Yarımada Haqqinda Melumat - Vikipedia

Yarımada Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yarımada — üç tərəfdən su ilə əhatə olunmuş, bir tərəfdən quruya bitişik quru sahəsi. Yer kürəsində ən böyük yarımadalar sırasında Ərəbistan (3,23 mln km²), Hindistan (2,07 mln km²), Hind-Çin (1,93 mln km²), Somali (1,88 mln km²), Labrador (1,39 mln km²), Skandinaviya (0,75 mln km²), Balkan (0,66 mln km²),

Pireney (0,58 mln km²), Koreya (0,22 mln km²), Florida (0,17 mln km²) və s. öndə durur. Azərbaycanda, eyni zamanda Xəzər dənizi hövzəsində Abşeron ən böyük yarımadadır. Bir sıra german, kelt, o cümlədən baltik, slavyan, macar, çin və s. dillərdə də bu termin "yarım"+"ada" şəklində ifadə olunduğu təqdirdə, ingilis (peninsula – latıncadan "paene-": təxmini + "īnsula": ada) və başqa dillərdə xüsus termin halına gəlmiş sözlərlə ifadə olunur. İspaniya, Portuqaliya, İtaliya, Cənubi Koreya, KXDR, Yunanıstan, İsveç,

Norveç, Finlandiya, Hindistan, Səudiyyə Ərəbistanı, Yəmən, Oman, Tailand, Myanma, Vyetnam, Malayziya, Kamboca, Türkiyə və bir sıra başqa ölkələr yarımadada yerləşirlər.

Ərəbistan yarımadası.

Mənbə redaktə

  • ASE, V cild, Bakı, 1981, səh. 82

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 64 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023