Yelena Radionova Haqqinda Melumat - Vikipedia

Yelena Radionova Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yelena Radionova (rus. Елена Радионова; 6 yanvar 1999, Moskva) — Rusiyanı təmsil edən fiqurçu. Yelena Radionova 2015-ci ildə baş tutan Dünya Çempionatının bürünc, 2015 və 2016-cı illərdə baş tutan Avropa Çempionatlarının isə gümüş medallarına sahib olub. Radionova həmdə ISU Qran-Pri Finallarında 2014–2015-ci illər mövsümündə gümüş, 2015–2016-cı illər mövsümündə isə bürünc medallar qazanıb. Karyerası ərzində 9 dəfə ISU Qran-Pri mərhələlərində podiumda olub; ISU ABŞ Qran-Prisi (2013-cü ildə bürünc, 2014-cü ildə qızıl), ISU Çin Qran-Prisi (2015 və 2017-ci illərdə bürünc, 2016-cı ildə qızıl), ISU Fransa Qran-Prisi (2014-cü ildə qızıl), ISU Rusiya Qran-Prisi (2015-ci ildə qızıl, 2016-cı ildə gümüş), ISU Yaponiya Qran-Prisi (2013-cü ildə gümüş).

Yelena Radionova
rus. Елена Игоревна Радионова
Yelena Radionova 2016-cı ildə Bratislava şəhərində baş tutan Avropa Çempionatında
Yelena Radionova 2016-cı ildə Bratislava şəhərində baş tutan Avropa Çempionatında
Şəxsi məlumatlar
Tam adı Yelena İqorevna Radionova
Vətəndaşlığı Rusiya Rusiya
Doğum tarixi (25 yaş)
Doğum yeri Moskva, Rusiya
Boyu 168 sm. (5 ft 5 in)
İdman növü Fiqurlu konkisürmə
Karyera illəri 2010—2020
Məşqçisi İnna Qohçarenho (2010—2017)
Yelena Buyanova (2017—2020)

Yelena Radionova həmdə 2013-cü ilin "Nebelhorn Trophy", 2017-ci ilin "Shanghai Trophy" yarışlarının və 2017-ci ildə Qazaxıstanın ev sahibliyində baş tutan XXVIII Qış Universiada Oyunlarının qalibi olub.

Yelena Radionova 2012–2014-cü illərdə də gənclər arasında ciddi uğurlara imza atıb. 2013 və 2014-cü illərdə gənclər arasında Dünya Çempionatının qalibi olub. Radionova həmdə 2012-ci ildə ISU Fransa Qran-Prisinin, ISU Avstriya Qran-Prisinin və ISU Qran-Pri Finalının qızıl medallarına sahib olub. 2013-cü ildə gənclər arasında Rusiya Çempionatının qalibi olan Yelena Radionova, 2014-cü ildə Rusiya Çempionatının qızıl medalına sahib olub.

Yelena Radionova 2 dəfə gənclər arasında Dünya Çempionatının qalibi olmağı bacaran birinci idmançıdır. Onun bu uğuruna 2018 və 2019-cu illərdə Alesandra Trusova yenidən imza atıb.

Karyerası ərzində 40 yarışda mübarizə Yelena Radionova, 15 qızıl, 10 gümüş və 8 bürünc medala sahib olub. Radionova 2020-ci il sentyabrın 22-də idmandan uzaqlaşdığını bildirdi.

Həyatı redaktə

Yelena Radionova 1999-cu il yanvarın 6-da anadan olub. Ailənin yeganə övladı olan Yelena Radionova üç yaşından OMİK-də İnna Qohçarenhonun məşqçiliyi altında idmanla məşğul olur.

Karyerası redaktə

2010–2012-ci illər: Karyeranın birinci illəri redaktə

Yelena Radionova 2010–2011-ci illər mövsümünün 2–4 fevralında Kazan şəhərində baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. Qısa proqramda 54.76 balla beşinci pillənin sahibi olan Yelena Radionova sərbəst proqramda 104.22 balla dördüncü pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 158.98 balla gənclər arasında Rusiya Çempionatını dördüncü pillədə baaş vurdu.

Yelena Radionova 2011–2012-ci illər mövsümündə Rusiya Çempionatlarında mübarizə apardı. Əvvəlcə o, Rusiya Çempionatında mübarizə apardı, nəticədə qısa proqramda 60.10 balla, sərbəst proqramda isə 115.72 balla altıncı pillələrin sahibi oldu. Ümumi nəticədə isə Yelena Radionova 175.82 balla Rusiya Çempionatını beşinci pilləni başa vurdu.

Daha sonra o, 5–8 fevralında baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. Qısa proqramda 58.20 balla dördüncü pillənin sahibi olan Yelena Radionova sərbəst proqramda 122.75 balla üçüncü pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 180.95 balla gənclər arasında Rusiya Çempionatının bürünc medalına sahib oldu.

2012–2013-cü illər: Gənclərin Qran-Pri Finalında və Dünya Çempionatında qələbə redaktə

 
Yelena Radionova 2012-ci il gənclərin Qran-Pri Finalında

Yelena Radionova 2012–2013-cü illər mövsümündə gənclər arasında FransaAvstriya Qran-Prilərində mübarizə apardı. Əvvəlcə o, 22–24 avqustda Fransanın Kurşevel şəhərində baş tutan gənclər arasında ISU Fransa Qran-Prisində mübarizə apardı.[1] Qısa proqramda 62.16 balla birinci pillənin sahibi olan Yelena Radionova, sərbəst proqramda da 116.64 balla birinci pillənin sahibi oldu.[2][3] Bu minvalla da o, ümumi nəticədə 178.80 balla gənclər arasında ISU Fransa Qran-Prisinin qızıl medalına sahib oldu.[1]

Daha sonra o, 12–15 sentyabrda Avstriyanın Linz şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Avstriya Qran-Prisində mübarizə apardı.[4] Qısa proqramda 62.72 balla birinci pillənin sahibi olan Yelena Radionova, sərbəst proqramda da 120.16 balla birinci pillənin sahibi oldu.[5][6] Bu minvalla da o, ümumi nəticədə 182.88 balla gənclər arasında ISU Avstriya Qran-Prisinin qızıl medalına sahib oldu.[4] Mövsüm ərzində FransadaAvstriyada baş tutan Qran-Prilərin qalibi olan Yelena Radionova, gənclər arasında ISU Qran-Pri Finalına vəsiqə qazandı.

