Yelizaveta Ovdeyenko Haqqinda Melumat - Vikipedia

Yelizaveta Ovdeyenko Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yelizaveta Ovdeyenko

Yelizaveta Sergeyevna Ovdeyenko (rus. Елизаве́та Серге́евна Овде́енко, ukr. Єлизавета Сергіївна Овдієнко; d. 16 yanvar 1980, Odessa, Ukrayna SSR, SSRİ) — "Nə? Harada? Nə zaman?" elitar klubunun magistrı və oyunçusu, Balaş Qasımovun komandasının heyətində ikiqat "Büllur bayquş" sahibi.

Yelizaveta Ovdeyenko
rus. Елизавета Овдеенко
Doğum tarixi (44 yaş)
Doğum yeri Odessa, Ukrayna SSR, SSRİ
Təhsili
Fəaliyyəti "Nə? Harada? Nə zaman?" oyunçusu
Mükafatları "Büllur bayquş" (2010, 2011)
brainzona.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Yelizaveta Ovdeyenko 16 yanvar 1980-ci ildə Odessada anadan olub. Orta təhsillini qızıl medalla başa vuraraq birbaşa İ.İ.Meçnikov adına Odessa Milli Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub.[2]

Liza 2006-cı ilə qədər Odessanın "Duplet" komandasının heyətində "Nə? Harada? Nə zaman?" oyununun idman versiyasında çıxış edib. O, Moskvadakı elitar kluba oyunun ukrayna versiyasının prodüseri Leonid Çernenkonun tövsiyəsi sayəsində düşüb. Burada o, Balaş Qasımovun komandasının heyətində çıxış etməyə başlayıb. Bu komandanın heyətində 20102011-ci illərdə "Büllur bayquş"a sahib çıxıb.[2]

23 dekabr 2018-ci ildə "Nə? Harada? Nə zaman?" oyununun beşinci magistrı elan edilib.[3]

Şəxsi həyatı redaktə

Yelizaveta Ovdeyenko Dmitri Muzıçenko ilə evlidir. 2016-cı ilin əvvəlində ana olub.[2]

İstinadlar redaktə

  1. 1 2 http://chgk.tvigra.ru/znatoki/indext.html?team13.
  2. 1 2 3 "Елизавета Овдеенко". 24smi.org. 2021-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-29.
  3. "Магистром «Что? Где? Когда?» впервые стала женщина". eg.ru.

Xarici keçidlər redaktə


Saytda 115 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024