Yelmar Edilov Haqqinda Melumat - Vikipedia

Yelmar Edilov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yelmar Edilov (10 aprel 1946, Əlimədətli, Ağdam rayonu11 aprel 1994, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Yelmar Edilov
Yelmar Şahmar oğlu Edilov
Şəxsi məlumatlar
Doğum tarixi 10 aprel 1946(1946-04-10)
Doğum yeri
Vəfat tarixi 11 aprel 1994(1994-04-11) (48 yaşında)
Vəfat yeri
Dəfn yeri
Hərbi fəaliyyəti
Döyüşlər
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı

Həyatı redaktə

Yelmar Edilov 10 aprel 1946-cı ildə Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. 1954–1964-cü illərdə Əlimədədli kənd orta məktəbində təhsil almış, sonra isə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil omuşdur. O, 1964-cü ildə Minsk şəhərində hərbi xidmətə başlayır. Yelmar yaxşı samboçu idi. Qarnizon birinciliyi yarışları zamanı aldığı zədədən, o hərbi xidmətdən ikinci qrup əlil kimi tərxis olunur və texnikumda yarımçıq qalmış təhsilini davam etdirir. 1970-ci ildə təhsilini başa vurur. M. F. Axundov adına üzümçülük kolxozunda işə düzəlir.

Döyüşlərdə iştirakı redaktə

1988-ci ildə ata-babalarımızdan yadigar torpaqlarımız olan Qərbi Azərbaycan ərazisindən soydaşlarımızın deportasiya edilməsi zamanı Yelmar Könüllü özünümüdafiə batalyonlarının yaradılmasını təkid edirdi. Bu iş yalnız 1990-cı ildən sonra görülməyə başlanıldı. 1991-ci ilin əvvəllərindən başlayaraq Ağdamın bir çox kəndləri erməni işğalçıları tərəfindən gecə-gündüz atəşə tutulurdu. Yelmar Edilovun rəhbərliyi ilə Kolanı kəndində özünümüdafiə batalyonu yaradıldı. Bu dəstə Ağdamda böyük hünər göstərdi, onlar dəfələrlə ermənilərə lazımı cavabı verdilər. 11 aprel 1994-cü ildə "çərik" kökəltmə məntəqəsi uğrunda gedən döyüşdə Yelmar qəhrəmanlıqla həlak olur.

Ailəli idi. Yeddi övladı var.

Milli Qəhrəman redaktə

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Edilov Yelmar Şahmar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Bakı şəhərindəki ikinci Şəhidlər xiyabanında dəfn edilmişdir.

İstinadlar redaktə

Ədəbiyyat redaktə


Saytda 140 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024