Gənclər arasında ISU Qran-Pri Finalı Rusiyanın Soçi şəhərində baş tutdu və altı idmançı — Rusiya nümayəndələri Yelena Radionova və Anna Poqorilaya, ABŞ nümayəndələri Anqela Vanq, Anna MillerLea Keyser, habelə Yaponiya nümayəndəsi Sataho Miyahara mübarizə apardı.[7] Yelena Radionova qısa proqramda 60.90 balla, sərbəst proqramda isə 120.50 balla birinci pillələrin sahibi oldu.[8][9] Bununla da o, ümumi nəticədə 181.40 balla gənclər arasında ISU Qran-Pri Finalının qızıl medalına sahib oldu.[7] Gümüş medalı ABŞ nümayəndəsi Anna Miller, bürünc medalı isə Rusiya nümayəndəsi Anna Poqorilaya qazandı.[7]

2013-cü ilin sonu və əvəllində Yelena Radionova Rusiya Çempionatlarında mübarizə apardı. Əvvəlcə o, Soçi şəhərində baş tutan Rusiya Çempionatında mübarizə apardı. Nəticədə Yelena Radionova qısa proqramda 65.58 balla, sərbəst proqramda isə 126.68 balla üçüncü pillələrin sahibi oldu. Bununla da o, ümumi nəticədə 192.26 balla Rusiya Çempionatının gümüş medalına sahib oldu.

Daha sonra o, 2–4 fevralında baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. Qısa proqramda 68.46 balla birinci pillənin sahibi olan Yelena Radionova sərbəst proqramda da 131.74 balla birinci pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 200.20 balla gənclər arasında Rusiya Çempionatının qızıl medalına sahib oldu.

2012–2013-cü illər mövsümünün əsas yarışı — 25 mart-4 martda İtaliyanın Milan şəhərinin ev sahibliyində baş tutan gənclər arasında Dünya Çempionatı oldu.[10] Mövsüm ərzində gənclərin Rusiya Çempionatının və gənclərin ISU Qran-Pri Finalının qalibi olan Yelena Radionova, gənclərin Dünya Çempionatının əsas favoritlərindən biri idi. Yelena Radionova qısa proqramda uğursuz mübarizə apardı və 54.48 balla beşinci pillənin sahibi oldu.[11] Amma sərbəst proqramda onun uğurlu mübarizəsi aparması və 116.24 balla birinci pillənin sahibi olması, ümumi nəticəyə ciddi təsir göstərdi.[12] Bununla da Yelena Radionova ümumi nəticədə 170.72 balla gənclər arasında Dünya Çempionatının qızıl medalına sahib oldu.[10]

2013–2014-cü illər: 2-ci gənclər arasında Dünya çempionluğu redaktə

 
Yelena Radionova 2013-cü il Yaponiya Qran-Prisində

Yelena Radionova mövsümün əvvəlində, 26–28 sentyabrda Almaniyanın Oberstdorf şəhərində baş tutan "Nebelhorn Trophy" yarışında mübarizə apardı.[13] Qısa proqramda 65.50 balla, sərbəst proqramda isə 124.52 balla birinci pillələrin sahibi olan Yelena Radionova, ümumi nəticədə 190.22 balla "Nebelhorn Trophy" yarışının qızıl medalına sahib oldu.[13][14][15]

Yelena Radionova 2013–2014-cü illər mövsümündə ABŞYaponiya Qran-Prilərində mübarizə apardı. Əvvəlcə o, Birləşmiş Ştatların Miçiqan ştatının Detroyt şəhərində baş tutan ISU ABŞ Qran-Prisində mübarizə apardı.[16] Qısa proqramda 68.02 balla üçüncü pillənin sahibi olan Yelena Radionova, sərbəst proqramda 116.94 balla dördüncü pillənin sahibi oldu.[17][18] Bu minvalla da o, ümumi nəticədə 184.96 balla ISU ABŞ Qran-Prisinin bürünc medalına sahib oldu.[16]

Daha sonra o, 8–10 noyabrda Yaponiyanın ev sahibliyində baş tutan ISU Yaponiya Qran-Prisində mübarizə apardı.[19] Qısa proqramda 62.84 balla üçüncü pillənin sahibi olan Yelena Radionova, sərbəst proqramda da 128.98 balla üçüncü pillənin sahibi oldu.[20][21] Bu minvalla da o, ümumi nəticədə 191.82 balla ISU Yaponiya Qran-Prisinin gümüş medalına sahib oldu.[19] Mövsüm ərzində Birləşmiş ŞtatlardaYaponiyada baş tutan Qran-Prilərdə bürünc və gümüş medalların sahibi olan Yelena Radionova, ISU Qran-Pri Finalına vəsiqə qazana bildi.

ISU Qran-Pri Finalı Yaponiyada baş tutdu və altı idmançı — Rusiya nümayəndələri Yuliya Lipnitshaya, Anna Poqorilaya, Adelina Sotnihova və Yelena Radionova, habelə Yaponiya nümayəndəsi Mao AsadaABŞ nümayəndəsi Eşli Vaqner mübarizə apardı.[22] Yelena Radionova qısa proqramda 65.38 balla beşinci, sərbəst proqramda isə 118.64 balla dördüncü pillələrin sahibi oldu.[23][24] Bununla da o, ümumi nəticədə 184.02 balla ISU Qran-Pri Finalını dördüncü pillədə başa vurdu.[22] Qızıl medalı Yaponiya nümayəndəsi Mao Asada, gümüş medalı Rusiya nümayəndəsi Yuliya Lipnitshaya, bürünc medalı isə ABŞ nümayəndəsi Eşli Vaqner qazandı.[22]

Daha sonra Yelena Radionova, Soçi şəhərinin ev sahibliyində baş tutan Rusiya Çempionatında mübarizə apardı. Qısa proqramda 68.76 balla üçüncü pillənin sahibi olan Yelena Radionova sərbəst proqramda da 135.26 balla üçüncü pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 202.02 balla Rusiya Çempionatının bürünc medalına sahib oldu.

