Yeni Sibir adaları Haqqinda Melumat - Vikipedia

Yeni Sibir adaları Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yeni Sibir adaları

Rusiyada arxipelaq

Yeni Sibir adaları (saxa Саҥа Сибиир арыылара) — Rusiyaya məxsus arxipelaq, Şimal Buzlu okeanınında, Laptevlər dənizi ilə Şərqi Sibir dənizi arasında yerləşən arxipelaq. Arxipelaq Yakutiyanın Bulunski ulusu ərazisinə daxildir. Arxipelaqın sahəsi 38,4 min. km²təşkil edir[1]. Yeni Sibir adaları Ust-Lena Dövlət təbiət qoruğunun ərazisinə daxil edilmişdir.

Yeni Sibir adaları
saxa Саҥа Сибиир арыылара
Ümumi məlumatlar
Ən böyük adası Kotelnı (ada)
Ümumi sahəsi 38400 km²
Hündür nöqtəsi 426 m
Əhalisi 0 nəfər (2014-cü il)
Yerləşməsi
75°16′00″ şm. e. 145°15′00″ ş. u.
Ölkələr
Akvatoriya
Yeni Sibir adaları xəritədə
Yeni Sibir adaları
Yeni Sibir adaları
Yeni Sibir adaları (Yakutiya)
Yeni Sibir adaları
Yeni Sibir adaları, Yakutiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arxipelaq üç adalar qrupundan ibarətdir: Lyaxovski adaları, Anju adalarıDe-Lonq adaları.

Tarixi redaktə

 

Adalar haqqında ilk məlumat XVIII əsrin əvvələrində Yakov Permyakov məlumat vermişdir. Lena çayı ilə hərəkət edərək Kolıma çayına getmək istərkən adaları aşkarlayır. 1712-ci ildə Vaqin Merkuriy ilk dəfə Böyül Lyaxovsi adasında olmuşdur.

Geologiya, coğrafiya, iqlim redaktə

 
Yeni Sibir adaları. İyun, 2002

Adaların səthinə fikir verdikdə onun əsasən qranit təbəqəsindən və qayalıqlardan ibarət olduğunu görmək olar. Arxipelaqın üzəri qalın buzlarla örtülüdür. Yay aylarında buz qatının bir hissəsi əriyərək çılpaq səthi açıq aydın göstərir. Bu zaman buradan Mamont, Tüklü kərgədan, Vəhşi at və digər canlıların qalıqları aşkarlanmışdır. Arxipelaqın ən hündür nöqtəsi 426 metr təşkil edir (Bannetta adası). Adalarda arktik iqlim hakimdir. Qış noyabrdan aprelə qədər davam edir. Qış 9 ay davam edir. Yanvar ayında temperatur −28°, −31 °S təşkil edir. Orta illik yağıntının miqdarl 77 mm-dir. Avqust ayında yağıntının miqdarı 18 mm olur. Arxipelaqın ən iri çayı Balıtaxdır. Adaları səthi göllər və bataqlıqlarla zəngindir.

Flora və fauna redaktə

Arxipelaqa daxil adaların üzəri əsasən tundra arktik bitkiləri ilə örtülü olur. Burada çiçəkləyən bitkilərdən Qütb laləsi, Qaymaqçiçəyi, Daşdələn, Yastıqotu kimi bitkilər yayılmışdır. Məməlilərdən: Şimal maralı, Qütb tülküsü, Lemminq, Ağ ayı. Quşlardan isə arxipelaqda Qütb bayquşu, Ağ kәklik kimilərini göstərmək olar. Yay dönəmində adalarda qazlar, ördəklər və digər köçəri quşlara rast gəlmək olar. Adalara yaxın ərazilərdə Qağayılar, Qaqar, Təmizçilər kimi quşlar yaşayır. Arxipelaqın ərazisində vaxtı ilə Qütb tülküsü ovu həyata keçirilirdi.

Kotelnı adasında 1933-ci ildə Qütb stansiyası fəaliyyət göstərirdi.

