Yaradılışın hədəfi (Hacı Şahin) Haqqinda Melumat - Vikipedia

Yaradılışın hədəfi (Hacı Şahin) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yaradılışın hədəfi (Hacı Şahin)

Yaradılışın hədəfiHacı Şahinin 2-ci kitabı.[1]

Yaradılışın hədəfi
İlk nəşr
İlk nəşr
Müəllif Hacı Şahin
Janr Din
Orijinalın dili Azərbaycan dili
Ölkə Azərbaycan
Orijinalın nəşr ili 2021
Nəşriyyat İrşad
Səhifə 128
Əvvəlki Haradan başlamalı
Sonrakı Xoşbəxt ailə modeli
ISBN 9789952525977

Hacı Şahin daha əvvəl Məşədi Dadaş məscidində "Cümə namazı" xütbələrində bu mövzuda danışıb.[2]

Kitab 2022-ci ildə Darul Hikmət Elm və Tədris Mərkəzi tərəfindən səsləndirilib.[3]

Məzmun redaktə

Bu kitab bir axtarış, insanda “niyə”, “nə üçün”, “nə vaxt” suallarını yaratma cəhdidir. Ola bilərmi, bu qədər rəngarəngliyin, sürətin içində dalana dirənmişik, bozluq hər tərəfdən bizi əhatələyib, hər şey “apdeyt” olsa da, əslində, heç nə dəyişmir?

Hacı Şahin Həsənli “Yaradılışın hədəfi” kitabında hazırda dəbdə olan “liberalizm”, “plüralizm”, “sağçılıq”, “solçuluq” anlayışlarını təhlil etməyə çalışır, dalandan qurtulmaq üçün alternativ yollar təqdim edir. Və bu təşəbbüsdə çağdaş dünya perspektivinin qeyri-kafiliyi, insanın daxili potensialını tamlıqla görə bilməmə faktı aşkara çıxır.

Müəllifin fikrincə, inanclı təbəqə də bu proses zamanı nostalgiyaya qapılmaq, marginallaşma, dini yalnız bir baxış bucağından görmək kimi problemlərlə üzləşib.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. "Hacı Şahin Həsənlinin ikinci kitabı nəşr olundu". 2023-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-21.
  2. "Hacı Şahin Həsənli: Cümə xütbəsi (AudioLink)". 2023-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-21.
  3. "Səsli kitab". 2023-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-21.

Xarici keçidlər redaktə


Saytda 122 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024