2013–2014-cü illər mövsümünün əsas yarışı — 10–16 martda Bolqarıstanın Sofiya şəhərinin ev sahibliyində baş tutan gənclər arasında Dünya Çempionatı oldu.[25] Mövsüm ərzində Rusiya Çempionatının bürünc, ABŞ və Yaponiya Qran-Prilərinin isə bürünc və gümüş medallarına sahib olan Yelena Radionova, gənclərin Dünya Çempionatının əsas favoritlərindən biri idi. Yelena Radionova qısa proqramda 66.90 balla birinci pillənin sahibi oldu.[26] Sərbəst proqramda da onun uğurlu mübarizəsi aparması və 128.40 balla birinci pillənin sahibi olması, ümumi nəticədə onu qalib elədi.[27] Yelena Radionova ümumi nəticədə 195.30 balla növbəti dəfə gənclər arasında Dünya Çempionatının qızıl medalına sahib oldu.[25] Bu minvalla o, 2 dəfə gənclər arasında Dünya Çempionatının qalibi olmağı bacaran birinci idmançı oldu.

2014–2015-ci illər: Karyeranın zirvəsi — Dünya və Avropa Çempionatlarında uğurlar redaktə

 
Yelena Radionova 2015-ci il Avropa Çempionatında

Yelena Radionova mövsümün əvvəlində, Yaponiyanın Saytama şəhərində baş tutan "Japan Open" yarışında mübarizə apardı.[28] Yelena Radionova sərbəst proqramda 136.46 balla birinci pillələrin sahibi oldu.[29] Komanda nəticələrinə əsasən isə "European" yığması ümumi nəticədə 552.95 balla "Japan Open" yarışının qızıl medalına sahib oldu.[28]

Yelena Radionova 2014–2015-ci illər mövsümündə ABŞFransa Qran-Prilərində mübarizə apardı. Əvvəlcə o, Birləşmiş Ştatların İlinoys ştatının Hoffman Estates şəhərində baş tutan ISU ABŞ Qran-Prisində mübarizə apardı.[30] Qısa proqramda 65.58 balla üçüncü pillənin sahibi olan Yelena Radionova, sərbəst proqramda 130.60 balla birinci pillənin sahibi oldu.[31][32] Bu minvalla da o, ümumi nəticədə 196.48 balla ISU ABŞ Qran-Prisinin qızıl medalına sahib oldu.[30]

Daha sonra o, 20–24 noyabrda Fransanın Bordo şəhərinin ev sahibliyində baş tutan ISU Fransa Qran-Prisində mübarizə apardı.[33] Qısa proqramda 68.28 balla birinci pillənin sahibi olan Yelena Radionova, sərbəst proqramda da 136.64 balla birinci pillənin sahibi oldu.[34][35] Bu minvalla da o, ümumi nəticədə 204.92 balla ISU Fransa Qran-Prisinin qızıl medalına sahib oldu.[33] Mövsüm ərzində Birləşmiş ŞtatlardaFransada baş tutan Qran-Prilərdə qızıl medalların sahibi olan Yelena Radionova, ISU Qran-Pri Finalına vəsiqə qazana bildi.

ISU Qran-Pri Finalı İspaniyanın Barselona şəhərində baş tutdu və altı idmançı — Rusiya nümayəndələri Yelena Radionova, Yelizaveta Tuxtamışeva, Anna Poqorilaya, Yuliya Lipnitshaya, habelə ABŞ nümayəndəsi Eşli VaqnerYaponiya nümayəndəsi Riha Honqo mübarizə apardı.[36] Yelena Radionova qısa proqramda 65.90 balla üçüncü, sərbəst proqramda isə 134.85 balla birinci pillələrin sahibi oldu.[37][38] Bununla da o, ümumi nəticədə 200.75 balla ISU Qran-Pri Finalının gümüş medalına sahib oldu.[36] Qızıl medalı Rusiya nümayəndəsi Yelizaveta Tuxtamışeva, bürünc medalı isə ABŞ nümayəndəsi Eşli Vaqner qazandı.[36]

Daha sonra Yelena Radionova, Soçi şəhərinin ev sahibliyində baş tutan Rusiya Çempionatında mübarizə apardı. Qısa proqramda 74.14 balla birinci pillənin sahibi olan Yelena Radionova sərbəst proqramda da 144.32 balla birinci pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 218.46 balla Rusiya Çempionatının qızıl medalına sahib oldu.

2015-ci ilin 26 yanvar-1 fevralında İsveçin ev sahibliyində Avropa Çempionatı baş tutdu.[39] Rusiya Çempionatının qalibi olduğu üçün Yelena Radionvoa həmin Avropa Çempionatında mübarizə apardı.[39] Qısa proqramda 70.46 balla birinci pillənin sahibi olan Yelena Radionova sərbəst proqramda 140.08 balla 2-ci pillənin sahibi oldu.[40][41] Bununla da o, ümumi nəticədə 210.54 balla Avropa Çempionatının gümüş medalına sahib oldu.[39] Qızıl medalı Rusiya nümayəndəsi Yelizaveta Tuxtamışeva, bürünc medalı isə digər Rusiya nümayəndəsi Anna Poqorilaya qazandı.

