Yerin peykəbənzər asteroidləri Haqqinda Melumat - Vikipedia

Yerin peykəbənzər asteroidləri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yer ətrafı peykəbənzər asteroidlər

(Yerin peykəbənzər asteroidləri səhifəsindən istiqamətləndirilmişdir)

Yer ətrafı peykəbənzər asteroidlərYer ətrafında bir neçə möcüzəvi obyekt var ki, onları bəzi ədəbiyyatda “ İkinci ay” və ya “Yerin ikinci peyki” adlandırırlar. Bunlar Yer orbiti ilə orbitləri 1:1 rezonansında olan asteroidlərdir. Bu obyektlərin müşahidəsi olduqca möcüzəvi trayektorialar göstərir. Bu onunla əlaqədardır ki, bir tərəfdən onların orbitlərinin ekssentresiteti Yerin ekssentresiteti ilə müqaisədə xeyli böyükdür. Diqar tərəfdən orbitlər ekliptikaya müəyyən meylə malikdilər.

Bu obyektləri Yerin peykəbənzər obyekti adlandırırlar.[1]

(3753) Kruitni redaktə

 
Yer və Kruitni orbitlərin müqaisəvi dinamikası.

Ən məşhur peykəbənzər asteroid (3753) Kruitnidir (lat Cruithne) 1986 ildə Duncan Waldron tərəfindən kəşf olunmuşdur. Onun orbiti üç planetin orbiti ilə kəsişir: Yer, MarsVenera. Amma Yer orbiti ilə rezonansda olduğa görə o, Yerin peykəbənzər obyekti kimi təsniflənir.

Kruitninin orbiti sinxron olduğuna baxmayaraq yer orbiti ilə tam kəsişmir. Onun meyli ekliptikaya nəzərən 19,8 °. Onun Yerlə maksimal yaxınlaşması 1994 –cü ildən 2015-ci ilin noyabr ayına mövcud idi. Onun ekssentriteti 0,51491 . böyük yarımoxu 149,257 million km və ya 0,99772 а.v. diametri 5 km,kütləsi 1,3·1014 kq bərabərdir.[2]

Mütəxəsislərin rəyinə görə Kruitni 7899 ildən sonra Veneranın yanından elə yaxın məsafədən keçəcək ki, sarsıtma nəticəsində biz bu “ ayı” itirəcəyik.[3]

2016 HO3 redaktə

Daha bir maraqlı obyekt 2016 HO 3 adı ilə qeydə alınmışdır Pan-STARRS teleskopu ilə Havay adalarında 2016 ilin aprelində kəşf olunmuşdur. Onun diametri təxmini 30 metrdən-100-ə qədərdir.

Onun orbitinin meyli o qədərdir ki, o,gah ekliptikadan yuxarıda altı ay ərzində, gah altı ay ekliptikadan aşaöıda hərəkəti edir. Bu asteroid Yerin qravitasiyasınnan elə bir tələyə düşüb ki, heç cür uzaqlaşa bilmir. Yerin cazibə qüvvəsi həmçinin bu asteroidə Yerə 38 Yer-Ay istiqamətindən yaxın məsafəsindən yaxına qoymur.[1]

2003 YN107 redaktə

2003 YN107 obyekti Aton asteroid olaraq klastifikasiya olunan mikro asteroiddir. O Yerin ətrafında Yerlə 1:1 hərəkət rezonansı ilə dolanır. Ona görə də o Yerlə ortaq orbital konfiqurasiyadadır.[4][5][6]

Asteroid Lincoln Near Earth Asteroid Research(LINEAR) tərəfindən 2003-cü ilin dekabrın 20-də kəşv olunmuşdur. Asteroidin diametri təxminən10-30 metr ətrafındadır. Orbiti dairəvi və Yer orbitinə yaxındır.[1]

(164207) 2004 GU9 redaktə

Bu asteroid Lincoln Near Earth Asteroid Research(LINEAR) tərəfindən 2004-cü ildə kəşf olunmuşdur. Asteroidin diametri 200-300 metr ətrafındadır, afelidə 1.1376258581 a.v. bərabərdir (170.18640603 Gm ) . Perihelidə isə 0,86490477 a.v. –dir.[1]

 

2010 SO16 redaktə

Asteroid (419624) 2010 SO16 6 iyun 2010 ildə NASA-nın WISE yerətrafı orbitə çıxarılmış infraqırmızı teleskop vasitəsi ilə kəşf olunmuşdur. Alınmış məlumatı Arma (Armagh Observatory) rəsədxanasında təhlil edilmişdir. Asteroidin ölçüləri 200-400 metr aralığında qiymətləndirilir.

