Yatkayed gölü Haqqinda Melumat - Vikipedia

Yatkayed gölü Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yatkayed gölü[1]Kanadanın Nunavut ərazisinin Kivallik regionununda yerləşən göl. Anqikuni gölü ilə Forde gölü arasında yerləşən bu göl Kazan çayı üzərindəki bir neçə göldən biridir.

Yatkayed gölü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 82 m
Uzunluğu
  • 70 km
Sahəsi
  • 1.334 km²
Yerləşməsi
62°40′00″ şm. e. 97°58′00″ q. u.
Ölkə
Yatkayed gölü xəritədə
Yatkayed gölü
Yatkayed gölü

Göl ərazidə yaşayan maral ovçusu xalqı olan Sayisi Dene xalqı tərəfindən adlandırılıb. Ərazidə inuit artifaktları da tapılmışdır.

Yatkayed gölü dünyada yeganə göldür ki, onda yerləşən adanın gölündə başqa bir ada, həmin adadakı başqa göldə başqa bir ada, həmin adadakı başqa bir göldə isə başqa ada yerləşir. Başqa sözlə, Yatkayed gölüdəki adanın gölüdəki adanın gölündəki adanın gölündə ada var.[2]

Coğrafiya redaktə

Göl Kanada qalxanının şimal-qərbində yerləşən Çörçil platformasının Qərbi Çörçil bölgəsindəki Hörn ərazisində yerləşir.

Kanada atlasına əsasən ölkənin mərkəzi gölün cənubunda yerləşir.[3]

Minerallar redaktə

Yatkayed çöküntü hövzəsi uran, mismolibden ehtiyatları ilə zəngindir. Kaminak qızıl şirkəti 81 min ha ərazidə mədənçilik işləri aparır.[4]

İstinadlar redaktə

  1. "SEQUEL, Annual Report year ended September 30, 1926". Baker Lake, Nunavut: Inuit Heritage Centre. 2013-01-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-02-12.
  2. [1] Arxivləşdirilib 2017-09-05 at the Wayback Machine, 62°39′03″ N, 97°47′21″ W
  3. "Frequently Asked Questions About Canada - Centre of Canada". 2013-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-22.
  4. Kaminak Gold Corporation Press Release. "Kaminak Stakes Uranium-Copper-Molybdenum Prospects, Yathkyed Lake Area, Nunavut". May 2, 2007. November 30, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 28, 2021.

Xarici keçidlər redaktə


Saytda 124 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023