Daimi fəaliyyət göstərən hərbi baza redaktə

2012-ci ildə Yeni Sibir adalarında (Kotelnı) Rusiya hərbi qüvvələrinin təlimləri baş vermişdir. 2013-ci ildən hərbiçilər adaya texnika yerləşdirdilər. 2014-ci ilin Rusiya hökuməti tərəfindən Artikada hərbi bazanın yaradılması haqqında sənədi təsdiqləmişdir[2]

Qışlama redaktə

Sovet dönəmindən əvvəl və sovet dönəmində arxipelaqın adalarında müvəqqəti yerləşim yerləri mövcud olmuşdur:

  • KotelnıАmbardax, Bхаk Karqa, "Bunqe" qütb stansiyası, "Anqu (Anji)" dayanacağı; (hazırda isə "Sannikov" stansiyası fəaliyyət göstərir)
  • Yeni SibirBiruli, Böyük qışlama yeri;
  • Böyük LyaxovskiKiçik qışlama yeri;
  • Kiçik LyaxovskiFederovski (Mixaylova).

Arxipelaqa daxil adalar redaktə

İstinadlar redaktə

  1. Rusiya Coğrafiya xəritəsi. PKО"Kartoqrafiya".-М.1998
  2. "Lenta.ru: Rusiya: Siyasət: Rusiya Arktikada daimi hərbi baza yaradır". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-05.
  3. к юго-западу от о. Столбовой (Xəritə S-53_54 Arxivləşdirilib 2013-05-04 at the Wayback Machine)

Ədəbiyyat redaktə

  • Новосибирские острова. Сб. ст., Л., 1963; Советская Арктика, М., 1970.

Mənbə redaktə

Ən Son Axtarılanlar

Fayl:Final_amtrdmtrt_to_the_Northeast_National_Petroleum_Reserve_integrated_activity_plan-trvironmtr Fayl:Eighth_annual_report_of_the_Committee_of_Visitors_and_Medical_Superintendent,_with_an_account_o Fayl:România_liberă_1880-08-13,_nr._0959.pdf Fayl:Adevărul_1888-09-29,_nr._0039.pdf Kinoizlruevynosimaya-tytrhest-ogromnogo-talanta-the-unbearable-weight-of-massive-talru Fayl:Report_of_the_Auditor_General_for_the_year_ending_31st_March,_1921,_Volume_II,_Parts_K_to_SS._( enxebermilli-meclise-yeni-qiymetlendirme-fealiyyeti-haqqinda-qanun-layihesi-daxil-olub.html Fayl:A_critical_analysis_of_unit_costing_and_the_introduction_of_a_recruiter_bonus_inctrtive_model_( Fayl:PSM_V01_D225_Ivory_fossil.jpg WhatLinksHereFarah Pahlavi, 1960s.jpg Fayl:The_enrichment_of_prayer_(IA_enrichmentofpra00por).pdf Fayl:Man_getting_a_nipple_piercing.jpg Fayl:Report_of_the_Auditor_General_to_the_House_of_Commons_(IA_reportofauditorg01cana_9).pdf Türkiyənin_trerji_və_təbii_qaynaqlar_ntrirləri xeberzelzeleden-180-gun-sonra-mezarlari-tapilan-ana-ve-qizinin-fotolari.html Fayl:The_ctrise_of_the_Corwin_journal_of_the_Arctic_expedition_of_1881in_search_of_De_Long_and_the_J Fayl:A_memoir_of_John_Conolly,_M._D.,_D._C._L.,_comprising_a_sketch_of_the_rueatment_of_insane_in_Eu xeberbu-demir-yolu-muessisesinde-ozbasinaliq-isciler-sazbe-ve-btrar-ise-cagirilirlar-sok-video.html Fayl:Compendium_of_the_history_of_doctrines._(IA_compendiumofhist01hage_0).pdf Fayl:Processing_oilseeds,_oil,_and_meal_-_a_list_of_publications_and_patruts_for_1968_of_the_Norther
Dostlarınla Paylaş

Saytda 139 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024