2014–2015-ci illər mövsümünün əsas yarışı — 22–30 martda Çinin Şanxay şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatı oldu.[42] Mövsüm ərzində Rusiya Çempionatının, ABŞ və Fransa Qran-Prilərinin qalibi, Qran-Pri Finalı və Avropa Çempionatının isə gümüş medallarına sahib olan Yelena Radionova, Dünya Çempionatının əsas favoritlərindən biri idi. Yelena Radionova qısa proqramda 70.52 balla 2-ci pillənin sahibi oldu.[43] Sərbəst proqramda isə onun uğursuz mübarizə aparması və 121.96 balla alrıncı pillənin sahibi olması, ümumi nəticədə onu qalib edə bilmədi.[44] Yelena Radionova ümumi nəticədə 192.48 balla Dünya Çempionatının bürünc medalına sahib oldu.[42]

Komandalararası Dünya Çempionatı[45][46][47]

2015–2016-cı illər: 2-ci dəfə Avropa Çempionatının gümüş medalı redaktə

 
Yelena Radionova 2016-cı il Dünya Çempionatında

Yelena Radionova 2015–2016-cı illər mövsümündə ÇinRusiya Qran-Prilərində mübarizə apardı. Əvvəlcə o, 6–8 noyabrda Çində baş tutan ISU Çin Qran-Prisində mübarizə apardı.[48] Qısa proqramda 58.52 balla altıncı pillənin sahibi olan Yelena Radionova, sərbəst proqramda 125.78 balla 2-ci pillənin sahibi oldu.[49][50] Bu minvalla da o, ümumi nəticədə 184.30 balla ISU Çin Qran-Prisinin bürünc medalına sahib oldu.[48]

Daha sonra o, 20–22 noyabrda Rusiyanın ev sahibliyində baş tutan ISU Rusiya Qran-Prisində mübarizə apardı.[51] Qısa proqramda 72.80 balla birinci pillənin sahibi olan Yelena Radionova, sərbəst proqramda 142.54 balla 2-ci pillənin sahibi oldu.[52][53] Bu minvalla da o, ümumi nəticədə 215.34 balla ISU Rusiya Qran-Prisinin qızıl medalına sahib oldu.[51] Mövsüm ərzində ÇindəRusiyada baş tutan Qran-Prilərdə bürünc və qızıl medalların sahibi olan Yelena Radionova, ISU Qran-Pri Finalına vəsiqə qazana bildi.

ISU Qran-Pri Finalı İspaniyanın Barselona şəhərində baş tutdu və altı idmançı — ABŞ nümayəndələri Qresi QoldEşli Vaqner, Rusiya nümayəndələri Yevgeniya Medvedyeva və Yelena Radionova, habelə Yaponiya nümayəndəsi Sataho MiyaharaMao Asada mübarizə apardı.[54] Yelena Radionova qısa proqramda 70.44 balla üçüncü, sərbəst proqramda isə 131.70 balla dördüncü pillələrin sahibi oldu.[55][56] Bununla da o, ümumi nəticədə 202.14 balla ISU Qran-Pri Finalının bürünc medalına sahib oldu.[54] Qızıl medalı Rusiya nümayəndəsi Yevgeniya Medvedyeva, gümüş medalı isə Yaponiya nümayəndəsi Sataho Miyahara qazandı.[54]

Daha sonra Yelena Radionova, Rusiya Çempionatında mübarizə apardı. Qısa proqramda 76.70 balla 2-ci pillənin sahibi olan Yelena Radionova sərbəst proqramda da 145.88 balla 2-ci pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 222.58 balla Rusiya Çempionatının gümüş medalına sahib oldu.

2016-cı ilin 26 yanvar-31 yanvarda Bratislava şəhərinin ev sahibliyində Avropa Çempionatı baş tutdu.[57] Rusiya Çempionatının gümüş medalına sahib olduğu üçün Yelena Radionvoa həmin Avropa Çempionatında mübarizə apardı. Qısa proqramda 70.96 balla 2-ci pillənin sahibi olan Yelena Radionova sərbəst proqramda da 140.04 balla 2-ci pillənin sahibi oldu.[58][59] Bununla da o, ümumi nəticədə 211.00 balla növbəti dəfə Avropa Çempionatının gümüş medalına sahib oldu.[57] Qızıl medalı Rusiya nümayəndəsi Yevgeniya Medvedyeva, bürünc medalı isə digər Rusiya nümayəndəsi Anna Poqorilaya qazandı.[57]

2015–2016-cı illər mövsümünün əsas yarışı — 28 mart-4 aprelində Birləşmiş Ştatların Boston şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatı oldu.[60] Mövsüm ərzində Rusiya və Avropa Çempionatlarının gümüş medallarına sahib olan Yelena Radionova, Dünya Çempionatının əsas favoritlərindən biri idi. Yelena Radionova qısa proqramda 72.70 balla beşinci pillənin sahibi oldu.[61] Sərbəst proqramda da onun uğursuz mübarizə aparması və 138.12 balla beşinci pillənin sahibi olması, ümumi nəticədə onun medala sahib olmasına icazə vermədi.[62] Yelena Radionova ümumi nəticədə 210.82 balla Dünya Çempionatını altıncı pillədə başa vurdu.[60]

Komandalararası Challenge Cup

2016–2017-ci illər: Universiada Oyunlarında qələbə redaktə

 
Yelena Radionova 2016-cı il Çin Qran-Prisində

Yelena Radionova 2016–2017-ci illər mövsümündə RusiyaÇin Qran-Prilərində mübarizə apardı. Əvvəlcə o, 4–6 noyabrda Rusiyada baş tutan ISU Rusiya Qran-Prisində mübarizə apardı.[63] Qısa proqramda 72.94 balla 2-ci pillənin sahibi olan Yelena Radionova, sərbəst proqramda da 125.68 balla 2-ci pillənin sahibi oldu.[64][65] Bu minvalla da o, ümumi nəticədə 198.62 balla ISU Rusiya Qran-Prisinin gümüş medalına sahib oldu.[63]

Daha sonra o, 18–20 noyabrda Çinin ev sahibliyində baş tutan ISU Çin Qran-Prisində mübarizə apardı.[66] Qısa proqramda 70.95 balla 2-ci pillənin sahibi olan Yelena Radionova, sərbəst proqramda 135.15 balla birinci pillənin sahibi oldu.[67][68] Bu minvalla da o, ümumi nəticədə 205.90 balla ISU Çin Qran-Prisinin qızıl medalına sahib oldu.[66] Mövsüm ərzində RusiyadaÇində baş tutan Qran-Prilərdə gümüş və qızıl medalların sahibi olan Yelena Radionova, ISU Qran-Pri Finalına vəsiqə qazana bildi.

