Ali Mehmet. ""İdil-Ural Türk-Tatarlarının Japonya'daki Yayın Faaliyetleri: Yeni Yapon Muhbiri Dergisi"". İdil - Ural Tarihi Sempozyumu (türkcə). 1. 2015: 213–219. İstifadə tarixi: 1 may 2024.

Saytda 66 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024