Bu asteroid Yerlə 1: 1 rezonansında olaraq çox orijinal bir obitlə hərəkət edir.[1]

2010 SO16 hərəkətini Günəş-Yer sistemində baxacaq. O, Yerə nisbətən daxili orbitlə Yer kürəsindən daha böyük bucaq sürəti ilə hərəkət edir. A nöqtəsinə çatdıqça Yerin cazibə sahəsinin təsiri nəticəsində B nöqtəsinə keçir. B nöqtəsi isə. Yer və L5 Laqranj nöqtələri arasında yerləşir. Oradan isə O, xarici orbitə C nöqtəsinə köçür. Bu orbitdə isə onun bucaq sürəti Yerin sürətindən aşaqı olacaq. O hərəkətdə yubanaraq, axırda D nöqtəsinə çatır. Burada Yenə Yerin qravitasiya sahəsi asteroidi Yerlə L4 Laqranj nöqtələri arasından E nöqtəsinə köçürür. Bu tsikl təxminən 350 il çəkir.[1]

(54509) YORP (2000 PH5) redaktə

(54509) YORP (2000 PH5) öz oxu ətrafında tez fırlanan Apollon dəstəsinə daxil olan asteroiddir. O, Yer kürəsinə tez-tez yaxınlaşan obyektlərdəndir. Asteroid LİNEAR Socorro laboratoriya əməkdaşları tərəfindən 3 avqust 2000-ci ildə kəşf olunmuşdur.

(54509) YORP (2000 PH5) asteroidin orbitinin periodu Yerin Günəş ətrafında fırlanmasına yaxındır. Öz hərəkətində asteroid 100 ildə bir dəfə (tsikldə 8 kərə təkrarlanan) Yerə yaxınlaşır.

Bu dəstəyə daxil olan daha iki asteroid var: 2001 GO2, 2002 AA29 . Bu cür orbitlərin sabitliyi uzun çəkmir. Bu dəstədən ancaq 2010 SO16 orbitin stabilliyi 120min ildən də artıq ola bilər[1]

2010 TK7 redaktə

2010 TK7 — Apollon dəstəsinə daxil olan bu günə yeganə məlum olan Yerin troyan asteroididir. O, 300 metrə ölçüsündə olan qaya parçasıdır, planetimizdən 60° irəlidə L4 Laqranj nöqtəsində hərəkət edir.[7][8]

Asteroid Günəş ətrafında Yer orbitinə bənzər periodu 365,389 gün olan orbitdə hərəkət edir. Ekssentriseti 0,191 , Ekliptikaya meyli 21°. Asteroid Laqranj nöqtəsi ətrafında rəqs edir. Orbitin perihelisi 121,098 mln km və ya 0,80949 a.v., afeli isə 178,22 mln km və ya 1,19133 a.v.[1]

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 1,6 1,7 Arif Qənbərov “Yerin peykəbənzər asteroidləri” seminar materialı
  2. "JPL Close-Approach Data: 3753 Cruithne (1986 TO)" Arxivləşdirilib 2015-09-07 at the Wayback Machine(2008-10-25 last obs). Retrieved 2009-06-28.
  3. "Arxivlənmiş surət". 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-12.
  4. Connors, M.; Veillet, C.; Brasser, R.; Wiegert, P.; Chodas, P.; Mikkola, S.; Innanen, K. (August 2004). "Discovery of Earth's quasi-satellite". Meteoritics & Planetary Science. 39 (8): 1251–1255. Bibcode:2004M&PS...39.1251C. doi:10.1111/j.1945-5100.2004.tb00944.x.
  5. Brasser, R.; Innanen, K. A.; Connors, M.; Veillet, C.; Wiegert, P.; Mikkola, S.; Chodas, P. W. (September 2004). "Transient co-orbital asteroids". Icarus. 171 (1): 102–109. Bibcode:2004Icar..171..102B. doi:10.1016/j.icarus.2004.04.019.
  6. de la Fuente Marcos, C.; de la Fuente Marcos, R. (July 2013). "A resonant family of dynamically cold small bodies in the near-Earth asteroid belt". Monthly Notices of the Royal Astronomical Society: Letters. 434 (1): L1–L5. arXiv:1305.2825 . Bibcode:2013MNRAS.434L...1D. doi:10.1093/mnrasl/slt062.
  7. First Asteroid Companion of Earth Discovered at Last. space.com/ (27 июля 2011). Проверено 27 июля 2011. Архивировано 15 августа 2012 года.
  8. (27 июля 2011) «Earth’s Trojan asteroid». Nature475 (7357): 481–483. DOI:10.1038/nature10233. Проверено 2011-07-27.

Saytda 82 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024