ISU Qran-Pri Finalı Fransanın Marsel şəhərində baş tutdu və altı idmançı — Rusiya nümayəndələri Yevgeniya Medvedyeva, Anna Poqorilaya, Yelena Radionova və Mariya Sotshova, Kanada nümayəndəsi Ketlin Osmond, habelə Yaponiya nümayəndəsi Sataho Miyahara mübarizə apardı.[69] Yelena Radionova qısa proqramda 68.98 balla beşinci, sərbəst proqramda isə 121.84 balla altıncı pillələrin sahibi oldu.[70][71] Bununla da o, ümumi nəticədə 190.82 balla ISU Qran-Pri Finalını altıncı pillədə başa vurdu.[69] Qızıl medalı isə Rusiya nümayəndəsi Yevgeniya Medvedyeva qazandı.[69]

Daha sonra Yelena Radionova, Rusiya Çempionatında mübarizə apardı. Qısa proqramda 70.20 balla beşinci pillənin sahibi olan Yelena Radionova sərbəst proqramda da 140.05 balla beşinci pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 210.25 balla Rusiya Çempionatını beşinci pillədə başa vurdu. Rusiya Çempionatında medala sahib ola bilməyən Yelena Radionova, həmin mövsümdə Avropa və Dünya Çempionatlarında mübarizə aparmadı, amma əvəzində Universiada Oyunlarında mübarizə apardı.

2017-ci ilin 28 yanvar-8 fevralda Qazaxıstanın Almatı şəhərinin ev sahibliyində XXVIII Universiada Oyunları baş tutdu.Qısa proqramda 70.02 balla birinci pillənin sahibi olan Yelena Radionova sərbəst proqramda da 128.60 balla birinci pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 198.62 balla XXVIII Universiada Oyunlarının qızıl medalına sahib oldu.

Komandalararası Dünya Çempionatı

2017–2018-ci illər: Karyeranın eniş mövsümü redaktə

 
Yelena Radionova 2017-ci il Çin Qran-Prisində

Yelena Radionova mövsümün əvvəlində, 20–24 sentyabrda Bratislava şəhərində baş tutan "Ondrej Nepela Trophy" yarışında mübarizə apardı.[72] Qısa proqramda 65.42 balla üçüncü, sərbəst proqramda isə 118.80 balla dördüncü pillələrin sahibi olan Yelena Radionova, ümumi nəticədə 184.22 balla "Ondrej Nepela Trophy" yarışının bürünc medalına sahib oldu.[72][73][74]

Yelena Radionova 2017–2018-ci illər mövsümündə RusiyaÇin Qran-Prilərində mübarizə apardı. Əvvəlcə o, Rusiyada baş tutan ISU Rusiya Qran-Prisində mübarizə apardı.[75] Qısa proqramda 68.76 balla beşinci pillənin sahibi olan Yelena Radionova, sərbəst proqramda 126.78 balla dördüncü pillənin sahibi oldu.[76][77] Bu minvalla da o, ümumi nəticədə 195.54 balla ISU Rusiya Qran-Prisini dördüncü pillədə başa vurdu.[75]

Daha sonra o, 2–5 noyabrda Çinin ev sahibliyində baş tutan ISU Çin Qran-Prisində mübarizə apardı.[78] Qısa proqramda 70.48 balla üçüncü pillənin sahibi olan Yelena Radionova, sərbəst proqramda 136.34 balla dördüncü pillənin sahibi oldu.[79][80] Bu minvalla da o, ümumi nəticədə 206.82 balla ISU Çin Qran-Prisinin bürünc medalına sahib oldu.[78] Mövsüm ərzində RusiyadaÇində baş tutan Qran-Prilərdə dördüncü və üçüncü medalların sahibi olan Yelena Radionova, ISU Qran-Pri Finalına vəsiqə qazana bilmədi.

"Shanghai Trophy"[81][82]

Daha sonra Yelena Radionova, St. Peterburq şəhərinin ev sahibliyində baş tutan Rusiya Çempionatında mübarizə apardı. Qısa proqramda 66.16 balla on üçüncü pillənin sahibi olan Yelena Radionova sərbəst proqramda 130.62 balla doqquzuncu pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 196.78 balla Rusiya Çempionatını onuncu pillədə başa vurdu.

2018–2019-cu illər: Zədə və idmandan gedişi redaktə

Yelena Radionova 2018–2019-cu illər mövsümündə ABŞ və Yaponiya Qran-Prilərində mübarizə aparmalı idi. Amma zədə səbəbilə mübarizə aparmağdan imtina etdi və mövsümü başa vurdu.

2019–2020-ci illər mövsümündə isə Yelena Radionova ISU göstərici aşağı olduğu üçün ISU Qran-Prilərində mübarizə apara bilmədi. Həmin mövsümündə Radionova həmdə Rusiya Çempionatında da mübarizə aparmağdan imtina etdi.

2020-ci il sentyabrın 22-də Yelena Radionova idmandan getdiyini bildirdi. Radionova rəsmi Instagram hesabında "…Həyatda yeni səhifənin açılması zaman gəldi" yazdı və hormonal problemlərinə görə 20 yaşında idmandan uzaqlaşmalı olduğunu bildirdi.

Kompozisiyaları redaktə

Mövsüm
Proqram
Qısa proqram
Sərbəst proqram
2012/2013
2013/2014
  • "Archangel" bəstəsi
    repertuar: Two Steps from Hell
  • "Spanish Swat" bəstəsi
    repertuar: Rope
  • "Frida" bəstəsi
    repertuar: Rope
2013/2014
2014/2015

Uğurları redaktə

 
Yelena Radionova 2016-cı il Çin Qran-Prisinin qala proqramında Beyonsenin "Crazy in Love" bəstəsinin sədaları altında çıxış edən zaman

Karyerası ərzində 9 mövsümdə mübarizə aparan Yelena Radionova, 15 qızıl, 10 gümüş və 8 bürünc medala sahib olub.

