Yaqub xan Zülqədər Haqqinda Melumat - Vikipedia

Yaqub xan Zülqədər Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yaqub xan Zülqədər

Yaqub bəy Zülqədər (?-1592) — Şah Abbas Səfəvi dövründə Fars əyalətinin bəylərbəyi (1587-1592).

Yaqub xan Zülqədər
یعقوب بیک ذوالقدر
1587 – 1592
SonrakıBünyad xan Zülqədər
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Şiraz, Fars bəylərbəyliyi Səfəvilər dövləti
Fəaliyyəti hərbi lider[d]
Atası İbrahim xan Hacılı-Zülqədər

Həyatı redaktə

Yaqub xan Zülqədər İbrahim xan Hacılı-Zülqədərin oğlu və İlyas bəy Əlaəddövlə, Nasirəddin Məhəmməd bəy Zülqədərin oğlunun nəvəsidir (Əlaəddövlə 1535-ci ildə Sultan Səlim ilə müharibədə öldü).Yaqub xan Zülqədər Zülqədər elinin ən məşhur şəxslərindən biridir ki, I Şah Abbas Səfəvi dövründə bir çox zülqədər elinin adamları ilə İrana gəldi.O,Farsın hökmdarı, Mehdiquli xan Zülqədərin qətlindən sonra (ki Şah Abbas Səfəvinin əmri ilə öldürüldü),Farsın və funksiyalarının hökmdarı oldu.O, sonra Kirmanın hökmdarı Bəktaş xan Avşar ilə müharibə etdi və Bəktaş xan Avşar qətlə yetişdi və Yaqub xan Zülqədər qalib oldu və hökmdarlıq ərazisi Yəzd və Kirmana qədər uzandı.Bu sürətli fəthlər, Şah Abbasın xoşuna gəlmədi və Yaqub xan Zülqədərin məhv olmasına qərar verdi.

Yaqub xan kimi güclü adam ilə üzləşmək mümkün deyildi, Şah Abbas onu hiylə və kələk ilə öldürmağa qərar verdi və əvvəldə Kor Həsən bəy Ustaclunu, Yaqub xanın yanına göndərdi və onu İsfahana dəvət etdi amma Yaqub xan incəliklə İsfahana getməkdən imtina etdi. Beləliklə Şah Abbas özü Farsa getdi, Yaqub xan, vəziri Mirzəcanının hiləsinə aldandı və 29 sentyabr 1592-ci ildə Şah Abbasın təşkil etdiyi şah ziyafətinə getdi və orada Hüseyn xan Ziyadoğlu-Qacar, onun əllərini bağladı və yerə vurdu, sonra Şah Abbas əmri ilə onu zindana saldılar və sonra öldürdülər. Həmin il,Şah Abbas Bünyad xan Zülqədəri Farsın bəylərbəyi təyin etdi.

Mənbə redaktə

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə


Saytda 103 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024