Yeni Zod Kilsəsi Haqqinda Melumat - Vikipedia

Yeni Zod Kilsəsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yeni Zod Kilsəsi

Yeni Zod KilsəsiGöygöl rayonu Yeni Zod kəndindən 300 metr məsafədə yerləşən qədim alban kilsəsi.[1]

Yeni Zod Alban Məbədi

Haqqında redaktə

Yeni Zod Kilsəsi Göygöl rayonunun Yeni Zod kəndi yaxınlığında yerləşən qədim Alban məbədinin qalıqları üzərinə inşa edilmiş xristian məbədidir. Hündür qayalıq üzərində tikilmişdir. Bu məbəd tikiliş quruluşuna görə orta əsrə aid etmək olar. Keçən əsrin sonlarına qədər kilsənin girişinin üst hissəsində mövcud olmuş xaç daşında qeydlərlən başa düşmək mümkündür ki, məbəd XVII əsrdə inşa edilmişdir.

1989-cu ildə erməni arxoloq-tarixçi Samvel Karapetyanın tədqiqatına əsasən, girişdəki xaç daş 1639-cu ili göstərmişdir.

Kilsənin inşasında daha qədim bir kilsənin daşlarından istifadə edilmişdir. Kilsə girişinin sol alt hissəsindəki kitabədən başa düşülür ki, həmin qədim kilsə 1285-ci ildə Gəncə Alban Katolikosu IV Stepanın göstərişi ilə tikilmişdir, lakin həmin kilsə sonralar qeyri-müəyyən səbəblərdən dağılmışdır.[2]

Məbədin interyerində hücrə yeri vardır, 2 neflidir və içərisində də çoxlu albanvari xaç oymaları vardır. Məbəd əsasən sərt çay və qaya daşı birazda tuf daşından tikilibdir. Məbəd qəzalı vəziyyətdədir.

İstinadlar redaktə

  1. İsmayıl Nur. "Alban məbədi FOTOLENT". kulis.az (az.). archive.az. 18-02-2014 00:00. İstifadə tarixi: 2014-10-07.[ölü keçid]
  2. https://www.youtube.com/watch?v=GUNrLiYlM5U&feature=youtu.be

Xarici keçidlər redaktə


Saytda 125 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024