Yarış
Mövsümlər
10–11
11–12
12–13
13–14
14–15
15–16
16–17
17–18
18–19
Beynəlxalq yarışlar
Dünya Çempionatı
3-cü
6-cı
Avropa Çempionatı
2-ci
2-ci
Qran-Pri: Final
4-cü
2-ci
3-cü
6-cı
Qran-Pri: ABŞ
3-cü
1-ci
WD
Qran-Pri: Çin
3-cü
1-ci
3-cü
Qran-Pri: Fransa
1-ci
Qran-Pri: Rusiya
1-ci
2-ci
4-cü
Qran-Pri: Yaponiya
2-ci
WD
"Ondrej Nepela"
3-cü
"Nebelhorn Trophy"
1-ci
"Shanghai Trophy"
1-ci
Universiada Oyunları
1-ci
Beynəlxalq yarışlar (Gənclər arasında)
Gənclərin Dünya Çempionatı
1-ci
1-ci
Gənclərin Qran-Prisi: Final
1-ci
Gənclərin Qran-Prisi: Avstriya
1-ci
Gənclərin Qran-Prisi: Fransa
1-ci
Rusia daxili yarışlar
Rusiya Çempionatı
5-ci
2-ci
3-cü
1-ci
2-ci
5-ci
10-cu
WD
Gənclərin Rusiya Çempionatı
4-cü
3-cü
1-ci
Komandalararası yarışlar
Komandalararası Dünya Çempionatı
2-ci
2-ci
Komandalararası Challenge Cup
2-ci
Japan Open
1-ci
WD — Mübarizə aparmadı / C — Təxirə salındı

Nəticələri redaktə

 
 
 
 
 
 
 
 
Yelena Radionova 2015-ci ilin Avropa və Dünya Çempionatlarında, 2017-ci ilin Çin Qran-Prisində
Sıra
Tarix
Yarış
Ev sahibi
QP
SP
Cəmi
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
2010–2011-ci illər mövsümü
1.
02.02.2011
04.02.2011
Gənclərin Rusiya Çempionatı Rusiya  Rusiya
54.76
5
104.22
4
158.98
4-cü
2011–2012-ci illər mövsümü
Sıra
Tarix
Yarış
Ev sahibi
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
2.
26.12.2011
28.12.2011
Rusiya Çempionatı Rusiya  Rusiya
60.10
6
115.72
6
175.82
5-ci
3.
05.02.2012
08.02.2012
Gənclərin Rusiya Çempionatı Rusiya  Rusiya
58.20
4
122.75
2
180.95
3-cü
2012–2013-cü illər mövsümü
Sıra
Tarix
Yarış
Ev sahibi
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
4.
22.08.2012
24.08.2012
Gənclərin ISU Fransa Qran-Prisi Fransa  Fransa
62.16
1
116.64
1
178.80
1-ci
5.
12.09.2012
15.09.2012
Gənclərin ISU Avstriya Qran-Prisi Avstriya  Avstriya
62.72
1
120.16
1
182.88
1-ci
6.
06.12.2012
10.12.2012
Gənclərin ISU Qran-Pri Finalı Rusiya  Rusiya
60.90
1
120.50
1
181.40
1-ci
7.
25.12.2012
28.12.2012
Rusiya Çempionatı Rusiya  Rusiya
65.58
3
126.68
2
192.26
2-ci
8.
02.02.2013
04.02.2013
Gənclərin Rusiya Çempionatı Rusiya  Rusiya
68.46
1
131.74
1
200.20
1-ci
9.
25.02.2013
04.03.2013
Gənclərin Dünya Çempionatı İtaliya  İtaliya
54.48
5
116.24
1
170.72
1-ci
2013–2014-cü illər mövsümü
Sıra
Tarix
Yarış
Ev sahibi
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
10.
26.09.2013
28.09.2013
"Nebelhorn Trophy" Almaniya  Almaniya
65.50
1
124.52
1
190.22
1-ci
11.
18.10.2013
20.10.2013
ISU ABŞ Qran-Prisi ABŞ  ABŞ
68.02
3
116.94
4
184.96
3-cü
12.
08.11.2013
10.11.2013
ISU Yaponiya Qran-Prisi Yaponiya  Yaponiya
62.84
3
128.98
2
191.82
2-ci
13.
05.12.2013
08.12.2013
ISU Qran-Pri Finalı Yaponiya  Yaponiya
65.38
5
118.64
4
184.02
4-cü
14.
25.12.2013
25.12.2013
Rusiya Çempionatı Rusiya  Rusiya
68.76
3
135.26
3
202.02
3-cü
15.
10.03.2014
16.03.2014
Gənclərin Dünya Çempionatı Bolqarıstan  Bolqarıstan
66.90
1
128.40
1
195.30
1-ci
2014–2015-ci illər mövsümü
Sıra
Tarix
Yarış
Ev sahibi
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
16.
02.10.2014
04.10.2014
Japan Open Yaponiya  Yaponiya
136.46
1
552.95
1-ci
17.
24.10.2014
26.10.2014
ISU ABŞ Qran-Prisi ABŞ  ABŞ
65.58
2
130.60
1
196.48
1-ci
18.
20.11.2014
24.11.2014
ISU Fransa Qran-Prisi Fransa  Fransa
68.28
1
136.64
1
204.92
1-ci
19.
10.12.2014
14.12.2014
ISU Qran-Pri Finalı İspaniya  İspaniya
65.90
3
134.85
2
200.75
2-ci
20.
24.12.2014
28.12.2014
Rusiya Çempionatı Rusiya  Rusiya
74.14
1
144.32
1
218.46
1-ci
21.
26.01.2015
01.02.2015
Avropa Çempionatı İsveç  İsveç
70.46
1
140.08
2
210.54
2-ci
22.
22.03.2015
30.03.2015
Dünya Çempionatı Çin  Çin
70.52
2
121.96
6
192.48
3-cü
23.
15.04.2015
20.04.2015
Komandalararası Dünya Çempionatı Yaponiya  Yaponiya
68.78
3
130.74
2
110
2-ci
2015–2016-cı illər mövsümü
Sıra
Tarix
Yarış
Ev sahibi
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
24.
06.11.2015
08.11.2015
ISU Çin Qran-Prisi Çin  Çin
58.52
6
125.78
2
184.30
3-cü
25.
20.11.2015
22.11.2015
ISU Rusiya Qran-Prisi Rusiya  Rusiya
72.80
1
142.54
2
215.34
1-ci
26.
10.12.2015
14.12.2015
ISU Qran-Pri Finalı İspaniya  İspaniya
70.44
2
131.70
4
202.14
3-cü
27.
24.12.2015
28.12.2015
Rusiya Çempionatı Rusiya  Rusiya
76.70
2
145.88
2
222.58
2-ci
28.
26.01.2016
31.01.2016
Avropa Çempionatı Slovakiya  Bratislava
70.96
2
140.04
2
211.00
2-ci
29.
28.03.2016
04.04.2016
Dünya Çempionatı ABŞ  ABŞ
72.70
5
138.12
5
210.82
6-cı
30.
22.04.2016
24.04.2016
Komandalararası Challenge Cup ABŞ  ABŞ
62.36
7
133.32
5
848.06
2-ci
2016–2017-ci illər mövsümü
Sıra
Tarix
Yarış
Ev sahibi
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
31.
04.11.2016
06.11.2016
ISU Rusiya Qran-Prisi Rusiya  Rusiya
72.94
2
125.68
2
198.62
2-ci
32.
18.11.2016
20.11.2016
ISU Çin Qran-Prisi Çin  Çin
70.95
2
135.15
1
205.90
1-ci
33.
08.12.2016
12.12.2016
ISU Qran-Pri Finalı Fransa  Fransa
68.98
5
121.84
6
190.82
6-cı
34.
20.12.2015
26.12.2015
Rusiya Çempionatı Rusiya  Rusiya
70.20
5
140.05
5
210.25
5-ci
35.
01.02.2017
05.02.2017
Universiada Oyunları Qazaxıstan  Qazaxıstan
70.02
1
128.60
1
198.62
1-ci
36.
20.04.2015
24.04.2015
Komandalararası Dünya Çempionatı Yaponiya  Yaponiya
72.22
2
138.08
5
105
2-ci
2017–2018-ci illər mövsümü
Sıra
Tarix
Yarış
Ev sahibi
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
37.
20.09.2017
24.09.2017
Ondrej Nepela Trophy Slovakiya  Bratislava
65.42
3
118.80
4
184.22
3-cü
38.
20.10.2017
22.10.2017
ISU Rusiya Qran-Prisi Rusiya  Rusiya
68.76
5
126.78
4
195.54
4-cü
39.
02.11.2017
05.11.2017
ISU Çin Qran-Prisi Çin  Çin
70.48
3
136.34
4
206.82
3-cü
39.
24.11.2017
26.11.2017
"Shanghai Trophy" Çin  Çin
132.06
1
132.06
1-ci
40.
20.12.2017
24.12.2017
Rusiya Çempionatı Rusiya  Rusiya
66.16
13
130.62
9
196.78
10-cu

