Yerin quruluşu Haqqinda Melumat - Vikipedia

Yerin quruluşu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yerin quruluşu deyildikdə, adətən, onun daxili quruluşu, yəni planetin qabığından mərkəzinə qədər olan dərinlik quruluşu nəzərdə tutulur. Yer kürəyə yaxın formaya malikdir (ekvatorial diametr 12 754 km, qütb diametri isə 12 711 km-dir)[1] və bir neçə qatdan ibarətdir. Yerin daxili quruluşu haqqında ən səhih məlumatı seysmik dalğalar, yəni zəlzələlərin səbəb olduğu Yer maddələrinin rəqsi hərəkətləri üzərində müşahidələr verir. Bu zaman üç dalğa tipi yaranır:

  1. Uzununa dalğalar (P) — maddənin öz vəziyyəti yaxınlığında dalğanın yayılma istiqaməti üzrə elastik rəqslərindən ibarətdir, yəni onun dəyişən sıxılması və dartılmasıdır.
  2. Eninə dalğalar (S) — dalğaların yayılması perpendikulyar istiqamətdə maddənin rəqsləridir; onlar maddənin üfüqi yerdəyişməsi, yəni formasının dəyişməsi ilə əlaqədardır.
Yerin nüvədən ekzosferə qədər kəsiyi

Yer üç əsas təbəqə, yaxud geosferdən ibarətdir: 70 km dərinliyə qədər Yer qabığı, ondan altdan 2900 km dərinliyə qədər Yerin mantiyası (yuxarı mantiya və aşağı mantiya) və ondan Yerin mərkəzinə qədər nüvə. Yer nüvəsi xarici və daxili nüvələrə ayrılır.

Quruluşu redaktə

Yerin cismində uzununa P və eninə S dalğaların sürəti

Seysmoqramların, yəni Yer səthinin müxtəlif nöqtələrində yerləşmiş seysmik stansiyalarda zəlzələ dalğalarının formasının, qiymətinin və keçmə sürətinin qeydə alındığı sənədlərin tutuşdurulması dalğaların bütün Yer cismindən keçmə sürətini və məsafəsini müəyyənləşdirməyə imkan verir. Əgər Yer bir cinsli olsaydı, ondan keçən dalğanın yolu düzxətli, sürəti isə hər yerdə eyni olardı. Həqiqətdə isə dalğalar çox mürəkkəb yol keçir[2].

İlk sıçrayış səthi orta hesabla təqribən 60-70 km dərinlikdədir. Burada uzununa dalğaların sürəti bir dəfəyə 8 km/san-yə çatır. Sonra gələn təbəqədə sürət tədricən artır və 2900 km dərinlikdə 13 km/san-yə olur. Bundan sonra kəskin surətdə 8 km/san-dək azalır, sonra Yerin mərkəzinə doğru tədricən 11 km/san-yə qədər artır. Eninə dalğalar 2900 km-dən dərinə keçmir və bu dərinlikdə əks olunur və səthə qayıdır. Seysmik dalğaların sürətlərinin 70 və 2900 km dərinliklərdə kəskin dəyişməsi bu dərinliklərdə maddələrin sıxlığının sıçrayışla artdığını göstərir.

Yerin dərinlik quruluşu aşağıdakı cədvəldə izah olunur[3]:

Dərinlik Qatlar
0-60 Litosfer (5-200 km)
0-35 Yer qabığı (5-70 км)
35-60 Mantiyanın yuxarı hissəsi
35-2890 Mantiya
100-200 Astenosfer
35-660 Yuxarı mantiya
660-2890 Aşağı mantiya
2890-5150 Xarici nüvə
5150-6371 Daxili nüvə

