Yevgeni Karlov Haqqinda Melumat - Vikipedia

Yevgeni Karlov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yevgeni Nikolayeviç Karlov (31 may 1960 və ya 31 iyul 1960, Dubovka[d], Tula vilayəti11 aprel 1992, Arış, Füzuli rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.[1]

Yevgeni Karlov
Yevgeni Karlov
Şəxsi məlumatlar
Doğum tarixi 31 may 1960(1960-05-31) və ya 31 iyul 1960(1960-07-31)
Doğum yeri
Vəfat tarixi 11 aprel 1992(1992-04-11) (31 yaşında)
Vəfat yeri
Milliyyəti Rus
Hərbi fəaliyyəti
Rütbəsi kapitan
Döyüşlər
Təltifləri "Qızıl Ulduz" medalı

Həyatı redaktə

1960-cı il mayın 31-də Tula vilayətinin Dubovka qəsəbəsində anadan olmuşdur. Orta təhsilini doğma yurdunda almış, 1977-ci ilin avqustun 1-də Uzlov rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmışdır. Y. Karlov ordudan tərxis edildikdən sonra Sızran Ali Hərbi Təyyarəçilər Məktəbinə daxil olmuşdur. 1984-cü ildə təhsilini başa vurub, təlimatçı-təyyarəçi kimi çalışmağa başlamışdır pilot işləmişdir.[2]

Ailəsi redaktə

Ailəli idi. İki övladı vardı.[2]

Döyüşlərdə iştirakı redaktə

Milliyyətcə rus olmasına baxmayaraq, ermənilərin Azərbaycana qarşı elan olunmamış müharibəsi onu da hiddətləndirdiyindən bu ağır günlərdə Azərbaycan xalqına bacardığı hər cür köməyi göstərməyə çalışmışdır. O, xidmət etdiyi hərbi hissənin tərkibində dəfələrlə Ağdam, Ağdərə, Füzuli bölgələrində gedən ağır döyüşlərdə iştirak etmiş, şücaət göstərmişdir. 1992-ci il aprel ayının 11-i kapitan Yevgeni Karlov Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.[2]

Milli Qəhrəman redaktə

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Karlov Yevgeni Nikolayeviç "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.[1]

Doğulduğu Dubovka qəsəbəsində dəfn edilmişdir.[2]

İstinadlar redaktə

  1. 1 2 "National Heroes". Azerbaijans.com. 18 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2018.
  2. 1 2 3 4 "KARLOV YEVGENİ NİKOLAYEVİÇ". veten-ugrunda.az. 9 September 2015. 29 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 December 2018.

Ədəbiyyat redaktə


Saytda 159 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024