Mənbələr redaktə

Keçidlər redaktə

İstinadlar redaktə

  1. 1 2 "ISU Junior Grand Prix France, 2012 / Ladies / Results" (ing.)). 24.08.2012. 2019-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  2. "ISU Junior Grand Prix France, 2012 / Ladies / Short Program" (ing.)). 24.08.2012. 2019-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  3. "ISU Junior Grand Prix France, 2012 / Ladies / Free Program" (ing.)). 24.08.2012. 2019-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  4. 1 2 "ISU Junior Grand Prix Austria, 2012 / Ladies / Results" (ing.)). 15.09.2012. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  5. "ISU Junior Grand Prix Austria, 2012 / Ladies / Short Program" (ing.)). 15.09.2012. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  6. "ISU Junior Grand Prix Austria, 2012 / Ladies / Free Program" (ing.)). 15.09.2012. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  7. 1 2 3 "ISU Junior Grand Prix Final, 2012 / Ladies / Results" (ing.)). 08.12.2012. 2019-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  8. "ISU Junior Grand Prix Final, 2012 / Ladies / Short Program" (ing.)). 08.12.2012. 2019-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  9. "ISU Junior Grand Prix Final, 2012 / Ladies / Free Program" (ing.)). 08.12.2012. 2019-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  10. 1 2 "ISU World Junior Championships, 2013 / Ladies / Results" (ing.)). 02.03.2013. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  11. "ISU World Junior Championships, 2013 / Ladies / Short Program" (ing.)). 02.03.2013. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  12. "ISU World Junior Championships, 2013 / Ladies / Free Program" (ing.)). 02.03.2013. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  13. 1 2 "Nebelhorn Trophy, 2013 / Ladies / Results" (ing.)). 28.09.2013. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  14. "Nebelhorn Trophy, 2013 / Ladies / Short Program" (ing.)). 28.09.2013. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  15. "Nebelhorn Trophy, 2013 / Ladies / Free Program" (ing.)). 28.09.2013. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  16. 1 2 "ISU Junior Grand Prix USA, 2013 / Ladies / Results" (ing.)). 20.10.2013. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  17. "ISU Junior Grand Prix USA, 2013 / Ladies / Short Program" (ing.)). 20.10.2013. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  18. "ISU Junior Grand Prix USA, 2013 / Ladies / Free Program" (ing.)). 20.10.2013. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  19. 1 2 "ISU Junior Grand Prix Japan, 2013 / Ladies / Results" (ing.)). 10.11.2013. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  20. "ISU Junior Grand Prix Japan, 2013 / Ladies / Short Program" (ing.)). 10.11.2013. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  21. "ISU Junior Grand Prix Japan, 2013 / Ladies / Free Program" (ing.)). 10.11.2013. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  22. 1 2 3 "ISU Junior Grand Prix Final, 2013 / Ladies / Results" (ing.)). 08.12.2013. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  23. "ISU Junior Grand Prix Final, 2013 / Ladies / Short Program" (ing.)). 08.12.2013. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  24. "ISU Junior Grand Prix Final, 2013 / Ladies / Free Program" (ing.)). 08.12.2013. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  25. 1 2 "ISU World Junior Championships, 2014 / Ladies / Results" (ing.)). 16.03.2014. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  26. "ISU World Junior Championships, 2014 / Ladies / Short Program" (ing.)). 16.03.2014. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  27. "ISU World Junior Championships, 2014 / Ladies / Free Program" (ing.)). 16.03.2014. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  28. 1 2 "Japan Open, 2014 / Ladies / Short Program" (ing.)). 04.10.2014. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  29. "Japan Open, 2014 / Ladies / Free Program" (ing.)). 04.10.2014. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  30. 1 2 "ISU Grand Prix USA, 2014 / Ladies / Results" (ing.)). 26.10.2014. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  31. "ISU Grand Prix USA, 2014 / Ladies / Short Program" (ing.)). 26.10.2014. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  32. "ISU Grand Prix USA, 2014 / Ladies / Free Program" (ing.)). 26.10.2014. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  33. 1 2 "ISU Grand Prix France, 2014 / Ladies / Results" (ing.)). 24.11.2014. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  34. "ISU Grand Prix France, 2014 / Ladies / Short Program" (ing.)). 24.11.2014. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  35. "ISU Grand Prix France, 2014 / Ladies / Free Program" (ing.)). 24.11.2014. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  36. 1 2 3 "ISU Grand Prix Final, 2014 / Ladies / Results" (ing.)). 14.12.2014. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  37. "ISU Grand Prix Final, 2014 / Ladies / Short Program" (ing.)). 14.12.2014. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  38. "ISU Grand Prix Final, 2014 / Ladies / Free Program" (ing.)). 14.12.2014. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  39. 1 2 3 "ISU European Championships, 2015 / Ladies / Results" (ing.)). 01.02.2015. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  40. "ISU European Championships, 2015 / Ladies / Short Program" (ing.)). 01.02.2015. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  41. "ISU European Championships, 2015 / Ladies / Free Program" (ing.)). 