Yer qabığı redaktə

border=none Əsas məqalə: Yer qabığı

Yer qabığı iki tipə ayrılır: Okeanik və materik Yer qabığı. Geoloji epoxada okeanik Yer qabığının qalınlığı 5-dən 10 km-ə qədərdir. O, üç təbəqədən ibarətdir: üst nazik (1 km-dən artıq deyil) dəniz çöküntüləri təbəqəsi, orta (1,0-2,5 km) bazalt adlanan təbəqə və qalınlığı 5 km-ə yaxın olan, ehtimal ki, qabbrodan ibarət alt təbəqə. Kontinental qabıq daha mürəkkəbdir. Onun qalınlığı orta hesabla 35–45 km-dir. Dağlıq ölkələrdə 70 km-ə çatır. O da üç təbəqədən ibarətdir: bazalt, qranit və çökmə təbəqə.

= Mantiya= redaktə

border=none  Əsas məqalə: Mantiya

Mantiya əsasən Mg, O, FeO, SiO2-dən ibarətdir. Mantiyanın tərkibinə həmçinin su, xlor, flyor və digər uçucu maddələr daxildir. Üst (yuxarı) mantiyada maddələr ərinti halındadır. Alt mantiyada temperaturun daha yüksək olmasına baxmayaraq, maddələr böyük təzyiq altında olduğuna görə onlar nisbətən bərk-plastik vəziyyətdədir və axıcılıq qabiliyyətinə malik deyil. Mantiyada maddələrin ağırlığına görə diferensiasiyası baş verir. Ağır ərimiş maddələr yuxarı mantiyadan aşağı mantiyaya və nüvəyə çökür, yüngül maddələr isə böyük təzyiq altında yuxarı, Yer qabığına tərəf qalxır. Yer qabığına və Yer səthinə çox böyük təsir göstərən bir çox proseslərin kökü yuxarı mantiyadadır. Burada ən dərin fokuslu zəlzələlərin və bütün vulkanların ocaqları yerləşir[4]

Nüvə redaktə

border=none  Əsas məqalə: Nüvə

2900 km dərinlikdə, yəni Yer nüvəsinin yuxarı sərhəddində təzyiq 1 370 000 atoma çatır. Bu və daha artıq təzyiqdə atomların elektron örtükləri pozulur və nüvə elektronların ümumi kütləsində həll olur. Yerin daxilində hakim olan yüksək temperaturlarda xarici nüvə ərimişdir, daxili nüvə isə ehtimal ki, bərkdir. Müasir məlumata görə nüvənin 85-90 %-i dəmirdən ibarətdir; maye halındakı xarici nüvədə ona oksigen, daxili nüvədə isə nikel əlavə olunur.

İstinadlar redaktə

  1. Земля Arxivləşdirilib 2022-08-08 at the Wayback Machine — статья из энциклопедии «Кругосвет»
  2. Основы геологии. Авторы: Н.В.Короновский, А.Ф.Якушова. ВНУТРЕННЕЕ СТРОЕНИЕ ЗЕМЛИ Arxivləşdirilib 2021-06-12 at the Wayback Machine
  3. T. H. Jordan. "Structural Geology of the Earth's Interior" (PDF). Proceedings of the National Academy of Sciences. 76 (9). 1979: 4192–4200. doi:10.1073/pnas.76.9.4192. PMC 411539. PMID 16592703.
  4. ""Yerin daxili quruluşu"". 2021-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.

Ədəbiyyat redaktə

  • L.P.Şubayev. Ümumi Yerşünaslıq. "Maarif" nəşiriyyatı. Bakı. 1986. s.25-30
  • Kruglinski, Susan. Journey to the Center of the Earth. Discover, June 2007.
  • Lehmann, I. (1936) Inner Earth, Bur. Cent. Seismol. Int. 14, 3-31
  • Schneider, David (October 1996) A Spinning Crystal Ball, Scientific American
  • Wegener, Alfred (1915) «The Origin of Continents and Oceans»

Həmçinin bax redaktə

Moxoroviçiç sərhədi


Saytda 46 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023