Yevgeni Korovin Haqqinda Melumat - Vikipedia

Yevgeni Korovin Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yevgeni Korovin (tam adı: rus. Евге́ний Алекса́ндрович Коро́вин; 12 (24) oktyabr 1892, Moskva23 noyabr 1964[1], Moskva) — beynəlxalq hüquq üzrə ixtisaslaşmış Sovet hüquqşünası. Moskva Dövlət Universitetində, BMT-də və Haaqada yerləşən Daimi Arbitraj Məhkəməsində bir sıra vəzifələrdə çalışıb.

Yevgeni Korovin
Doğum tarixi 12 (24) oktyabr 1892
Doğum yeri
Vəfat tarixi 23 noyabr 1964(1964-11-23)[1] (72 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti hüquqşünas, hakim
Elmi dərəcəsi
  • hüquq elmləri doktoru[d]
Üzvlüyü

Həyatı redaktə

Korovin 1915-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsindən məzun olub. Əmək fəaliyyətinin ilk illərində Moskvanın, Diplomatik Akademiya da daxil olmaqla, bir çox ali təhsil müəssisələrində mühazirə deyib.

1923-cü ildə Moskva Dövlət Universitetində hüquq üzrə professor adını alıb. Həmin dövrdə Korovin o zamankı SSRİ Hüquq İnstitutunda (indiki Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu) assistent kimi fəaliyyət göstərirdi.

Korovin 1935-ci ildə Amerika Politologiya Akademiyasının üzvü olur. 1938-ci ildə hüquq üzrə doktorluq tezisini müdafiə edir. Sovet Ordusunun hərbi hüquq akademiyasında işləyir və 1945-1946-cı illərdə çox qısa müddətə BMT-nin Hazırlıq Komissiyasında çalışır. 1946-cı ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1957-ci ildə isə Haaqa Daimi Arbitraj Məhkəməsinin üzvü seçilir.

İstinadlar redaktə

  1. 1 2 Deutsche Nationalbibliothek Record #10201454X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Saytda 142 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024