01.02.2015. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  42. 1 2 "ISU World Championships, 2015 / Ladies / Results" (ing.)). 30.03.2015. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  43. "ISU World Championships, 2015 / Ladies / Short Program" (ing.)). 30.03.2015. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  44. "ISU World Championships, 2015 / Ladies / Free Program" (ing.)). 30.03.2015. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  45. "World Team Trophy, 2015 / Ladies / Results" (ing.)). 20.04.2015. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  46. "World Team Trophy, 2015 / Ladies / Short Program" (ing.)). 20.04.2015. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  47. "World Team Trophy, 2015 / Ladies / Free Program" (ing.)). 20.04.2015. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  48. 1 2 "ISU Grand Prix China, 2015 / Ladies / Results" (ing.)). 08.11.2015. 2020-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  49. "ISU Grand Prix China, 2015 / Ladies / Short Program" (ing.)). 08.11.2015. 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  50. "ISU Grand Prix China, 2015 / Ladies / Free Program" (ing.)). 08.11.2015. 2020-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  51. 1 2 "ISU Grand Prix Russia, 2015 / Ladies / Results" (ing.)). 22.11.2015. 2020-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  52. "ISU Grand Prix Russia, 2015 / Ladies / Short Program" (ing.)). 22.11.2015. 2020-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  53. "ISU Grand Prix Russia, 2015 / Ladies / Free Program" (ing.)). 22.11.2015. 2020-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  54. 1 2 3 "ISU Grand Prix Final, 2015 / Ladies / Results" (ing.)). 14.12.2015. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  55. "ISU Grand Prix Final, 2015 / Ladies / Short Program" (ing.)). 14.12.2015. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  56. "ISU Grand Prix Final, 2015 / Ladies / Free Program" (ing.)). 14.12.2015. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  57. 1 2 3 "ISU European Championships, 2016 / Ladies / Results" (ing.)). 31.01.2016. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  58. "ISU European Championships, 2016 / Ladies / Short Program" (ing.)). 31.01.2016. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  59. "ISU European Championships, 2016 / Ladies / Free Program" (ing.)). 31.01.2016. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  60. 1 2 "ISU World Championships, 2016 / Ladies / Results" (ing.)). 04.04.2016. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  61. "ISU World Championships, 2016 / Ladies / Short Program" (ing.)). 04.04.2016. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  62. "ISU World Championships, 2016 / Ladies / Free Program" (ing.)). 04.04.2016. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  63. 1 2 "ISU Grand Prix Russia, 2016 / Ladies / Results" (ing.)). 06.11.2016. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  64. "ISU Grand Prix Russia, 2016 / Ladies / Short Program" (ing.)). 06.11.2016. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  65. "ISU Grand Prix Russia, 2016 / Ladies / Free Program" (ing.)). 06.11.2016. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  66. 1 2 "ISU Grand Prix China, 2016 / Ladies / Results" (ing.)). 20.11.2016. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  67. "ISU Grand Prix China, 2016 / Ladies / Short Program" (ing.)). 20.11.2016. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  68. "ISU Grand Prix China, 2016 / Ladies / Free Program" (ing.)). 20.11.2016. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  69. 1 2 3 "ISU Grand Prix Final, 2016 / Ladies / Results" (ing.)). 12.12.2016. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  70. "ISU Grand Prix Final, 2016 / Ladies / Short Program" (ing.)). 12.12.2016. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  71. "ISU Grand Prix Final, 2016 / Ladies / Free Program" (ing.)). 12.12.2016. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  72. 1 2 "Ondrej Nepela Trophy, 2017 / Ladies / Results" (ing.)). 24.09.2017. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  73. "Ondrej Nepela Trophy, 2017 / Ladies / Short Program" (ing.)). 24.09.2017. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  74. "Ondrej Nepela Trophy, 2017 / Ladies / Free Program" (ing.)). 24.09.2017. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  75. 1 2 "ISU Grand Prix Russia, 2017 / Ladies / Results" (ing.)). 22.10.2017. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  76. "ISU Grand Prix Russia, 2017 / Ladies / Short Program" (ing.)). 22.10.2017. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  77. "ISU Grand Prix Russia, 2017 / Ladies / Free Program" (ing.)). 22.10.2017. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  78. 1 2 "ISU Grand Prix China, 2017 / Ladies / Results" (ing.)). 05.11.2017. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  79. "ISU Grand Prix China, 2017 / Ladies / Short Program" (ing.)). 05.11.2017. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  80. "ISU Grand Prix China, 2017 / Ladies / Free Program" (ing.)). 05.11.2017. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  81. "Shanghai Trophy, 2017 / Ladies / Results" (ing.)). 26.11.2017. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.
  82. "Shanghai Trophy, 2017 / Ladies / Free Program" (ing.)). 26.11.2017. 22.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.09.2020.

Saytda 122 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024